“Çoban məsuliyyəti” - düşünməyə çağıran kitab
Cəmiyyət 21 Avqust 2026, 10:28
606
Fazil Mustafanın “Çoban məsuliyyəti” kitabı dərc olunacaq.
Bu barədə o, özü məlumat verib.
Bildirilir ki, bu kitab yalnız son dövrlərdə baş verən ictimai-siyasi müzakirələrin yazılı yekunu deyil.
Bu kitab həm də Azərbaycan cəmiyyətinin tarixə, Cümhuriyyət ideyasına, milli dövlətçilik düşüncəsinə və xüsusilə “var” ilə “yox” arasında qurduğu münasibətə bir baxış cəhdidir.
Kitabda müəllif son zamanlar apardığı müzakirələrdən, yazdığı məqalə və esselərdən çıxış edərək bir sıra mühüm suallar qoyur:
Biz tariximizi nə qədər doğru anlayırıq? Cümhuriyyət dəyərlərindən danışarkən nə qədər səmimiyik?
Milli ideyaları elmi və praqmatik əsaslarla müdafiə edə bilirikmi?
Güney Azərbaycan məsələsinə emosional şüarlarla, yoxsa real sosial-siyasi prosesləri nəzərə alan düşüncə ilə yanaşmalıyıq?
“Çoban məsuliyyəti”nin əsas çağırışlarından biri də budur ki, millətin taleyi haqqında danışmaq kifayət deyil, bu barədə düşünmək, araşdırmaq və məsuliyyət daşımaq lazımdır.
Müəllifin Məhəmməd Əmin Rəsulzadədən seçdiyi epiqraf da kitabın ruhunu ifadə edir:
“Tarix heç kimi məsuliyyətsiz buraxmır”.
Həmçinin oxuyun
Bu baxımdan, kitab bir polemikanın davamı olmaqdan daha çox, polemikadan düşüncəyə keçid cəhdidir.
Müəllif oxucunu onunla razılaşmağa deyil, düşünməyə dəvət edir.
Hətta sonda çağırışını daha da genişləndirərək deyir ki, kəs öz kitabını yazsın, öz nəzəri mülahizələrini ortaya qoysun və millətin gələcəyi haqqında fərqli baxışların toqquşmasından yeni düşüncə imkanları yaransın.
Gununsesi.info bu barədə müəllifin yazısını təqdim edir:
“Jurlalistlə tez-tez sual göndərirlər: “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq istirahətiniz necə keçir?” Adətən yola vermək üçün cavablar verirəm. Ancaq indi rahat söyləyə bilərəm. Sin iki ayın gərgin müzakirə-mübahisələrinin istirahət adına yekunu yeni kitab oldu. Şükür ki, tamamlaya bildim. “Çoban məsuliyyəti” adlanan bu kitab son vaxtlar yazılmış, yayınlanmış, yayınlanmamış məqalələr və esseler toplusudur. Epiqraf olaraq Məhəmməd Əmin Rəsulzadənin:
“Tarix, əlbəttə hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar.” bu möhtəşəm fikrini seçdim. Yəqin ki, yaxın vaxtlarda redaktə olunandan sonra çapa verəcəyəm. Adətən əksər publisistik üslubda yazılan kitabların təyinatında “geniş öxucu kütləsi üçün nəzərdə tutulur” ifadəsini işlətməyə üstünlük verilir. Mən isə “bu kitab anlayan oxucu üçündür” ifadəsinin daha dəqiq cilalanmış variant olduğunu düşündüm. Çünki son vaxtların müzakirəsi bizə ölkəmizdə olan Cumhuriyyət dəyərlərinə, tarix şüuruna, akademik ağıla və ağılsızlığa baxışda bir sıra reallıqları göstərmiş oldu. Nə qədər diletant- təbərrü diplomluların, nə qədər müzakirələrə hazırlıqsız jurnalistlərin, bloggerlərin, siyasətçilərin, müzakirədən yayınmaq üçün “Dədə Qurqud” müdrikliyi pozasını alan ziyalıların, qaragüruhun qorxusundan fikirlərini açıq söyləməkdən çəkinənlərin varlığından xəbər tutmuş olduq. Cümhuriyyətdən ağız dolusu yazanlar, Rəsulzadəni göyə qaldıranların böyük əksəriyyətinin səmimiyyətsizliyi də aşkar göründü. Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətlə bağlı məşhur deyimi var: “Yoxdan bir Cümhuriyyət yaratdıq!” Əslində bunlar da Rəsulzadənin qarşısına öz tezisləri ilə çıxaraq dedilər: “Sən söylədiyin “yox” bizim üçün dadı dəyişməz bir konfettir” Bütün bu müzakirələr, mübahisələr də “var”la “yox” arasında gedirdi. “Var”ı yaşayıb “yox”u sevənlərin sırasında “var-yox”u söylənlərin imperativlərinin daha güclü olduğunu gördük.
