Bizə yazın

Baku

-°C

USD

-

Kimlərinsə oyununa qurban gedən oğulladan biri... 

Cəmiyyət 22 Avqust 2026, 10:55

452

Kimlərinsə oyununa qurban gedən oğulladan biri... 

Ruhun şad, məkanın cənnət olsun, Vətən Oğlu!

Yelmar Məmmədov

Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.

Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir.

1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.

1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.

Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində oxuyur.

Ehtiyac üzündən Komi Respublikasının Uxta şəhərinə gedir. Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.

1988-ci ildə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanaraq, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. İlk işləri bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Respublikasının Xalq deputatı seçilir.

1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır. Həm milyonçu həm də səxavətli adam kimi tanınır, şöhrətlənir.

Yelmar Məmmədov Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş Sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.

1992-ci ilin avqust ayında Azərbaycana qayıdır. Cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Orada 3000-dən çox adam işləyir.

Bakıda olduğu dövrdə Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir və "General Məhəmməd Əsədov" mükafatına layiq görülür.

O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat etmişdir. Rəsmi məlumatlara görə onlar yatandan sonra otağa qaz sızıb və qazdan boğulub ölüblər.

Yelmarın dörd övladı – iki qızı, iki oğlu var.

Ətayə  Odər Əkbərsoy

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəs tarix bizə nə göstərir? -Orxan Saffari yazır

Azərbaycanın ilk Xalq yazıçısı olan Aleksandr Şirvanzadə, əslən erməni olsa da, 1858-cu ildə Şamaxıda doğulmuş, on beş yaşına qədər Şamaxıda yaşamış və daha sonra Bakıya gəlmişdir. Səkkiz il Bakıda yaşadıqdan sonra isə ömrünün qalan hissələrini Paris, Tbilisi, ABŞ-də başa vurub. Maraqlıdır, bəs nə üçün Azərbaycanın ilk Xalq yazıçısı erməni oldu və buna təşəbbüs necə yarandı?Daha dəqiq, bu, məqsədli idi, yoxsa doğrudan da ədəbi fəaliyyətə verilən qiymət? Əvvəlcə, Şirvanzadənin ədəbi fəaliyyətinin 50 illik yubileyindəki nitqinə baxmaq lazımdır:“Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim. Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri...

22 Avqust 2026, 11:15

HAYANDA OLSAM... "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"...

. HAYANDA OLSAM...         "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"...                      ( M.Füzuli)@öne çıkar Ey mələk, ey sənəm, ey pəri "cadu",Ey fələk titrədən ahımın udu,Ey ud nəfəsimin udulu odu,İlk vəfa borcumla ön işim sənsən!Ey can, bu can evim talan-talandı,Onsuz olanlarım əzab olandı...Üz tutub getməyin sonu dalandı...Yolumda yoxuşum, enişim sənsən.Çox ocaq görmüşəm, küldü, yanmayır...Çox tale rəndəsi ömür yonmayır...Hər əsən budağa quşum qonmayır...Mehrim, məhrəmanə isnişim sənsən.Nə ölkə fərqi var, nə qitə mənə,Tək sən adlı ünvan çox ötə mənə!Bir susqun pıçıltın kaş yetə mənə,Lal, donuq halımla dinəşim sənsən.Səmti nizamlayan...

22 Avqust 2026, 10:44

İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Mürşüd Nərimanov dəfn olunub  

        Avqustun 21-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun nəşi İmişli rayonunun Məzrəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kollektivləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.        Mərasimdə şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad edilib, mərasim iştirakçıları şəhid ailəsinə səbir və dözüm arzulayıblar. Dəfn mərasimi zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. İcra başçısı Elçin Rzayev çıxış edərək...

21 Avqust 2026, 18:45

Oxucunun etibarını itirən media: Keyfiyyətli informasiya yoxsa ucuz sensasiya?

Deməli, istəsək hansısa nəticə əldə edə bilərik. Yetər ki, birliyimiz, həmrəyliyimiz olsun. Son günlərin ajiataj doğuran xəbər başlıqlarına olan münasibət getdikcə ədalət nizam tərəzisinə yönəlir. İstər həmkarımız Kamilə xanımın anasının dünyasını dəyişməsi, istərsə də Anar Nəcəflinin işdən ayrılması ilə bağlı. Artıq bir çox müəlliflər, həmkarlar etiraz səsini ucaldır. Ağlınıza gələn, kefinizə uyan kimi informasiyalar yaymayın. Reytinq, baxış sayı çox şeyi həll edə bilər. Amma hər şeyi yox. Dönə-dönə təkrarlayıram, tanıdığım insanlar var ki, onun da anası evdə tək olan zaman ürək tutmasından dünyasını dəyişib. Övladları gəldikdə artıq gec olub. Və yaxud da, başqa bir nəfərin atası deyə-gülə evdən çıxıb, beş...

21 Avqust 2026, 16:54

Bu adamların hamısı təfəkkürcə Məhəmmədhəsən əmidir - FAZİL MUSTAFA

Orta əsrlər Azərbaycan tarixinin görkəmli simalarından olan Şah İsmayıl Xətai haqqında fikirləri ilə gündəmə gələn deputat Fazil Mustafa Hafta.az-a müsahibə verib.Düzdür, müsahibimiz suallarımızın əsas mahiyyətindən yayınmağa, konteksdən uzaqlaşmağa çalışa da, onun cavablarını olduğu kimi təqdim edirik.- Azərbaycan tarixini tədqiq edən, Şah İsmayıl Xətainin Azərbaycan xalqının böyük oğlu olduğunu elmi araşdırmalarla təsdiq etməyə çalışan saysız-hesabsız tarixçiyə qarşı çıxan Fazil Mustafanın Xətaiyə münasibəti şəxsi fikirlərdən doğur, yoxsa tarixi-elmi faktlara söykənir? Əgər faktlardan irəli gəlirsə, mənbələr barədə danışa bilərsinizmi?- Hər bir tarixçinin tarixi mənbələr üzrə hansısa dövrün proseslərini araşdırma haqqı var və bu da əslində, onun əsas işidir. Ama mənbələr üzrə araşdırdığı tarixi...

21 Avqust 2026, 16:46

Rəşad Məcidin doğum günüdür

Bu gün yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin doğum günüdür.   CityPost.az  xəbər verir  ki,şair Rəşad Məcidin poeziyası səmimiyyəti ilə seçilir.Onun misralarında süni təmtəraqdan daha çox yaşanmış hisslərin hərarəti duyulur. Sevgi, ayrılıq, gənclik xatirələri, insanın zamanla söhbəti, doğma yurda bağlılıq bu poeziyanın müxtəlif rəngləridir. O, həyatın böyük mənalarını bəzən çox adi görünən bir duyğunun, bir xatirənin içindən tapıb çıxarmağı bacarır. Bu şeirlərin cazibəsi də məhz oxucunun həmin duyğularda öz həyatından, öz keçmişindən və öz xatirələrindən nəsə tapa bilməsindədir.   Publisist Rəşad Məcid isə zamanın içində yaşayan söz adamıdır. Onun qələmi ədəbiyyat...

21 Avqust 2026, 12:02