Bizə yazın

Baku

-°C

USD

-

Rəşid Behbudovun kürəkəni: "Polad 7-8 aydır Eteri ilə birgə yaşayır... cəsarətsizlikdir”

Cəmiyyət 27 Avqust 2026, 18:13

400

“Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evlilik məsələsi cəmiyyətin diqqətini cəlb etməkdə davam edir. Amma, bu evliliyə diqqət ayıranları qınayanlar da var. İnsanları tənbeh edirlər ki, kiminsə şəxsi həyatını müzakirə etmək ədəbsizlikdir. Mən də razıyam. Hər kəsin şəxsi həyatı özünə aiddir və onu müzakirəyə çıxarmaq doğru deyil”.

Musavat.com xəbər verir ki, tanınmış jurnalist, Rəşid Behbudov Fondunun direktoru və “Space” TV-nin sabiq icraçı direktoru Kamil Şahverdi yazıb. O bildirib ki, xəbər gündəmi zəbt etdikdə iki mənbə təkzib məlumatı tirajladı. Hər iki təkzib eyni vaxtda, eyni saatda dövriyyəyə buraxıldı.

“Qəribəsi odur ki, bu təkziblər eyni saatda eyni adamın adından, yəni Polad Bülbüloğlunun adından yayılsa da, tamamilə fərqli tonda və fərqli mövqedən yayımlandı. Birinci təkzibdə qeyd olundu ki, Polad Bülbüloğlu sentyabrın əvvəllərində Bodrumdan Bakıya qayıdacaq və onun evlənməsi xəbərini yayanlarla məhkəmədə görüşərək məsələyə hüquq müstəvisində qiymək verəcək.

İkinci təkzibdə isə deyildi ki, Polad Bülbüloğlu hamıya salam göndərdi və hamıya onun kimi uzun ömür yaşayaraq 81 yaşında evlənməyi arzuladı. Bir daha vurğulamaq istəyirəm ki, şəxsən mənə qətiyyən maraqlı deyil, Polad Bülbüloğlu evləndi, boşandı, hara getdi, hardan gəldi. Ancaq unutmaq olmaz ki, Polad Bülbüloğlu 18 il mədəniyyət naziri işləyib, 18 il səfir olub, hal-hazırda da deputatdır, komitə sədridir. Ona görə də onun evlilik məsələsi gündəm olub. Çünki tanınmış adamdır, həm də hakimiyyətdə təmsil olunur.

Evliliyə gəldikdə isə bildirirəm ki, Polad Bülbüıoğlu artıq 7-8 aydır Eteri Leonidovna ilə birgə yaşayır. Münasibətləri bir neçə il bundan əvvəl başlamışdı. Bu ilin yanvar ayından artıq bir yerdə yaşamağa qərar veriblər. Müxtəlif rəsmi, qeyri-rəsmi tədbirlərdə birlikdə, ər-arvad kimi iştirak edirlər. Hal-hazırda da Bodrumda birıikdə dincəlirlər. Keçmiş həyat yoldaşı ilə aralarında nələrin baş verdiyi də çoxlarına məlumdur. Bu ailə daxili məsələ olduğu üçün problemin incəliklərinə varmaq, detalları açıb tökmək istəmirəm. Buna ehtiyac da yoxdur.

Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evliliyinin bu şəkildə gündəm olmasının səbəbi jurnalistlər, bloqerlər deyil, Polad Bülbüloğlunun özüdür. Adam yenidən evlənir, yeni arvadı ilə cəmiyyət arasına çıxır. Hamı bunu görür, bilir. Məsələ ictimailəşəndə isə onun adından müxtəlif formalarda təkzib olunur. Bunu başa düşə bilmirəm. Əgər bu pisdirsə, niyə etmisən? Yaxşıdırsa, niyə gizlədirsən? Bunun adı məncə cəsarətsizlikdir. Həmişə olduğu kimi, yenə də etdiklərini inkar etmək”.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada yeni məlumat yayılıb. Bildirilir ki, sənətçi və diplomat üçüncü dəfə ailə həyatı qurub. Məlumata görə, Polad Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. Xalq artistinin ikinci həyat yoldaşı Gülnarə Şıxəliyeva isə açıqlamasında məlumatı nə təkzib edib, nə də təsdiq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.CityPost.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.Məlumata görə, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan;- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan;- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan;- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində – avqustun 28-i saat 20:00-dan;- Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsində – avqustun 31-i...

