Diqqət - Bu gün bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 04 Sentyabr 2026, 08:58
320
Bakı, Abşeron və Cəlilabadın bu ərazilərində bu gün təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
"Azərişıq" ASC-dən "Unikal"a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-nə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Həmçinin oxuyun
Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq "Cəlayir" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı saat 10:00-dan 13:00-dək Cəngan, Fərdi, Qarakazımlı, Lallar, Ləkin kəndlərinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aygün Çarçıyeva vəzifəsindən ayrıldı
APA TV-nin aparıcısı Aygün Çarçıyeva çalışdığı televiziya kanalı ilə yollarını ayırdığını bildirib.Citypost.az xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında paylaşım edib. O, APA TV-də keçirdiyi dörd ilin həyatının mühüm səhifələrindən biri olduğunu qeyd edib.Aygün Çarçıyeva bildirib ki, dörd il əvvəl ilk peşəkar addımlarını atdığı APA TV-dən öz istəyi ilə ayrılıb.“Həyatımın mühüm səhifələrindən birini bağlayıram. Dörd il əvvəl ilk addımlarımı atdığım APA TV ilə öz istəyimlə yollarımı ayırdım.İlk addımlarım, həyəcanlarım, uğurlarım, səhvlərim, saysız çəkilişlərim və yaddaşımda qalacaq çoxlu xatirələrim bu illərin bir parçasıdır”, – deyə o qeyd edib.Aparıcı ona inanan, yol göstərən və dəstək olan rəhbərlərinə, həmkarlarına təşəkkür edib. ...
04 Sentyabr 2026, 08:41
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz...
04 Sentyabr 2026, 08:20
Bu rayonlarının bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Rüstəmov, Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində H. Axundlu küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
04 Sentyabr 2026, 08:00
Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazir Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın istiqamətlərindən birinin də mədəniyyət sahəsi olduğunu bildirib. Qeyd olunub ki, şirkətin muzey və sərgilərin təşkili, yaradıcı təşəbbüslərin təşviqi, o cümlədən görkəmli mədəniyyət xadimlərinin irsi ilə bağlı nəşrlərə verdiyi dəstək təqdirəlayiqdir.Şirkətin regional prezidenti Cio Kristofoli Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrə bundan sonra da dəstək göstərəcəklərini diqqətə çatdırıb.Söhbət zamanı əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.Nazir C.Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə...
03 Sentyabr 2026, 21:22
MEDİA Qərb mediasının Azərbaycanla bağlı iddialarına REAKSİYA VERDİ
Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda qeyd olunub.Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə oluna hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və...
03 Sentyabr 2026, 20:53
Sahibə Qafarova Cenevrədə çıxış etdi
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfəri çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.Citypost.az xəbər verir ki, spiker Sahibə Qafarova çıxışında beynəlxalq və regional parlament əməkdaşlığının genişləndirilməsi, çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu, parlamentlərin beynəlxalq qərar qəbuletmə prosesində rolunun artması və qlobal çağırışlara birgə yanaşmalara dair fikirlərini bölüşüb.Parlamentin sədri qeyd edib ki, müasir dövrdə münaqişələr, geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, iqlim dəyişiklikləri və sürətli texnoloji inkişaf kimi çağırışlar dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığını zəruri edir.Bildirilib ki, çoxtərəfliliyin effektivliyi yalnız müxtəlif ölkələrin proseslərdə təmsil olunması ilə deyil, onların prioritetlərinin qərarların formalaşmasına...
03 Sentyabr 2026, 19:45