Bizə yazın

Baku

-°C

USD

-

Bizim İlqar Musayeviç...

Söz adamı 23 Avqust 2026, 11:50

428

Mühacirət tariximizin bilicisi, filologiya elmləri doktoru, professor Abid Tahirli onun haqqında yazır: “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70-ci illərində təhsil aldığı qrupda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi...” 

Böyük şairimiz Məmməd Arazın yadigarı, əməkdar jurnalist İradə Tuncay isə onun barəsində söyləyir: "Onunla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən o hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. Onda qeyri-adi cazibə qüvvəsi vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də onunla həmsöhbət olmaq istəyirdi. Onun cazibəsini heç nə neytrallaşdıra bilmirdi. İllər keçsə də o, hələ də bu cazibəni qoruyub saxlaya bilib..."

Bəli, söhbət İlqar Musayeviç kimi də tanınan, İlqar Həsənovdan gedir. O İlqar Həsənovdan ki, həmkarı, əməkdar jurnalist İttifaq Mirzəbəyli onu belə təsvir edir: "İlk məqaləsi 6-cı sinifdə oxuyarkən “Kirovabad kommunisti” qəzetində işıq üzü görən İlqar Həsənov həm də sözün həqiqi mənasında milli mətbuatımızın təəssübkeşlərindəndir. İlk dəfə 17-18 yaşlarında ayaq basdığı "Xalq qəzeti" dəhlizlərində gördüklərini elə danışır, elə söyləyir ki, eşidən hər kəs bu redaksiyaya əstağfürullah, müqəddəs məkan kimi baxmaq istəyir. O, hətta hazırladığı kiçik bir xəbərdə bayağılıqdan uzaq olduğu kimi hansısa əhatəli məqaləni də canlı yazıya çevirməyə çalışır və nail olur. Həmişə də "biz jurnalist olana qədər Nəsir İmanquliyevdən, Ağababa Rzayevdən, Rəfael Nağıyevdən, Əfqan Əsgərovdan, Əşrəf Hacıyevdən, Əhməd İsayevdən həyat dərsi almışıq"- deyir. İndiki mətbuatdakı bəzi xoşagəlməz məqamları görəndə isə heç kəsi tənqid eləmir, "Allah bundan betərindən saxlasın!"- deməklə kifayətlənir..."

 Mehriban yoldaşlığı, mədəni davranışı var. Yaxşı dost və istedadlı jurnalist kimi tanınır. Güclü intellekti onu çətinliklərdən həmişə qoruyur. Səmimi, dürüst, eyni zamanda çox emosionaldır. Düzgünlüyü və ədaləti ilə seçilir. Yalan danışmağı xoşlamır, kimisə aldatmaqdan xoşu gəlmir. Zəhmətkeşdir, məqsədinə çatmaq üçün əzmlə çalışır. Səxavətlidir, qazandığı pulu yaxınlarının rifahı üçün xərcləməklə yanaşı, dostların da çevrəsində sərf etməyə ürəklidir. Bir sözlə, İlqar Həsənov xalqın içində xüsusi çəkisi olan jurnalistlərdəndir...

...Avqustun 24-ü İlqar Həsənov növbəti yaşına qədəm basacaq. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram. Çox yaşasın!

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadan insanlar bunu anlamırlar....

Əlisa Nicatın cəmiyyətin müəyyən bir təbəqəsinə yönəltdiyi sərt, ağrılı və bəlkə də mübahisəli fikri götürüb onu bütöv Azərbaycan xalqına qarşı çevirmək nə ədəbiyyat anlayışıdır, nə də sağlam düşüncə.Azərbaycan ədəbiyyatında bu ənənə yeni deyil. M.F.Axundzadə öz əsərlərində cəhaləti, nadanlığı, mövhumatı və geriliyi amansız tənqid edirdi və bu gün bu pəstahı çıxardan nadanların babaları onda da Axundzadəyə qarşı pəstah çıxardırdılar.M.Ə.Sabir cahil, düşüncəsiz, riyakar və nadan insanları satirasının hədəfinə çevirirdi. Bu gün tənqidi fikri manipuliasiya edib güya xalqın təssübünü çəkənlərin babaları onda Sabirə qarşı kampaniya aparırdılar.C.Məmmədquluzadə “Molla Nəsrəddin” vasitəsilə cəmiyyətin ən ağrılı yaralarını açırdı. Ölülər əsərində "tufu sizin üzünüzə ölülər" deyirdi və bu gün...

