Sahibə Qafarova Cenevrədə çıxış etdi
Cəmiyyət 03 Sentyabr 2026, 19:45
246
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfəri çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.
Citypost.az xəbər verir ki, spiker Sahibə Qafarova çıxışında beynəlxalq və regional parlament əməkdaşlığının genişləndirilməsi, çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu, parlamentlərin beynəlxalq qərar qəbuletmə prosesində rolunun artması və qlobal çağırışlara birgə yanaşmalara dair fikirlərini bölüşüb.
Parlamentin sədri qeyd edib ki, müasir dövrdə münaqişələr, geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, iqlim dəyişiklikləri və sürətli texnoloji inkişaf kimi çağırışlar dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığını zəruri edir.
Bildirilib ki, çoxtərəfliliyin effektivliyi yalnız müxtəlif ölkələrin proseslərdə təmsil olunması ilə deyil, onların prioritetlərinin qərarların formalaşmasına real təsiri ilə ölçülməlidir. Bu baxımdan bütün regionların mövqelərinin eşidilməsi, bərabər iştirakın və qarşılıqlı etimadın təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Parlament diplomatiyasının beynəlxalq münasibətlərdə xüsusi roluna diqqət çəkən Sahibə Qafarova, parlamentlərin hökumətlərarası münasibətlərin mürəkkəbləşdiyi hallarda dialoqun qorunmasına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və sülhə yönəlmiş təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Spiker çıxışında davamlı inkişaf, qadınların və gənclərin ictimai-siyasi həyatda iştirakı, süni intellekt və rəqəmsal transformasiya, iqtisadi həmrəylik məsələlərini də diqqətə çatdırıb.
Qeyd edilib ki, beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır.
Spiker çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından da danışıb. Bu çərçivədə parlamentin sədri 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb. O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib , bununla belə, Şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi təmin edilib.
Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) ən geniş təmsilçiyə malik beynəlxalq parlament təşkilatı olaraq, BMT ilə sıx əməkdaşlıq şəraitində qlobal çoxtərəfli sistemin parlament ölçüsünü təmin etdiyini bildirib.
Həmçinin oxuyun
Qeyd edilib ki, PAİ, seçilmiş nümayəndələrin səsini beynəlxalq qərarqəbuletmə prosesinə gətirməklə demokratiyaya, parlament diplomatiyasına və xalqlar arasında dialoqun gücləndirilməsinə xidmət edir. PAİ parlamentlər arasında açıq dialoqu qorumaq, qarşılıqlı anlaşmanı gücləndirmək və sülhə aparan yolları dəstəkləmək üçün mühüm platformadır. PAİ-nin əsas gücü müxtəlif siyasi sistemlərə və regional baxışlara malik parlamentləri bərabərhüquqlu dialoq ətrafında birləşdirərək ümumi problemlərə birgə parlament yanaşmalarının formalaşdırılmasına imkan verməsidir.
Çıxışında iqlim maliyyəsi məsələsinə də diqqət çəkən spiker qeyd edib ki, bu proses proqnozlaşdırıla bilən, dayanıqlı və əlçatan olmalıdır. Bununla belə, resurslar ehtiyacı olanlara, onlara çıxışı praktiki olaraq qeyri-mümkün edən prosedurlar olmadan çatmalıdır. O, parlamentlərin bu prosesdə mühüm rol oynadığını bildirib.
Milli Məclisin sədri 2024-cü ildə Bakıda keçirilən COP29-un bu baxımdan mühüm platforma olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, COP29 çərçivəsində Milli Məclisin və PAİ-nin yüzlərlə parlamentarini bir araya gətirərək iqlim dəyişikliyinə qarşı birgə cavab tədbirlərini müzakirə etmək üçün mühüm imkan yaratdığını bildirib.
Spiker çıxışında parlamentlərin inklüzivliyinin yalnız müxtəlif sosial qrupların və regionların təmsilçiliyi ilə məhdudlaşmadığını vurğulayıb. Bildirilib ki, əsl inklüzivlik parlamentlərin qərar qəbuletmə prosesində bərabər iştirak imkanlarının təmin olunmasını nəzərdə tutur. Bu baxımdan, bərabər təmsilçilik prioritetlərin müəyyənləşdirilməsi, qərarların formalaşdırılması və qəbul edilən qərarlara təsir imkanları ilə ölçülməlidir.
Parlamentin sədri qeyd edib ki, inkişaf hüququ da inklüziv və ədalətli idarəçilik yanaşmasının mühüm tərkib hissəsidir. Hər bir ölkənin öz milli prioritetlərinə və milli reallıqlarına uyğun inkişaf yolunu müəyyənləşdirmək, iqtisadi və institusional potensialını gücləndirmək, habelə vətəndaşlarının rifahını təmin etmək üçün bərabər imkanlara malik olması vacibdir.
Vurğulanıb ki, parlamentlər qanunvericilik fəaliyyəti, büdcə üzərində parlament nəzarəti, habelə beynəlxalq parlamentlərarası əməkdaşlıq vasitəsilə inkişaf hüququnun təmin olunmasına və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, parlamentlər arasında bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafın və daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasına xidmət edir.
Çıxışına yekun vuran Milli Məclisin sədri ortaq gələcəyə yönəlmiş əməkdaşlığın müasir çoxtərəfli sistemin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli , 70- ə yaxın ölkənin səfiri, daimi nümayəndəsi, nümayəndə heyətinin rəhbəri və digər rəsmilər iştirak edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İŞİD tərkibində döyüşən şəxsə hökm oxunub
Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.Hökmə əsasən, Nicat Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.Qeyd edək ki, Nicat Əzizov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ilin dekabr ayında saxlanılıb.İttihama görə, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan İstanbula, oradan isə Hatay istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.Daha sonra o, Suriyada İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik...
