Dadaş Bünyatzadə kimdir? -Orxan Saffari yazır
Cəmiyyət 23 Avqust 2026, 12:01
395
Dadaş Bünyadzadə küçəsi şəhərin aktiv küçələrindən biridir.
O cümlədən, elə Dadaş Bünyadzadənin özü də bolşevizmə aktiv xidmət edən, Cümhuriyyətin süquta uğramasına çalışan tarixi simalardandır.
Başqa sözlə, o, Azərbaycanda kommunist təşkilatlanmasının üç əsas simasından biridir.
Bəs görəsən, onun çirkin əməllərinə nələr daxildir?
Bünyadzadə 1920-ci il 11–12 fevralda Bakıda keçirilən Azərbaycan kommunist təşkilatlarının I qurultayında Bakı Komitəsi, Hümmət və Ədalətin birləşməsi nəticəsində yaradılan Azərbaycan Kommunist Partiyasının formalaşmasında fəal iştirak edib.
Bundan başqa, AXC-yə qarşı silahlı mübarizənin hazırlanmasında da biləvasitə canla-başla iştirak edib.
Xain xidmətinə görə, qurultaydan sonra Bünyadzadə hərbi-inqilab qərargahının və onun əməliyyat qurumunun üzvü də seçilib.
Bünyadzadə eyni zamanda fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik edirdi.
Şübhəsiz, Bünyadzadənin çirkin əməlləri bir və ya iki deyil.
O, həmçinin Cümhuriyyət hakimiyyətinə qarşı mitinqlərinin də təşkilatçılarından olub.
Konkret desək, 1920-ci il 15 martda Bakı Fəhlə klubunda keçirilən mitinqin təşkilatçılarından və fəal iştirakçılarından biri Dadaş Bünyadzadə idi.
Bu əməlinə görə, AXC hakimiyyəti onu həmin dövrdə silahlı üsyan hazırlayan qurumun üzvü kimi həbs etmiş və ölüm cəzasına məhkum etmişdi.
Lakin aprelin 28-də bolşeviklərin hakimiyyəti ələ keçirməsi onun edam edilməsinin qarşısını aldı.
Təsəvvür edin, Cümhuriyyətin məhkəməsi onu dövlətə qarşı silahlı üsyana hazırlıqda təqsirli bilir və bir neçə həftə sonra həmin siyasi xətt qalib gəlir.
Bu, yəqin ki, taleyin yox, tarixin ironiyasıdır.
Dadaş Bünyadzadə xəyanətkar xidmətlərinə görə, digər xəyanətkar yoldaşları kimi yüksəlməkdə davam edir, yüksəldikcə əməllərinin çirkinliyini artırırdı.
Bu səbəbdir ki, bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirməsindən sonra yeni hakimiyyətin ən yüksək orqanlarından birinə də daxil oldu.
Həmçinin oxuyun
Yəni 28 aprel 1920-dən sonra yaradılan Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin (AMİK) üzvü oldu.
Başqa sözlə, onun rolu sadəcə “bolşevik tərəfdarı” olmaqla bitmirdi, Cümhuriyyətin yerinə qurulan sovet hakimiyyətinin idarəçilik mexanizminin də içində idi.
Gözlərinə qan daman Bünyadzadə, Cümhuriyyət hakimiyyətinin süqutundan dərhal sonra repressiv sovet idarəçiliyində iştirak etdi.
Bunun ən konkret nümunələrindən biri 1920-ci ilin mayında Tərtər üsyanının yatırılmasıdır.
Mənbələrdə də Dadaş Bünyadzadənin Çingiz İldırımla birlikdə üsyanın yatırılması üçün bölgəyə göndərildiyi göstərilir.
Daha mühüm fakt isə budur ki, 18 may 1920-ci il tarixli Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Dadaş Bünyadzadə Qarabağın fövqəladə komissarı təyin edilmişdi.
Bu vəzifə artıq sovet hakimiyyətinin bölgədə möhkəmləndirilməsi və yeni siyasi sistemə müqavimətin qarşısının alınması ilə birbaşa bağlı idi.
Bəs Bünyadzadənin “Cümhuriyyətin süqutundakı rolu”nu necə ifadə etmək olar?
