Bizə yazın

Baku

-°C

USD

-

 Kişilik və mərdlik etalonu Fuad Poladov  

Cəmiyyət 31 Avqust 2026, 16:25

241

Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Aktyorun özünün dediyinə görə çox şuluq, ipə-sapa yatmayan uşaq olub. Tez-tez dərs buraxıb, müəllimlərə mane olub. Atası həddindən artıq ciddi, zəhmli adam olduğundan şuluq hallar olanda onu məktəbə dayısı aparırmış.

Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub. Atası müəllimliklə yanaşı məktəb direktoru, maarif şöbə müdiri olub. Fuad Poladov əvvəllər atası işlədiyi məktəbdə oxuyub, lakin, sonradan o məktəbdən xaric olunub 132 nömrəli məktəbə keçirilib. Fuad məktəbdən xaric olunanda atası bu məsələyə qəti şəkildə qarışmayıb(!).

Ailəsi onun aktyor olmasına qətiyyən razı olmayıblar. Atası onu həkim, anası isə hüquqşünas görmək istəyib. Doqquzuncu sinifdə oxuyanda ilk dəfə “İstintaq davam edir” filminə çəkilir. Bundan əvvəl isə Adil İsgəndərovun iki illik kinoaktyorluq kurslarına daxil olur.

Atası onun aktyor olmasını istəməsə də, ilk dəfə 10-cu sinifdə Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

On altı yaşı olanda Fuad Poladov bir gün evə gəlir, görür ki, atası onun filmlərdən olan şəkillərinin hamısını cırıb. Sən demə həmin ərəfədə Fuad Poladov yanındakı qıza söz atan oğlanla dalaşdığı üçün polisə düşüb. Bundan sonra polislər onun yaşadığı evə gəlib. Polislər gedəndən sonra isə Poladovun atası əsəbindən onun şəkillərini cırıb.

Azdramada “Təhminə və Zaur” hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Lakin, hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışır və rollarını ifa edirlər. “Təhminə və Zaur” tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilib.

Aktyor hərbi xidmətini Azərbaycanda çəkib. Həmin ərəfədə Heydər Əliyev teatra gəlir. Teatrda partkom olan İsmayıl Dağıstanlı Heydər Əliyevə deyir ki, Fuadı əsgər aparmaq istəyirlər, repertuarın da az qala yarısı onun çiyinlərindədir. Heydər Əliyev mədəniyyət şöbəsinin müdiri olan Azad Şərifova bircə kəlmə ilə göstəriş verib deyir ki, bu məsələni həll elə. Aktyoru Bakıda saxlayırlar. O, gündüzlər hərbi hissədə olur, axşamlar isə gəlib tamaşalarında çıxış edir. Ancaq bu da uzun çəkmir, bir müddət sonra aktyor bir rus serjant ilə dalaşır. Bu hadisədən sonra başını qırxdırıb Sumqayıta göndərirlər, tamaşalara da buraxmırlar. Ümumilikdə əsgərliyi 7-8 ay çəkir.

Deyilənlərə görə aktyor hər dəfə premyera günü otağına gələndə stolunun üstündə gül görürmüş. Kostyumerdən içəri kimin girdiyini soruşsa da, ona cavab vermirlərmiş. Amma kostyumer bir dəfə ağzından qaçırır ki, sən demə otağa gül qoyan qadın aktrisa Sofa Bəsirzadə olub.

35 yaşı olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrını tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişi isə gənc həmkarına qarşı işlədiyi teatrda yaşanan haqsızlıqlara etirazı olub.

Bu gedişdən sonra aktyorun səsi batıb. Daha sonra səhhəti kəskin şəkildə pisləşib. Bir müddət sonra isə həkimlər aktyorda xərçəng xəstəliyi aşkar ediblər. Aktyor son müsahibələrinin birində bu barədə deyir: “Görünür, əsəbiləşmək, səsimin düzgün müalicə olunmaması gətirib ağciyərlə bağlı problemə çıxardı. İnsan həmişə xəstəliyinin səbəbini, kökünü axtarır. Mən də indi səbəbini axtarıram ki, səsim necə oldu? Bəlkə də bu təsadüf imiş? Əsəbiləşməsəm də, olmalı imiş? Amma mən onunla bağlayıram. Mən heç vaxt belə hala düşməmişdim.

Mənim bu dediklərimi isə yazma. Mən öləndən sonra yazarsan. O daha maraqlı olar...”

Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib. Son müsahibələrinin birində isə belə deyib: “Xaricdən söhbət gedə bilməz. Mən demişəm Azərbaycanda müalicə olunacam. Özümə sığışdırıb deyə bilmərəm ki, Azərbaycanda başladığım müalicəni gəlmişəm, siz davam etdirəsiniz. Nə olacaq, olacaq da. Ümidimi bağlamışam bizim həkimlərə. Bizdə də yaxşı həkimlər yox deyil. Mən öz həkimlərimə inanıram. Bu gün əllərindən nə gəlirsə və yaxud xaricdə mənim xəstəliyim necə müalicə olunardısa, bunu məndən əsirgəmirlər”.

"Şah Qacar" tamaşası ərəfəsində Qacarı yuxuda görür. Onun axtalanmağı ilə bağlı müxtəlif versiyaları Qacardan yuxuda xəbər alır. Amma Şah Qacar bu haqda ona heç nə demir

Ölümündən sonra isə Poladovun həyat yoldaşı Gülüstan Poladova həyat yoldaşının son vəsiyyətini də açılayıb:

“Deyirdi, Azdramadan götürülməyimə yol vermə, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin “saqqızın oğurlayarlar”, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən, birdən kimsə nəsə verə bilər, yollayar, bax a, deyirdi, Gülüstan bax, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi”.

Yoldaşı Fuad Poladovun səhnədən gedişinin də qəribə olduğunu deyir: “Akademik teatrda son oynadığı tamaşa “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb. Son tamaşasını oynayıb gedirdi sevdiyi səhnədən. Mən sonradan eşitdim, həmkarları deyir ki, onun səhnəyə son baxışı çox dəhşətli olub. Tamaşa bitib, hamı başına yığılıb sağollaşmaq üçün, o isə çox kədərli və diqqətli baxıb səhnəyə. İndi deyirəm, kaş, Allahın altında biləydim o anda nə düşünmüsən, ay Fuad? Bəlkə də deyib ki, çətin bir də görüşək, əlvida! Düzdür, o gedişdən sonra Fuadın Rus Dram Teatrında gözəl rolları olub, amma mənim üçün onun bütün gərginliyi Azdramadan gedəndən sonra başladı. Adam elə bil, düşdü. Amma bu mövzularda həmişə susurdu. Bir söz soruşanda da dönüb üzümə baxırdı. Anlayırdım ki, deyir, soruşma, sənin nəyinə lazım?

Fuad Poladov yaradıcılığı boyu – Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi onlarla rolu ilə ən sevilən aktyor olmağı bacarıb.

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.CityPost.az xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani...

31 Avqust 2026, 16:14

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başa çatıb.Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilir.

31 Avqust 2026, 16:11

Lukaşenko haqqında ən maraqlı 25 fakt

Ən yeni tarix. Maraqlı faktlar.Sağıcı oğlu, sağıcı əri - 32 ildir prezident olan 72 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt.30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür. O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir. 32 il prezident kürsüsündə əyləşən 72 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.2. Uşaqlıqdan atasız böyüyən Aleksandr Lukaşenko anasının soyadını daşıyır.3. Anası Yekaterina Trofimovna 20 ildən artıq bir müddətdə kənddə sağıcı işləyib.4. Lukaşenko...

31 Avqust 2026, 15:36

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.CityPost.az xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.

31 Avqust 2026, 11:49

Özünüzə xadimə tapın! -Aqşin Yenisey yazır

Azərbaycanın düşüncə mühiti sxolastik mühitdir. Alimlərimiz, yazıçı və şairlərimiz, siyasətçilərimiz, həkimlərimiz, müəllimlərimiz, din xadimlərimiz, bir sözlə, zehni əməklə məşğul olan hər kəs qartımış sxolastikdir, cüzi və təsirsiz istisnalar var əlbəttə.Nədir sxolastika? Öz sözlərimlə desəm, dincə qoyulmuş beyinlə düşünmək, daha doğrusu, bizə qədər düşünülənləri əzbərləmək və zamanla bunların öz düşüncələrimiz olduğuna inanmaq. Düşünmə əyləmini şüuraltılaşdırmaq. Cəmi 27 il ömür yaşamış ingilis riyaziyyatçısı və filosofu Frenk Ramsey isə sxolastikanı düşüncənin tənbəlliyi və süstlüyü adlandırıb onu fəlsəfə üçün təhlükə kimi görürdü. Ramseyə görə, nə vaxtsa bulanıq və qaranlıq olanı dəqiq bir əminlik kimi qətiləşdirib şübhəyə yer qoymamaqdır sxolastika.Bizim düşüncə mühitimiz də eynən bu...

31 Avqust 2026, 11:26

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq 

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Deputat qeyd edib ki, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir."Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb”, – deyə Vüqar Bayramov vurğulayıb.Onun sözlərinə görə, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım...

31 Avqust 2026, 10:57