Lukaşenko haqqında ən maraqlı 25 fakt
Cəmiyyət 31 Avqust 2026, 15:36
258
Ən yeni tarix. Maraqlı faktlar.
Sağıcı oğlu, sağıcı əri - 32 ildir prezident olan 72 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt.
30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür.
O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir.
32 il prezident kürsüsündə əyləşən 72 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.
1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.
2. Uşaqlıqdan atasız böyüyən Aleksandr Lukaşenko anasının soyadını daşıyır.
3. Anası Yekaterina Trofimovna 20 ildən artıq bir müddətdə kənddə sağıcı işləyib.
4. Lukaşenko orta məktəbdə ən nadinc, şuluq şagirdlərdən biri sayılıb, hətta onun adı yerli milis şöbəsində qeydiyyatda olub.
5. Hərbi xidmətini Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd qoşunlarında keçirib.
6. Aleksandr Lukaşenko ixtisasca tarixçi və iqtisadçıdır. O, Moqilyov Dövlət Pedaqoji İnstitutunun tarix, Belarusiya Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirib.
7. 72 yaşlı prezident 32 ildir ölkəsinə rəhbərlik edir. O, Belarus Respublikasının ilk və hələ ki yeganə prezidentidir.
8. Aleksandr Lukaşenko milli mətbəxin təamlarına üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir.
Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur.
Lukaşenkonun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.
9. Lukaşenkonun ən çox sevdiyi məşğuliyyət hokkey oynamaqdır. Belarus prezidenti gənc yaşlarından bu idman növünə üstünlük verib. O, buz meydançaya 1 nömrəli forma ilə çıxır.
10. Aleksandr Lukaşenko hokkey həvəskarı olsa da, arabir futbol meydançasına da öz məharətini göstərir.
11. Prezidentin digər sevdiyi idman növü isə dağ xizəyidir.
12. Lukaşenkonu ölkəsində “Batka” (ata) adlandırırlar. Onun bu ada münasibəti müsbətdir və o, bununla bağlı fikrini belə bölüşüb: “Mən xalqın içərisindən çıxmışam, ona görə də bu adı təbii və normal qəbul edirəm...”
Həmçinin oxuyun
13. Lukaşenko 1975-ci ildə Qalina Rodionovna ilə ailə həyatı qurub. Amma uzun illərdir ki, onlar birlikdə yaşamırlar. Qalina kənddə yaşayır, öz inəklərini saxlayır. Prezident mətbuat konfranslarının birində bununla bağlı açıqlama verib: “Qalina Lukaşenko kənd həyatını daha çox sevir...”
14. Prezident Lukaşenko 3 oğul atasıdır. 7 nəvəyə babalıq edir.
15. Lukaşenko sağlam həyat tərzinə üstünlük verir, 72 yaşlı prezident sağlam, gümrah və enerjilidir.
16. Lukaşenko əsasən “Mercedes Pullman Guard” avtomobilindən istifadə edir.
17. Aleksandr Lukaşenkonun saat seçimində də zövqü pis deyil. Prezident qiyməti 11000-dən 17000 dollar arasında dəyişən “Patek Philippe Calatrava 5120j” saatına üstünlük verir.
18. Lukaşenkonun qarderobu yalnız yerli istehsal geyimlərindən ibarətdir. Lukaşenkonun bütün geyimlərini Prezidentin İşlər İdarəsinin tabeliyində olan “LİNE A” atelyesi tikir.
19. Qısamüddətli məzuniyyətini əsasən ölkəsində keçirən Lukaşenko Soçi şəhərində də istirahətə üstünlük verir.
Onun bu şəhərdə “Belarus” mehmanxanasının yaxınlığında iqamətgahı da var.
