Bizə yazın

Baku

-°C

USD

-

 Şəbnəm Xeyrulla Bakıdakı tıxaclardan gileyləndi: “İki saata evə çatdım”  

Cəmiyyət 04 Sentyabr 2026, 09:30

290

Yazıçı və jurnalist Şəbnəm Xeyrulla Bakı yollarında yaranan tıxaclarla bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında tədris ilinin hələ başlamamasına baxmayaraq, şəhərdə yolların artıq bərbad vəziyyətdə olduğunu bildirib.

Şəbnəm Xeyrulla tədris ilinin başlanmasından sonra vəziyyətin daha da çətinləşəcəyindən narahatlığını ifadə edib.

“Yollar hələ tədris ili başlamamış bərbad vəziyyətdədir. Ayın 15-dən sonra necə olacaq?” – deyə jurnalist qeyd edib.

O, dünən işdən evə gedərkən yaşadığı çətinliyi də diqqətə çatdırıb. Şəbnəm Xeyrullanın sözlərinə görə, İctimai Televiziyadan Balaxanıya çatmaq üçün təxminən iki saat vaxt sərf edib.

“Dünən işdən çıxanda saata baxdım: 18:37. Evə çatanda artıq 20:35 idi. Yəni İctimai Televiziyadan Balaxanıya getmək üçün iki saat vaxt sərf etmişəm. Bu o deməkdir ki, sutkanın 4 saatını sadəcə lazım olan marşrut avtobuslarını axtarmağa, gözləməyə, tapanda da tıxacda bezməyə sərf edirəm”, – deyə o bildirib.

Jurnalistin paylaşımı Bakı şəhərində ictimai nəqliyyat, tıxaclar və insanların hər gün yollarda itirdiyi vaxt məsələsini yenidən gündəmə gətirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Jurnalistin oğlu faciəvi şəkildə öldü 

ARB Televiziyasının Biləsuvar və Cəlilabad rayonları üzrə bölgə müxbiri Samir Qurbanovun övladı vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.Bildirilib ki, jurnalistin 15 yaşlı oğlu Cahangir Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

04 Sentyabr 2026, 09:44

Elçin Əfəndiyev: Müəllimlik ixtisaslarında boş yerlər narahatlıq doğurur

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı müəllimlik ixtisasları üzrə bir sıra plan yerlərinin boş qalması diqqət çəkib.Citypost.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.Ekspert bildirib ki, ilkin müsabiqədən sonra müxtəlif müəllimlik ixtisasları üzrə onlarla plan yeri boş qalıb.“Mən çox təəssüflə qeyd edirəm ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı ilkin müsabiqədən sonra 76 yer kimya müəllimliyi, 57 yer biologiya müəllimliyi, 57 yer kimya və biologiya müəllimliyi, 31 yer fizika müəllimliyi, 32 yer riyaziyyat müəllimliyi, 10 yer coğrafiya müəllimliyi, 3 yer isə tarix və coğrafiya müəllimliyi...

04 Sentyabr 2026, 09:34

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib."İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə...

04 Sentyabr 2026, 09:30

Politoloqdan AYNA-ya çağırış: “Gəlin dilimizi qoruyaq, qovmayaq!”  

Politoloq Amid Əliyev Bakı şəhərində fəaliyyət göstərən 12 saylı marşrut avtobusunda məlumat və elanların rus dilində verilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.Citypost.az xəbər verir ki, politoloq bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Xətai rayonunda Cavanşir küçəsindən metronun “Qara Qarayev” stansiyasına qədər hərəkət edən 12 saylı marşrut xəttinin avtobuslarında məlumatlar və elanlar rus dilində təqdim olunur.Politoloqun sözlərinə görə, avtobusun dayanacaqlarında yerləşdirilən monitorlarda da “ОСТАНОВКА” ifadəsi yazılır.Amid Əliyev qeyd edib ki, avtobusların Rusiya bazarı üçün istehsal olunması və ya Rusiyada yığılması mümkün olsa da, həmin nəqliyyat vasitələrinin Azərbaycan ərazisində fəaliyyət göstərdiyini nəzərə almaq lazımdır.“Başa düşmək...

04 Sentyabr 2026, 09:27

Magistraturada 949 yer boş qaldı – Təhsil eksperti diqqətçəkən rəqəmləri açıqladı

Magistraturaya qəbul üzrə boş qalan plan yerlərinin nəticələri açıqlanıb.Citypost.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək diqqətçəkən rəqəmləri açıqlayıb.Ekspertin sözlərinə görə, magistraturada boş qalan 1457 plan yerindən cəmi 508-i dolub. Nəticədə 949 yer yenidən boş qalıb.Məzahir Məmmədli bildirib ki, bu rəqəm sadəcə statistika deyil.Onun sözlərinə görə, magistraturada həm kifayət qədər plan yerləri, həm də ali təhsilini davam etdirmək istəyən gənclər var. Lakin bu iki tərəf arasında ciddi uyğunsuzluq mövcuddur.Təhsil eksperti magistraturaya qəbul imtahanında sualların hansı istiqamətlər üzrə təşkil olunduğuna da diqqət çəkib.Belə ki, magistraturaya qəbul imtahanında məntiq fənni üzrə 50, informatika üzrə 25,...

04 Sentyabr 2026, 09:23

Diqqət - Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı, Abşeron və Cəlilabadın bu ərazilərində bu gün  təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq"Azərişıq" ASC-dən "Unikal"a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xətai RETSİ-nə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan...

04 Sentyabr 2026, 08:58