Ancaq bu müzakirələr davam etsə-etməsə belə böyük faydası olduğunu düşünürəm. Əlbəttə, bizə, yəni Azərbaycan Respublikası yetkin vətəndaşlarına bir faydası toxunacaq deyil. Hər nə qədər ictimai-siyasi elitamızda qaranlıq keçmişimiz olan “yox”u konfet kimi müstəqil milli dövlətimiz olan “var”ımızın üzərinə pərçimləmək istəyənlər olsa da, dövlət ağlımız deyir ki, biz XIX əsrin əvvəllərində bu “yox”dan qurtulmuşuq, 1918-ci ildən başlayaraq “var” olmuşuq və 2023-cü ildə Xankəndiyə bayraq taxmaqla Azərbaycanı BÜTÖVLƏŞDİRMİŞİK!!! Bu müzakirələrin xeyri İranın Azərbaycan əyalətində, onun hüdudlarından kənar bölgələrdə, mühacirətdə yaşayan soydaşlarımıza hökmən olacaqdır. Mən izləyirəm, onların auditoriyasında danışanlar, təhlil edənlər, nağıl söyləyənlər bolluca olsa da, praqmatik nəzəri mülahizələr, sosioloji kitablar ortaya qoyanlar barmaq sayı qədərdir. Onları bir az da bizim təbərrü-alimlər arxayınlaşdırmışlar. Onlar Güney Azərbaycanla bağlı bizim uydurduğumuz yalanları İranın real sosial və siyasi mühitinin, dilinin, xalqlarının, mədəniyyətinin və başlıca olaraq xurafat və cəhalətinin içində olduqlarına görə öz yollarını daha konkret praqmatizmlə düşünməli olacaqlar. Onlar anladılar ki, bizdə elmi əsər, publisistik türkçülük, bütöv azərbaycançılıq adına yazılanların böyük əksəriyyəti bəsit-ideoloji şüarlar üzərində elmi metodologiyadan uzaq makulatura yığınından başqası deyildir.
Yəni hər qarşıya çıxan prosesə XIX əsrin Fransasında yaradılan Paris kommunasının liderlərindən biri olan Tyerin məşhur deyimi ilə yanaşmağı tövsiyə edərdim: “Hər şeyi ciddi qəbul edin, faciəli yox!”
Sonda: Mən bu müzakirələrdən bir kitab ortaya qoydum. Buyurun, siz də kitabınızı yazın, düşüncələrinizi, nəzəri mülahizələrinizi təqdim edin, bir-birimizə cavab olaraq deyil, millətimizə fərqli baxışlar üzərində düşünməyə materiallar, qaynaqlar olsun deyə. Bununla biz hüdudlarımızdan kənarda “yox”dan “var” olma mücadiləsi verən soydaşlarımıza daha böyük fayda vermiş olarıq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Murovdağdan Zəngilana qədər döyüşlərin getdiyi zirvələrə
şəhid adlarının verilməsi…
Suveren dövlətin coğrafiyasında onun tarixi yaddaşı yaşamalıdır “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanda adsız zirvələrə, prospekt, küçə və meydanlara, müvafiq ərazi vahidlərinə və metro stansiyalarına yeni adların verilməsinin nəzərdə tutulması Vətən müharibəsində Qələbəmizin beşinci ildönümündən sonra da mühüm əhəmiyyət daşıyan mənəvi-siyasi məsələdir. Bütövlüyünü tam bərpa etmiş dövlət öz tarixi yaddaşını qorumağa, fərqli formasiyalardan qalan mirasa hüquqi qiymət verməyə, yer adları ilə bağlı düzgün meyarlar formalaşdırmağa, xüsusilə torpaqlarımız uğrunda həyatını qurban verən insanların qəhrəmanlığını əbədiləşdirməyə çalışır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda məsələnin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi də advermənin yerli...
21 Avqust 2026, 10:01
Pensiyalar nə vaxt artırılacaq? – İlkin tarix AÇIQLANDI
Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır.Citypost.az xəbər verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə, artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb.Bəs növbəti artım nə vaxt olacaq?Bu mövzunu saytımıza şərh edən iqtisadçı Əli Məmmnədov bildirib ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə, 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin...
