Bizə yazın

Baku

-°C

USD

-

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Cəmiyyət 02 Sentyabr 2026, 21:50

239

Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.

Bu barədə Citypost.az-a AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, o, 1979-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.

1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı kimi yadda qalıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.Gənclər və İdman Nazirliyindən Citypost.az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Ardınca "Azərbaycan Respublikasının İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.Daha sonra beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.Nazir Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib.Bildirib ki, avqust ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.İdmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıblar.Görüş zamanı bir...

02 Sentyabr 2026, 21:28

Tramp: ABŞ ordusu sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv edib

ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrin sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv etdiyini açıqlayıb.Citypost.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir.“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Hazırda Hörmüz boğazına nəzarət edirik. Ötən gecə 28 qayıq, 28 gəmi məhv etdik. Biz boğaza nəzarət edirik, onlar heç nə əldə edə bilmirlər”, –Tramp bildirib.

02 Sentyabr 2026, 21:12

Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşüb

Sumqayıt şəhərində 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.Şəhər İcra Hakimiyyətindən Citypost.az-a verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak ediblər.Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Sumqayıt şəhərinin ötən tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələrindən danışıb. Bildirib ki, 2025–2026-cı tədris ili Sumqayıt təhsilinin uğurlu nəticələri ilə yadda qalıb. Sumqayıt məktəblərinin 237 məzunu 600-dən yuxarı, onlardan 91-i isə 650 və daha yüksək...

02 Sentyabr 2026, 20:33

Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib

Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, Cenevrə beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.

02 Sentyabr 2026, 19:26

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakının bəzi küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolunda – 2 sentyabr saat 09:00-dan; Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində – 2 sentyabr saat 10:00-dan; Xətai rayonu, Abdulla Rəhimov küçəsində – 3 sentyabr saat 08:00-dan nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq."Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla...

02 Sentyabr 2026, 18:47

Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib

Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib."Səfirlik səmimi qəbula və qarşıdan gələn rəsmi protokol tədbirləri barədə verilən məlumata görə minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib....

02 Sentyabr 2026, 18:33