Ən dəqiq ifadə belədir:
Dadaş Bünyadzadə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu hazırlayan daxili bolşevik təşkilatlanmasının fəal iştirakçılarından biri olmuş, AXC-yə qarşı silahlı üsyanın hazırlanmasında rol almış, fəhlə döyüş dəstələrinin təşkilinə və silahlandırılmasına rəhbərlik etmiş, 1920-ci ilin martında AXC hakimiyyətinə qarşı mitinq təşkilatçılarından biri kimi həbs edilmiş, aprelin 28-də bolşevik hakimiyyətinin qurulmasından sonra isə yeni sovet hakimiyyətinin rəhbər orqanlarına daxil olmuşdur.
Dadaş Bünyadzadə həyatında baş verən ən layiqli hadisə isə onun da qiymətinin həyatda olarkən xidmət etdiyi rejim tərəfindən verilməyidir. Yəni həbs edilməsi və güllələnməsi.
Belə ki, o, əvvəlcə Gürcüstan SSR Dövlət Təhlükəsizlik orqanları tərəfindən tutulub, daha sonra Bakıya göndərilərək Azərbaycan SSR NKVD-sinin sərəncamına verilib.
Ona “Azərbaycanda antisovet, üsyançı, casus-terrorçu və burjua-millətçi təşkilatın mərkəzinin üzvü olmaq” kimi ittihamlar irəli sürüldü.
Daha sonra isə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu ölüm cəzasına məhkum etdi və Moskvadakı Kommunarka poliqonunda güllələndi.
Onun həyatının, daha dəqiq, ölümünün maraqlı tərəfi budur ki, 1920-ci ildə Sovet hakimiyyətinin Azərbaycanda qurulmasında iştirak edən və Cümhuriyyətə qarşı mübarizə aparan Bünyadzadə, 17 il sonra həmin sovet sisteminin repressiya maşını tərəfindən məhv edildi.
Baxmayaraq ki, 1955-ci ildə ölümündən sonra bəraət də aldı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabana dəfn edilməsinə nail olan Vəli Axundov idi
947-ci il iyul ayının 11-də Seyid Cəfər Pişəvəri müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu. Onu gizlicə Buzovnadakı Vərəm hospitalının həyətində dəfn edirlər. Sonrakı illərdə Sovet İttifaqının siyasi rəhbərliyi İrandakı azərbaycanlıların muxtariyyətinin faciəli taleyini cidd-cəhdlə unutdurmağa çalışdı. Ancaq bu hadisələr xalqın yaddaşında, eləcə də Vəli Axundovun özünün yaddaşında Azərbaycan xalqının şərəfli və qəhrəmanlıq mərhələsi kimi əbədi həkk olundu. Odur ki, Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi olarkən Seyid Cəfər Pişəvəriyə münasibətdə ədalətsizliyi aradan qaldırmaq qərarına gəldi. Onun cənazəsinin Bakıda Fəxri Xiyabanda basdırılması üçün Moskvadan razılıq almağa nail oldu. 22 mart 1960-cı ildə Azərbaycan KP MK-nın Bürosu müvafiq qərar qəbul etdi. 1965-ci...
23 Avqust 2026, 11:48
Hamıya doğru, özünə yalan danışan NURANİ
Hamıya doğru, özünə yalan danışan NURANİ“Bu gün səhərə yaxın vəfat etdi... Başımız sağ olsun”. Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman müəllimin telefondakı kədərli sözləri və yorğun səsi Nuranini həyatda saxlamaq üçün əlindən gələn hər şeyi etmiş kollektivin-həkim, tibb bacısı, reanimotolq və müəssisənin başqa işçilərinin-hər kəsin hissini, artıq heydən düşmüş halını əks etdirirdi. Avqustun bu gününə keçə bilmədi Nurani… Həmişə hər kəsə doğrunu çatdıran Nuranimiz özünü aldatdı…Uzun müddət. Xəstəliyini gizlətdi. Əvvəl anası istəmişdi ki qızı, sevimli Tofiqəxanımı-xərçəngə tutulduğunu bilməsin. Sonra da Nurani özü inanmaq istəmişdi ki, sadəcə qostritdən əziyyət çəkir. Mədəsini aldatmışdı. Xərçəngə tutulduğunu ona sonadək demədilər. Nurani xərçəng olduğunu bilmədi. Gözlərinin bulağınadək saralmış,...
