Bəs tarix bizə nə göstərir? -Orxan Saffari yazır
Cəmiyyət 22 Avqust 2026, 11:15
462
Azərbaycanın ilk Xalq yazıçısı olan Aleksandr Şirvanzadə, əslən erməni olsa da, 1858-cu ildə Şamaxıda doğulmuş, on beş yaşına qədər Şamaxıda yaşamış və daha sonra Bakıya gəlmişdir. Səkkiz il Bakıda yaşadıqdan sonra isə ömrünün qalan hissələrini Paris, Tbilisi, ABŞ-də başa vurub.
Maraqlıdır, bəs nə üçün Azərbaycanın ilk Xalq yazıçısı erməni oldu və buna təşəbbüs necə yarandı?
Daha dəqiq, bu, məqsədli idi, yoxsa doğrudan da ədəbi fəaliyyətə verilən qiymət?
Əvvəlcə, Şirvanzadənin ədəbi fəaliyyətinin 50 illik yubileyindəki nitqinə baxmaq lazımdır:
“Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim. Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb”.
Əslində, təkcə bu nitq, bolşevik sevgisi bir işarədir ki, onun Azərbaycanın ilk Xalq yazıçısı olmağının da siyasi məsələ olduğu aydın olsun.
Bəs tarix bizə nə göstərir?
Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb.
Maraqlı məqam budur ki, Azərbaycan SSR-in ali icraedici orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində 1930-cu ilin 14 martınadək Qəzənfər Musabəyov (Padla Qəzənfər), ondan sonra 1932-ci ilədək isə Dadaş Bünyadzadə olub.
Xroniki məntiq etibarı ilə, Aleksandr Şirvanzadəyə bu ad Qəzənfər Musabəyovun dövründə verilib.
Lakin bu, tam da dəqiq məsələ deyil.
Digər bir məsələ də var ki, Nəriman Nərimanov Moskvaya təyinat aldığı 1922-ci ildən etibarən, Mir Cəfər Bağırovun hakimiyyətə gəldiyi 1933-cü ilə qədər Azərbaycan SSR-ni qısamüddətə də olsa, qeyri-azərbaycanlılar idarə etmişdir.
1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifəsində Nikolay Gikalo, 1930-1933-cü illərdə isə milliyyətcə yəhudi olan Vladimir Polonski çalışıb.
Bu səbəbdən, Şirvanzadəyə Xalq yazıçısı adının hansı katibin zamanında verildiyini müəyyənləşdirmək çox çətin məsələdir.
Dəqiq olan isə hansı niyyətlə verilməyi idi.
Üstəlik, bu ad ona təkcə Azərbaycanda yox, Ermənistanda da verilmişdi.
Şirvanzadə özü gənclik illərində Sovetlərə qarşı çox da müsbət fikirdə olmayıb.
Belə ki, o, gənclik və yetkinlik illərində erməni sosial-demokrat Hnçak hərəkatı ilə əlaqədə olmuş, çar hakimiyyəti tərəfindən həbs edilmiş və həbsxanasına salınmışdı.
Həmçinin oxuyun
Daha sonra isə onun sovet hakimiyyətinə münasibəti açıq şəkildə müsbət oldu.
1930-cu illərin əvvəllərində, yubiley tədbirində etdiyi çıxışda Bakının Qızıl Ordu tərəfindən işğalını müsbət qiymətləndirdiyini və bolşeviklərin gəlişindən sonra Qafqazda “həyat və müntəzəm quruculuq işləri” başlanacağına inandığını bildirməyi də onun sovet rejimi ilə ideoloji qarşıdurmada olmadığını, əksinə, yeni quruluşu müsbət qəbul etdiyini göstərən əsas və vacib amildir.
Şirvanzadə digər tərəfdən, Bakı mühitinə yad deyildi və məsələn, “Xaos” əsəri Bakı neft sənayesinin yaratdığı sosial mühitdən bəhs edirdi.
Bundan başqa, onun “Namus” və digər əsərlərində Bakı və Şamaxı həyatı, yerli sosial münasibətlər, şəhər mühiti və Qafqaz cəmiyyəti əks olunurdu.
Heç şübhəsiz ki, bütün bu amillər də nəzərə alınıb.
Ümumiyyətlə, aydın məsələdir ki, Sovet hakimiyyəti müxtəlif respublikalarda milli mədəniyyətləri öz siyasi sisteminə inteqrasiya etməyə, müxtəlif xalqların tanınmış mədəniyyət xadimlərini sovet quruluşunun simvollarına çevirməyə çalışırdı.
Şirvanzadə də bunun üçün olduqca əlverişli fiqur idi. Erməni ədəbiyyatının da tanınmış nümayəndəsi idi, Azərbaycanla bağlılığı vardı və sovet hakimiyyətinə müsbət münasibət göstərirdi.
Bütün bunlardan əlavə, azərbaycanlı və digər bolşeviklər də rejimə yarınmaqdan ötrü dəridən-qabıqdan çıxır, milli məfkurənin dağılması istiqamətində addımlar atırdılar.
Bəs yaxşı, həmin illərdə əsilli-nəsilli azərbaycanlıya o adı vermək olmazdımı?