21 Avqust 2026, 08:22
"TikTok"da pul göndərmək mümkün olacaq
"TikTok" istifadəçilərin şəxsi mesajlar vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.Citypost.az "Bloomberg"ə istinadən xəbər verir ki, köçürmələrin şirkətin öz ödəniş xidməti olan "TikTok Pay" vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Yeni funksiyanın izlərinə tətbiqin ABŞ üçün "iPhone" versiyasının gizli kodunda rast gəlinib.Şirkət nümayəndələri bildiriblər ki, funksiya hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu isə yeniliyin hələ ilkin mərhələdə olduğunu göstərir."TikTok Pay" artıq Cənub-Şərqi Asiyanın bəzi ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda "TikTok Shop" alış-verişləri üçün istifadə olunur. Yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə məlum deyil./Axşam.az...
21 Avqust 2026, 08:14
Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım...
Heç şübhəsiz, Azərbaycan tarixinin üç ən xəyanətkar simasından biri də odur, Çingiz İldırım.Çingiz İldırım elə bir insan idi ki, xainlikdə Ayna Sultanovagildən, Əliheydər Qarayevlərdən, Bünyadzadədən heç də geri qalmırdı. Hətta bir çox məsələlərdə onlar Çingiz İldırımın əlinə su da tökə bilməzdilər. Bəs necə başlamışdı bu xainliklər?Çingiz İldırım bəy nəslindən idi, ancaq ömür uzunu bolşevik köləsi oldu. Hələ 1919-cu ilin əvvəllərində Şuşa şəhərində yerləşən Qarabağ qəzası general-gubernatorluğuna gəldiyi ilk günlərdən elə general-qubernatorluq yanında Şuranın üzvü təyin olundu və çox keçmədi ki, qubernatorluqda dəftərxana müdiri, daha sonra isə vitse-qubernator vəzifələrinə qədər yüksəldi. Bəy nəslindən olduğu və həm də təhsilli obrazına görə, əvvəllər bu qəfil yüksəliş heç...
20 Avqust 2026, 23:39
İdeoloji nağıllar və professor Nəsib Nəsibli həqiqətləri
İndi də diplomlu qaragüruh Azərbaycanın görkəmli tarixçi almi Nəsib Nəsiblinin üstünə hücuma keçib. Suçu: Düşündüyü həqiqətləri yazıb. "Biz deyəni niyə yazmırsan?" tələbi ilə sosial şəbəkədə əsl qaragüruh etiraz nümayişi keçirir. Onlarla dəyərli tədqiqatların müəllifi qos-qoca professor Nəsib Nəsibliyə də: "Sən haranın alimi oldun?" deyə ittiham yönəldirlər. Dünən bir video izlədim,10-15 il öncənin Tv proqramından... Xalq artisti Flora xanım Kərimova bu sahənin tədqiqatçılarına tarix dərsi keçdi və həqiqətən məni heyrətləndirdi. Danışmağa imkan verən kimi sadə məntiqin qarşısında çökürlər. Bunları da anlamaq lazım. Həqiqətlər üzə çıxdıqca yüzlərlə dissertasiya, məqalə mənasız bir kağız yığınına çevrilir, yüzlərlə elmi titulun içi boş qalır. On minlərlə...
20 Avqust 2026, 22:04
"Sirlər gözdən uzaqda yox, aşkarda gizlədilir..." – Həmid Herisçidən sirli Xəzər təhlili
Sirlər, sehirlər, məxfi mövzular, şifrələr-şriftlər adətən gözdən uzaqda yox...aşkarda gizlədilir.Yəni, göz önündə.Sirləri, məxfi mövzuları, gizli elmi təcrübələri adətən kinofilmlərdə, kitablarda gizləyərlər. Elə bircə “kitab, kitab içində, film, film içində” duası bildinmi, bəsindi. Bütün sirləri adi filmlərin, kitabların içindən üzə çıxarmağı bacaracaqsan. Mücərrəd danışmıram. Nağdı götürürəm bakılı, rusdilli sovet yazarı Aleksandr Nasibovun “Divanələr” romanını ( 1968-ci ildə bu romanın süjetiylə “Doktor Abstın təcrübəsi” filmi çəkilib). 1939-89-cu illərdə Xəzər adalarında keçirilən məxfi torpedo silahları istehsalı, sınaqları ( bax: https://m.youtube.com/watch?v=TK31zIF5hVY...) bu romanda fərqli coğrafiyaya-faşist Almaniyası ərazisinə, Baltik dənizindəki adalara köçürülüb. Yəni, zaman-məkan anlayışları dəyişsə də, şükür, mövzu, gizli silah təcrübələri əsərdə, filmdə tam əks...
20 Avqust 2026, 22:00