03 Sentyabr 2026, 19:12
Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!
Aqşin Yenisey yazır:Alim və fəlsəfə doktorlarımız dil açdıqca, cahillərimizə şükür etməyə başlamışam. Səbəbini izah etməyə çalışacağam. Dadıma çatan söz və fikir azadlığı aydınlanma çağının insana tanıdığı haqqdır. Aydınlanma kəlməsi bər-bəzəksiz halıyla iradə azadlığını ifadə edir. “Aydınlanma”, “azad iradə” dedikdə yada ilk kim düşür? Kant!Kant özü aydınlanmış insanı bu cür xarakterizə edirdi: "Aydınlanma, insanın özü-özünü könüllü məhkum etdiyi ərgin, yetkin olmamaqdan qurtulmasıdır. Ərmiş olmamaq, başqasının iradəsi olmadan insanın öz ağlından istifadə etməməsidir. Ağlını az olduğu üçün deyil, başqalarının iradəsinin altında olmadığı üçün istifadə etmək cəsarəti göstərməyən insan özü-özünü ərgin, yetkin olmamağa məhkum edər. Sapere aude! Ağlını öz iradənlə istifadə etmək cəsarətini...
03 Sentyabr 2026, 19:05
Texno-feodalizm və köləlik - İbrahim Nəbioğlu yazır...
“Oxumaq və unutmaq paradoksu” kitabımdanQızımı qarşılayıb hava limanından evə gedirik.İlıq bir yay axşamıdır.Maşında “Spotify”da ikimizin də bəyəndiyi “Indigo night” parçasını seçirəm. Maşının salonuna Taminonun qüssəli, sakit səsi yayılır. “Jeff Bakliyə (Buckley) bənzəyir səsi”, – qızıma deyirəm: “Sənin yaşıdların onu tanıyır ki?”…Taminonun dərin tınıları insanı saf hislərin içinə çəkir.Mahnı bitir, araya reklamlar girir.Bir ildir qurtulmuşdum “Spotify” reklamlarından. Demək ki, illik abunəliyim sona çatıb, yeniləmək lazımdır. “Unutmuşam ödəmə etməyi” deyirəm, – sanki günah işləmişəm…“Görürsənmi, necə əsir alıblar bizi – abunəliklər, aylıq və ya illik ödəmələr…”. Anlamıram nə dediyini, “Kimlər?” deyə soruram. “Facebook-lar, Instagram-lar, YouTube-lar, Telegram-lar” deyə cavab verir qızım.***Məktəbli ikən sosializmdə yaşadıq....
03 Sentyabr 2026, 17:30
Bir də görərsiniz mən də getmişəm...
Bir də görərsiniz mən də getmişəm...Bir də görərsiniz mən də getmişəm,Bir də görərsiniz,yoxam dünyada.Sizin gözünüzdən elə itmişəm,Çətin,Çətin yolunuza çıxam dünyada.Başını bulayıb, köks ötürən də,Əlini dizinə çırpan da olar,Tüstüsü başından çıxan da olar,Mənsizbir ömürdən-gündən usanan,Başdaşına dönüb, baxan da olar.Yığışın bir yerə, yığışın, dostlar,Sizin aranızdasizdən xəbərsizMənə də, mənə də bir yer tapılar.Dinib-danışmaram, susaram onda.Neyləyim, neyləyim, açılmaz dahaSözməömürlük bağlı ürəklər,Üzüməömürlük bağlı qapılar.Siz də danışmayın, bir anlıq susunSiqaret üstündən yaşarsın gözüTüstüsü başından çıxan Abbasın.Yalvarıram sizə,Mən gedəndən sonra «qeybət daşını»Bir qara daş kimi atın dənizə,Dalğıclar yığılsa –tapa bilməsin.İlişməsin ayağına bir kəsin.…Bir də görərsiniz, mən də getmişəm,Bir də görərsiniz,yoxam dünyada.Sizin gözünüzdən elə itmişəm –Çətin,Çətin yolunuza çıxam...
03 Sentyabr 2026, 17:09
Qara fələyin ağ maskası
Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqındaƏgər xristian əxlaqına sadiq baş köməkçi Starbek matrosların sağ-salamat evlərinə, doğmalarının yanına qayıtmağının qeydinə qalırsa, ikinci köməkçi Stabbın belə bir dərdi-azarı yoxdur, o, taleyin əvəzinə qərar verməyə, özü, ya başqaları sarıdan qayğılanmağa həvəsli deyil. Starbek kimi kapitanı nəyəsə inandırmağa, ağlı azmış Axavı sağlam mühakiməyə çağırmağa da çalışmır. Starbek isə kapitanla mübahisəyə girişən, onu doğru yola qaytarmağa cəhd göstərən tək heyət üzvüdür, başqalarına nisbətdə buna onun vəzifəsi də imkan verir. Bununla belə həm xarakteri, həm də aldığı tərbiyə Starbeki böyüyün üzünə ağ olmağa, kapitanı aradan götürüb onun səlahiyyətlərini ələ keçirməyə, şərə mübtəla olmuş...
03 Sentyabr 2026, 17:06
Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar.Citypost.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova bununla bağlı qurumun adından ictimaiyyətə müraciət edib.Müraciətdə qeyd olunub ki, bu kimi hallar ilk deyil:"Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq"....
03 Sentyabr 2026, 17:00