Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub
İdman 03 Sentyabr 2026, 19:20
220
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Citypost.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək
Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.Azərbaycan Basketbol Federasiyasından Citypost.az-a verilən məlumata görə, yeni mövsümdən etibarən Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl təhsillərini və basketbol karyeralarını ABŞ-də davam etdirəcəklər.Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaqlar.Bu keçidlər basketbolçulara yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək....
03 Sentyabr 2026, 17:20
AFFA Kadini 3 oyunluq cəzalandırdı
"Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıbCitypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib.III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov...
03 Sentyabr 2026, 16:48
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.Citypost.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək....
02 Sentyabr 2026, 19:33
"Beşiktaş" Joao Mario ilə yollarını ayırdığını açıqlayıb
Türkiyənin "Beşiktaş" klubu futbolçusu Joao Mario ilə yollarını ayırıb."Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.Yarımmmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.Xatırladaq ki, Joao Mario 2024-cü ildən "Beşiktaş"da çıxış edirdi.
02 Sentyabr 2026, 19:00
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırıb.Bu barədə Citypost.az-a Bakı klubunun mətbuat xidmətindən bildirlib.Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 29 rəsmi oyun keçirib.
02 Sentyabr 2026, 17:48
Karpfişinq üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və "Bakı" Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə karpfişinq (balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.Bu barədə Citypost.az ASİNF-dən məlumat verilib.Yarış sentyabrın 4-6-da təşkil olunacaq. Şamaxı rayonu Çuxuryurd kəndində eyniadlı göldə baş tutacaq turnir çərçivəsində iştirakçılar müəyyən olunmuş qaydalara uyğun olaraq mübarizə aparacaq, nəticələrə əsasən Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşdiriləcək.Çempionatın yekununda fərqlənənlər medal və müvafiq mükafatlarla təltif olunacaqlar.Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Bu idman növündə əsas diqqət yalnız balığın tutulmasına deyil, həm də texniki hazırlığa, taktiki yanaşmaya və iştirakçının səbrinə yönəlir....
02 Sentyabr 2026, 11:37