22 Avqust 2026, 12:00

Əlirza HƏSRƏTİN   XUDAFƏRİN ŞEİRİ

İki eli birləşdirən,Bir qucaqdır Xudafərin.Qəldən qəlbə şəfəq saçan,Gur çıraqdır Xudafərin.Aramızda dönüb dağa,Nə qul keçir,nə də ağa.Zalımdan qisas almağa,Bir yaraqdır Xudafərin.Sərhəd telindən asdığı,Dərdli Xan Araz yastığı.Vətən bağrına basdığı,Bir bayraqdır Xudafərin.Yavaş-yavaş qızarır dan,Üzün gülsün Azərbaycan. Budaqdan asılıb qalan,Son yarpaqdır Xudafərin.

22 Avqust 2026, 10:48

Qaranlığın eşqinə !  - Ağaevli Hacı Əli yazır

Ruh kimi gəl gecəmə,Bədən biçilim sənə !Gözlərini Ay elə,Qaranlığın eşqinə !Dil- sözün öz qapısı,Haqsıza-köz qapısı !Dil-sözün döz qapısı,Küsdürmə onu dinə !Qapı tapmadım göyə,Hələ də yol üsdəyəm !Məçiddə,KilsədəyəmQoşulum hansı dinə ?!Haqqın çərçivəsindən,Çıxmadım bir əsimdə ! Gəl,isti nəfəsimdənSəp boşluğun yerinə !Dost kimi,yar kimi gəl,Ya yetər,var kimi gəl !Suyum yox,qar kimi gəl,Bu,daşlığın yerinə !

22 Avqust 2026, 10:45

Tofiq Hüseyn – sözə və mətbuata həsr olunmuş ömür   

Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir, yubilyara ünvanlanan səmimi təbriklər və xoş arzular davam edir.CityPost.az  xəbər verir  ki,Tofiq Hüseyn 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olub.Gənc yaşlarından ədəbiyyata və jurnalistikaya böyük maraq göstərib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı şəhərində, indiki Şirvanda jurnalistika fəaliyyətinə başlayıb. “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışaraq bölgə mətbuatının inkişafında mühüm rol oynayıb.Müstəqilliyimizin ilk illərində yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” qəzetinin...

21 Avqust 2026, 12:28

​"Elə sən boydadı dünya dediyin..." – Vasif Süleymanın "Olursan" şeiri

OLURSANElə sən boydadı, dünya dediyin,Gözümdə-könlümdə hər an olursan.Adın çəkiləndə dönərgəm dönür,Adım çəkiləndə viran olursan.Tanrı yazdığına neyniyəsiyəm,Bu boyda saflığın divanəsiyəm.Mən bu məhəbbətin azan səsiyəm,And içmək istəsəm, Quran olursan.Haqqın dərgahından keçdi, ələndi,Canım bu sevdaya çoxdan bələndi.Vədəsiz bu sevgi Haqdan gələndi,Bəs niyə, sən mənə haram olursan…

21 Avqust 2026, 10:26

Kitab tapırıq ki oxuyaq!!! - SƏRRAF BALAXAN YAZIR

Ölkəmizdə kitab müəllifi olmaqla bağlı qızğın mübarizənin getdiyinə şahidlik edirik. Bu mübarizə əsasən pandemiya dövründə başladı və hazırda ən yüksək səviyyəsinə çatmışdır. İctimai, siyasi, hüquqi, tarixi, iqtisadi, mədəni, dini və fəlsəfi mövzuda mübarizə daha kəskin hal almışdır. Bəzən bir müəllif il ərzində 5-7 kitab çıxarmaq zirvəsinə qədər dırmaşa bilmişdir. Taleyin qismətindənmi deyim, bəxtəvərlikdəmi deyim, belə kitabların böyük bir qismi qapı-qapı gəzib-gəzib gəlib axırda məni tapır. Bu kitabların demək olar ki, hamısı eyni formatdadır. Kitabın əvvəlində müəllifin özünə məxsus olduğunu iddia etdiyi bir məqaləsi verilir. Bu bəzən sadəcə ön söz də ola bilir. Qalanı haqqında isə bənd-bənd yazım ki, xalqımızın ərinmədən oxuduğu...

20 Avqust 2026, 18:37