20. Lukaşenko prezident iqamətgahının ərazisində olan torpaq sahəsində əkin-biçinlə məşğul olmağa da vaxt ayırır.
21. Prezident zəngin şəxsi kitabxanaya malikdir. Onun kitabxanasında 5 mindən artıq kitab var.
22. Lukaşenko tütün məmulatlarından istifadə etmir, alkoqollu içkilərə meylli deyil.
23. Ən çox sevdiyi və işlətdiyi sitat: “Pişiyin hansı rəngdə olması vacib deyil, vacib olan odur ki, o, siçanı tutur...”
24. Musiqi sahəsində də Lukaşenko gənclik illərində öz məharətini göstərib. Musiqi məktəbini bitirən Lukaşenko peşəkar bayan ifaçısıdır.
25. Prezident Lukaşenko təntənəli və dəbdəbəli ad günü tədbirlərini keçirməyi sevmir. Bu gün onun üçün adi iş günlərindən biri sayılır…
İlham Cəmiloğlu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.CityPost.az xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
31 Avqust 2026, 11:49
Özünüzə xadimə tapın! -Aqşin Yenisey yazır
Azərbaycanın düşüncə mühiti sxolastik mühitdir. Alimlərimiz, yazıçı və şairlərimiz, siyasətçilərimiz, həkimlərimiz, müəllimlərimiz, din xadimlərimiz, bir sözlə, zehni əməklə məşğul olan hər kəs qartımış sxolastikdir, cüzi və təsirsiz istisnalar var əlbəttə.Nədir sxolastika? Öz sözlərimlə desəm, dincə qoyulmuş beyinlə düşünmək, daha doğrusu, bizə qədər düşünülənləri əzbərləmək və zamanla bunların öz düşüncələrimiz olduğuna inanmaq. Düşünmə əyləmini şüuraltılaşdırmaq. Cəmi 27 il ömür yaşamış ingilis riyaziyyatçısı və filosofu Frenk Ramsey isə sxolastikanı düşüncənin tənbəlliyi və süstlüyü adlandırıb onu fəlsəfə üçün təhlükə kimi görürdü. Ramseyə görə, nə vaxtsa bulanıq və qaranlıq olanı dəqiq bir əminlik kimi qətiləşdirib şübhəyə yer qoymamaqdır sxolastika.Bizim düşüncə mühitimiz də eynən bu...
31 Avqust 2026, 11:26
Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Deputat qeyd edib ki, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir."Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb”, – deyə Vüqar Bayramov vurğulayıb.Onun sözlərinə görə, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım...
31 Avqust 2026, 10:57
Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib.CityPost.az xəbər verir ki, başsağlı məktubunda deyilir:"Hörmətli cənab Prezident,Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.Allah rəhmət eləsin!"...
31 Avqust 2026, 10:56
Şad xəbər: Onların əməkhaqqıları artırılacaq
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.Qeyd edilib ki, 2 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd...
31 Avqust 2026, 10:52
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda
27 avqustda Moskvada Azərbaycan səfirliyinin Qonaq Evinin qarşısında yerləşdirilən üç plakat son iki ilin diplomatik gərginliyinin növbəti epizodudur. Onları yenidən nümayiş etdirməyə ehtiyac yoxdur – çünki hər gün rəsmi informasiya kanallarında aparılan siyasi xəttin təkrarıdır. Aksiyanın görüntüləri milliətçi bolşevik çevrələri ilə əlaqəli “Прямое действие Z” kanalında yayıldı. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qəbuledilməz təxribat” adlandırdı, onu son dövrlərdə Rusiyanın bir sıra media resurslarında aparılan qərəzli kampaniyanın tərkib hissəsi saydı və Moskvaya 1961-ci il Vyana Konvensiyasından irəli gələn öhdəliklərini xatırlatdı. Doğrudur, üç plakatı iki dövlət arasında çoxşaxəli münasibətlərin bütöv mənzərəsi saymaq olmaz. Lakin ölkənin informasiya məkanı, seçkiöncəsi siyasi qüvvələrin qərarları və...
31 Avqust 2026, 10:18