22 Avqust 2026, 21:03
Millətimizin yaddaşını yoxlamaq istədim…
Millətimizin yaddaşını yoxlamaq istədim…Heç kim unudulmur, heç nə yaddan çıxmır…Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.Bir zamanlar bütün millat ayağa qalxaram müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli,...
22 Avqust 2026, 16:15
Ermənistan Monte Melkonyan haqqında filmlə terrorizmi tərənnüm edir
ASALA terror təşkilatının keçmiş üzvü və Birinci Qarabağ müharibəsi zamanı erməni terror qruplarının ən bədnam komandirlərindən biri olan Monte Melkonyan haqqında film Ermənistanda nümayişə hazırlanır.Genetic Production tərəfindən istehsal olunan "Monte" adlı film noyabr ayında nümayiş olunacaq. Yaradıcılar filmin real hadisələrə əsaslandığını və Melkonyanın həyatına və Qarabağ müharibəsindəki iştirakına həsr olunduğunu iddia edirlər.Lakin treyler, tərcümeyi-halının birbaşa radikal erməni gizli fəaliyyəti və silahlı zorakılığı ilə əlaqəli olduğu bir insanın qəhrəmanlıq obrazını yaradır. Melkonyanın bir sıra terror hücumlarının arxasında duran təşkilat olan ASALA-dakı iştirakı bu təqdimatda arxa plana keçir və "milli qəhrəman" obrazına yol verir.Nəticədə, tarixi film adı altında izləyicilərə terrorizm və zorakılıqla...
22 Avqust 2026, 13:45
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə edib
Əlisa Nicat: “Azərbaycan xalqı yoxdur. Mənim xalqım Azərbaycan xalqı deyil, mənin xalqım Azərbaycan xalqının min nəfəridir”. Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə edib: "Baxın, müxtəlif yazıçılar fikirlərini bu cür ifadə edir. Deyirlər, məsələn, mənim oxucum 100 nəfərdir. Mənim xalqım 1000 nəfərdir. Yəni, bunu o mənada deyirlər ki, onu duyan, onu başa düşən xalqın içində 1000 nəfərdir. Kimsə bu şəkildə danışırsa, bu o demək deyil ki, xalqı aşağılayır, yaxud xalqına nifrət edir, öz xalqını sevmir..." Dostum, Şahbaz bəyin qardaşı Sabir Rüstəxanlınının çoxcildlik əsərlərinin təqdimatında şair bədbin bir ifadə işlətdi: "Nə olsun ki, yazırıq, oxuyan yoxdur". Şair həqiqəti söylədi. Ötən əsrin 80-ci illərinin...
22 Avqust 2026, 13:00
ƏLİMİZDƏKİ NEMƏTLƏRİN DƏYƏRİNİ BİLİRİKMİ?- Deputat Ceyhun Məmmədov
Su həyatdır. Amma biz çox vaxt onun həqiqi dəyərini yalnız çatışmadığı zaman anlayırıq.Orta hesabla bir insanın yalnız içmək üçün ömrü ərzində təxminən 50–60 min litr suya ehtiyacı ola bilər. Bəs biz bu qədər vacib olan suya gündəlik həyatımızda necə yanaşırıq?Kranı açıq qoyub gedirik, bağlamağı unuduruq. Diş fırçalayarkən suyu boş yerə axıdırıq. Maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edirik. Sızan kranı isə günlərlə təmir etdirmirik.Amma sayğac gələndə davranışımız dəyişir. Çünki artıq hər litr suyun hesabını görürük. Suyun neçə kubmetr sərf edildiyini bilirik və daha diqqətli oluruq.Bəs suyun sayğacı olmasaydı?Yenə də qənaət edərdikmi?Əsl məsuliyyət suyun pulunu ödəməkdən deyil, onun dəyərini...
22 Avqust 2026, 12:40