Siyasi qərar deyildisə, niyə verilmirdi?
Əlbəttə, olardı. Çünki 1930-cu ildə Azərbaycan ədəbiyyatında artıq çox ciddi simalar var idi.
Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli kimi Azərbaycan ədəbiyyatının böyük nümayəndələri sağ idi.
Buna baxmayaraq, “Azərbaycan SSR Xalq yazıçısı” adı ilk dəfə Şirvanzadəyə verildi.
Maraqlı məqamdır ki, Şirvanzadə bu gün Azərbaycanın ilk Xalq yazıçısı olaraq tanınmır, anılmır.
Şübhəszi, bu, ilk növbədə siyasi-qondarma qərara görədir.
Belə demək olarsa, Şirvanzadə Azərbaycan ədəbiyyatında daha çox ermənilərin də qəzəbinə tuş gəlmiş Bəxtiyar Vahabzadənin “Namus”u yoxdurmu Şirvanzadənin?” misraları ilə xatırlanır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kimlərinsə oyununa qurban gedən oğulladan biri...
Kimlərinsə oyununa qurban gedən oğulladan biri... Ruhun şad, məkanın cənnət olsun, Vətən Oğlu!Yelmar MəmmədovYelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir.1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd...
22 Avqust 2026, 10:55
HAYANDA OLSAM... "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"...
. HAYANDA OLSAM... "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"... ( M.Füzuli)@öne çıkar Ey mələk, ey sənəm, ey pəri "cadu",Ey fələk titrədən ahımın udu,Ey ud nəfəsimin udulu odu,İlk vəfa borcumla ön işim sənsən!Ey can, bu can evim talan-talandı,Onsuz olanlarım əzab olandı...Üz tutub getməyin sonu dalandı...Yolumda yoxuşum, enişim sənsən.Çox ocaq görmüşəm, küldü, yanmayır...Çox tale rəndəsi ömür yonmayır...Hər əsən budağa quşum qonmayır...Mehrim, məhrəmanə isnişim sənsən.Nə ölkə fərqi var, nə qitə mənə,Tək sən adlı ünvan çox ötə mənə!Bir susqun pıçıltın kaş yetə mənə,Lal, donuq halımla dinəşim sənsən.Səmti nizamlayan...
22 Avqust 2026, 10:44
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Mürşüd Nərimanov dəfn olunub
Avqustun 21-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun nəşi İmişli rayonunun Məzrəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kollektivləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad edilib, mərasim iştirakçıları şəhid ailəsinə səbir və dözüm arzulayıblar. Dəfn mərasimi zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. İcra başçısı Elçin Rzayev çıxış edərək...
21 Avqust 2026, 18:45
Oxucunun etibarını itirən media: Keyfiyyətli informasiya yoxsa ucuz sensasiya?
Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş...
21 Avqust 2026, 16:54
Bu adamların hamısı təfəkkürcə Məhəmmədhəsən əmidir - FAZİL MUSTAFA
Orta əsrlər Azərbaycan tarixinin görkəmli simalarından olan Şah İsmayıl Xətai haqqında fikirləri ilə gündəmə gələn deputat Fazil Mustafa Hafta.az-a müsahibə verib.Düzdür, müsahibimiz suallarımızın əsas mahiyyətindən yayınmağa, konteksdən uzaqlaşmağa çalışa da, onun cavablarını olduğu kimi təqdim edirik.- Azərbaycan tarixini tədqiq edən, Şah İsmayıl Xətainin Azərbaycan xalqının böyük oğlu olduğunu elmi araşdırmalarla təsdiq etməyə çalışan saysız-hesabsız tarixçiyə qarşı çıxan Fazil Mustafanın Xətaiyə münasibəti şəxsi fikirlərdən doğur, yoxsa tarixi-elmi faktlara söykənir? Əgər faktlardan irəli gəlirsə, mənbələr barədə danışa bilərsinizmi?- Hər bir tarixçinin tarixi mənbələr üzrə hansısa dövrün proseslərini araşdırma haqqı var və bu da əslində, onun əsas işidir. Ama mənbələr üzrə araşdırdığı tarixi...
21 Avqust 2026, 16:46
Rəşad Məcidin doğum günüdür
Bu gün yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin doğum günüdür. CityPost.az xəbər verir ki,şair Rəşad Məcidin poeziyası səmimiyyəti ilə seçilir.Onun misralarında süni təmtəraqdan daha çox yaşanmış hisslərin hərarəti duyulur. Sevgi, ayrılıq, gənclik xatirələri, insanın zamanla söhbəti, doğma yurda bağlılıq bu poeziyanın müxtəlif rəngləridir. O, həyatın böyük mənalarını bəzən çox adi görünən bir duyğunun, bir xatirənin içindən tapıb çıxarmağı bacarır. Bu şeirlərin cazibəsi də məhz oxucunun həmin duyğularda öz həyatından, öz keçmişindən və öz xatirələrindən nəsə tapa bilməsindədir. Publisist Rəşad Məcid isə zamanın içində yaşayan söz adamıdır. Onun qələmi ədəbiyyat...
21 Avqust 2026, 12:02