Bizə yazın

Baku

-°C

USD

-

Analar...Vaqif Bayatlı 

Cəmiyyət 20 Avqust 2026, 16:41

390

Bu ocaq başında yarıyuxulu

Analar qısılıb böyür-böyürə,

Qalıb balalara dünyanın çoxu.

Hərənin sözündən bir şey qanılar

Biri balasını tərifləyəndə -

Yana baxa-baxa susub qalanlar

Ağlayar üzünün bir tərəfində,

Göydən dillənən yox, göydən baxan yox,

Taleyin sonunda donub gözləri

Başını qaldırıb göyə baxan yox,

Böyük Göyüzündən küsüb üzləri.

Allahdan, bəndədən qaçıb gizlicə

Ağlayar analar hey için-için.

Ağlamaqdan asan dünyada nə var

Ağ telli, ağ üzlü analar üçün?!

… Nəyə lazımıdı bu boyda dünya

Çoxda ki, ocaqlar his eləyirdi?

Fağır analara, gül balalara

Bu ocaq yanı da bəs eləyirdi...

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hərbi biletlə bağlı qərar: 200 manat...

Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.Citypost.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi...

20 Avqust 2026, 17:02

Prezident mühüm fərman İMZALADI: Oktyabrın 1-dən qüvvəyə minir

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.Mərkəzi icra hakimiyyəti orqanları, nizamnamələrinə əsasən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırladıqları mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrinin normayaratma orqanına təqdim edilməzdən əvvəl...

20 Avqust 2026, 17:00

Sayman Aruz Nüşabə Məmmədli yaradıcılığı: yaddaş, qadın taleyi və Qarabağ həqiqətlərinin bədii salnaməsi

Azərbaycan ədəbiyyatının müasir mərhələsində milli yaddaşın, tarixi faciələrin, insan taleyinin və mənəvi-psixoloji sarsıntıların bədii ifadəsinə xüsusi əhəmiyyət verən yazıçılardan biri Nüşabə Məhəmmədəli qızı Məmmədlidir. Onun yaradıcılıq yolu yalnız fərdi yazıçı taleyinin deyil, bütövlükdə XX əsrin sonu – XXI əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin keçdiyi mürəkkəb ictimai-siyasi və mənəvi proseslərin ədəbi əks-sədası kimi də qiymətləndirilə bilər.1953-cü ildə Ağdamda anadan olan Nüşabə Məmmədli yaradıcılığa erkən yaşlarından başlamış, 1970-ci ildən etibarən “Azərbaycan”, “Ulduz”, “Azərbaycan Gəncləri” və digər mətbu orqanlarda şeir, hekayə və povestlərlə çıxış etmişdir. Sonrakı illərdə jurnalistika fəaliyyəti də onun yaradıcılıq dünyasının formalaşmasında mühüm rol oynamışdır.Onun yaradıcılığının əsas xüsusiyyətlərindən biri yazıçı mövqeyi ilə...

20 Avqust 2026, 16:31

Akademik Aslan Aslanovun anadan olmasının 100 ili tamam olur 

Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977),  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995),  fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur. Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il  avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O, Tarix fakültəsini Fəlsəfə...

20 Avqust 2026, 13:37

21 avqustla bağlı Bakı və rayonlar üçün XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb.Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55% olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə...

20 Avqust 2026, 13:22

Üzməyə başlamaq üçün ən uyğun yaş və orqanizmə faydaları

Üzməyə başlamaq üçün ən uyğun yaş dövrü insanın fiziki, psixoloji inkişaf səviyyəsindən asılı olaraq dəyişsə də, mütəxəssislər uşaqların müstəqil şəkildə üzmə vərdişlərinə yiyələnməsi üçün 3-4 yaş aralığını ideal dövr hesab edirlər. Körpələr üçün nəzərdə tutulan xüsusi su seansları 6 aylıqdan tətbiq oluna bilsə də, təlimatçının tapşırıqlarını anlamaq, hərəkətləri düzgün icra etmək məhz 4 yaşdan etibarən mümkün olur. Bununla belə, üzmə idmanı yaş məhdudiyyəti tanımır; istənilən yaş dövründə bu idman növünə başlamaq orqanizm üçün yüksək bərpaedici, sağlamlaşdırıcı əhəmiyyət kəsb edir.Citypost.az xəbər verir ki, su mühitində məşq etməyin orqanizmə faydaları kompleks xarakter daşıyır, demək olar ki, bütün əzələ qruplarını eyni vaxtda işlədir....

20 Avqust 2026, 11:30