Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşüb
Cəmiyyət 02 Sentyabr 2026, 20:33
187
Sumqayıt şəhərində 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Şəhər İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak ediblər.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Sumqayıt şəhərinin ötən tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələrindən danışıb. Bildirib ki, 2025–2026-cı tədris ili Sumqayıt təhsilinin uğurlu nəticələri ilə yadda qalıb. Sumqayıt məktəblərinin 237 məzunu 600-dən yuxarı, onlardan 91-i isə 650 və daha yüksək bal toplayıb. Bu göstəricilər şəhər üzrə təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin, müəllim və şagird əməyinin, eləcə də valideynlərin göstərdiyi diqqət və qayğının nəticəsidir.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gəncləri, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib, məzunlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, təhsil hər bir dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması gənclərin bilikli, savadlı və vətənpərvər vətəndaş kimi formalaşmasına geniş imkanlar açır.
Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı daim prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Dövlət başçısının təhsilə, müəllim əməyinə və gənclərin hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaradıb. Sumqayıtda da son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirən şəhər rəhbəri qeyd edib ki, yeni məktəb binaları inşa olunub, mövcud təhsil müəssisələri əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir görkəm alıb, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün zəruri şərait yaradılıb.
Həmçinin oxuyun
Zakir Fərəcov əldə olunan yüksək nəticələrin Sumqayıtın təhsil ənənələrinin və şəhərin intellektual potensialının növbəti göstəricisi olduğunu bildirib. Şəhər rəhbəri gənclərə müraciət edərək onların gələcək təhsil illərində də yüksək nəticələr əldə etmələrini, seçdikləri ixtisaslara dərindən yiyələnərək Azərbaycanın inkişafına töhfə verən savadlı və peşəkar mütəxəssislər kimi yetişmələrini arzulayıb.
II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində ən yüksək nəticələr sırasında Sumqayıt məktəblərinin məzunlarının yer alması şəhərin təhsil sahəsində qazandığı mühüm nailiyyətlərdən biri kimi qeyd olunub.
Tədbirdə həmçinin Təbiət Elmləri Təmayüllü Gimnaziyanın, 12 nömrəli və 35 nömrəli tam orta məktəblərin yüksək nəticələri ilə xüsusi fərqləndiyi bildirilib.
Tədbirin sonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlara qiymətli hədiyyələr, təhsil sahəsində səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə isə fəxri fərmanlar təqdim olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.
02 Sentyabr 2026, 19:26
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakının bəzi küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolunda – 2 sentyabr saat 09:00-dan; Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində – 2 sentyabr saat 10:00-dan; Xətai rayonu, Abdulla Rəhimov küçəsində – 3 sentyabr saat 08:00-dan nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq."Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla...
02 Sentyabr 2026, 18:47
Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib
Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib."Səfirlik səmimi qəbula və qarşıdan gələn rəsmi protokol tədbirləri barədə verilən məlumata görə minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib....
02 Sentyabr 2026, 18:33
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Bakının Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb.Citypost.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.Bununla da, metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin edilib, sərnişinlər rahat minib-düşməni həyata keçirə bilirlər.Həmin ərazidə mövcud olan taksi duracağının yeri dəyişdirilir. Ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.
02 Sentyabr 2026, 18:27
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb
Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu zaman işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.Bildirilib ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir."16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz.Eyni qayda fiziki, kimyəvi, bioloji və...
02 Sentyabr 2026, 18:03
Ombudsman əməkdaşları məntəqə tipli iki cəzaçəkmə müəssisəsinə baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 və 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrinə planlı başçəkmələr həyata keçirilib.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, başçəkmələrin əsas məqsədi məhkumların saxlanma şəraitinin, onlarla rəftarın, məşğulluğunun, tibbi və sosial-məişət təminatının, habelə hüquq və azadlıqlarının təmin olunması vəziyyətinin yerində araşdırılması və monitorinqinin aparılması olub.Başçəkmələr zamanı müəssisələrin yaşayış korpuslarına, yeməkxanalarına və digər aidiyyəti obyektlərinə baxış keçirilib, məhkumların saxlanma şəraiti, tibbi təminatı, sosial-məişət vəziyyəti və hüquqlarının təmin olunması ilə bağlı məsələlər öyrənilib.Həmin müəssisələrdə məhkumların fərdi qəbulu təşkil olunub, onların müraciət...
02 Sentyabr 2026, 17:36