27 Avqust 2026, 18:43

Anar Bayramov bu xanımı işdən azad etdi - FOTO

Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov əmr imzalayıb.Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı./unikal/

27 Avqust 2026, 18:16

Qəzənfər Paşayevin doğum günüdür

Bu gün görkəmli alim, ədəbiyyatşünas, folklorşünas, publisist, yazıçı və tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Qəzənfər Məhəmməd oğlu Paşayevin doğum günüdür. Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.Tovuz Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri kimi Qəzənfər müəllim cəmiyyətin fəaliyyətində, xüsusilə xeyriyyə və ictimai təşəbbüslərdə yaxından iştirak edir. Onun ağsaqqal sözü, ziyalılığı, xeyirxahlığı və doğma Tovuza bağlılığı hər zaman böyük hörmətlə qarşılanır.Qəzənfər müəllimin zəngin elmi və ədəbi yaradıcılığı, Azərbaycan folklorunun, xüsusilə İraq türkmanlarının ədəbi-mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində gördüyü böyük işlər Azərbaycan elminə və mədəniyyətinə dəyərli töhfələrdir.Tovuz Xeyriyyə Cəmiyyəti adından Qəzənfər müəllimi doğum günü...

27 Avqust 2026, 17:10

Namərd gülləsinə tuş gəlməsəydi, bu gün 95 illik yubileyini keçirdəcəydik… Əjdər Rza oğlu Xanbabayev

 Azərbaycanın tanıdığım ən işıqlı ziyalılarından idi: pozitiv, həyatsevər, övladcanlı—Afət və Nərgiz adlı 2 gül parçası kimi qızı vardı, onlarla nəfəs alırdı: “Onlarsız bir gün də yaşaya bilmərəm”- deyərdi. Etibarlı dostları vardı(çünki özü çox etibarlı, sədaqətli, qayğıkeş insan idi), sevdiyi peşəsi—kitab dünyası vardı. Şərq ədəbiyyatını, klassik dünya şedevrlərini müntəzəm olaraq mütaliə edərdi, farsı, rusu gözəl bildiyindən həmin əsərləri orijinaldan oxuyurdu. Ötən əsrin sonlarında mənfur qonşularımız Qərbi Azərbaycandan soydaşlarımızı zorla, vəhşicəsinə qovanda xalqımızın meydanlara tökülərək SSRİ rəhbərliyinə etiraz aksiyalarının ilk günlərindən Əjdər müəllim maddi və mənəvi dəstəyini əsirgəmirdi. Bu xeyirxah əməllərinin hamısının şahidiyəm. Azərnəşrdəki kabinetinə kimlər gəlmirdi—hərəkatın şəriksiz lideri Əbülfəz Əliyev(Elçibəy), Bəxtiyar Vahabzadə,...

27 Avqust 2026, 16:53

Mətbəxdə qaz sızması olduqda ilk olaraq nə etmək lazımdır?

Mətbəxdə qaz sızması baş verdikdə cəld, soyuqqanlı, doğru addımlar atmaq patlayış, yanğın risklərinin qarşısını alan ən vacib amildir. Təbii qaz qoxusuz olsa da, sızmanın dərhal hiss edilməsi üçün tərkibinə xüsusi kəskin qoxulu maddə əlavə olunur. Mətbəxdə bənzər spesifik qoxu hiss edildikdə panikaya düşmədən təhlükəsizlik qaydalarına dəqiq əməl olunmalıdır.Citypost.az xəbər verir ki, atılacaq ilk, ən təxirəsalınmaz addım qaz kəmərinin üzərindəki əsas ventili (kranı) dərhal bağlamaqdır. Qazın daxil olmasını kəsdikdən sonra məkanın havasını dəyişmək üçün pəncərələri, qapıları tam açmaq lazımdır. Bu, qazın konsentrasiyasını azaldaraq zəhərlənmə, patlayış təhlükəsini kəskin aşağı salır. Otaq havalandırılarkən daxildə olan şəxslər, xüsusən uşaqlar, yaşlılar dərhal məkandan xaric edilməlidir.Sızma...

27 Avqust 2026, 16:13

Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə asaslanan əməkdaşlıq  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsindən, mövcud əməkdaşlığın nəticələrindən və gələcək perspektivlərdən geniş bəhs etdi.Cənab Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlıq xüsusi yer tutdu. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması istiqamətində konkret hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında əməkdaşlıq artıq yalnız ticarətlə məhdudlaşmır. Energetika,...

27 Avqust 2026, 16:04