Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanda 59 əcnəbi saxlanıldı: azərbaycanlı da onların arasındadır

Cəmiyyət 12 Sentyabr 2026, 11:40

326

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları da var.

Məlumata görə, keçirilən tədbirlər çərçivəsində Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif yerlər və obyektlər yoxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozaraq Gürcüstan ərazisində olduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

DİN bildirib ki, qanunvericilikdə dəyişikliklərin qüvvəyə minməsindən sonra Miqrasiya İdarəsi tərəfindən 160 xüsusi immiqrasiya nəzarəti tədbiri keçirilib. Bu tədbirlər çərçivəsində ümumilikdə 18 min xarici vətəndaş yoxlanılıb, müəyyən edilən 1 000 qanunsuz miqrant isə artıq Gürcüstandan çıxarılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib.Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:"Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin –Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır"."Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır",-...

12 Sentyabr 2026, 11:31

Şirvan və 3 rayonda ağaclar qanunsuz kəsildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.Bu barədə Citypost.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.Bildirilib ki, araşdırma zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndi və Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 43 min 150 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....

12 Sentyabr 2026, 09:00

Xətai rayonunda üç küçə ilə bağlı MƏHDUDİYYƏT

Bu gün Sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, təmir işləri Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrini əhatə edəcək."Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq", - deyə məlumatda qeyd edilib.Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....

12 Sentyabr 2026, 08:27

Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov "X" sosial şəbəkə hesabında paylaşım edib."Bu gün UNESCO-nun Baş direktorunun müavini xanım Asa Reqnerlə görüşmək və UNESCO-nun missiyasının daha da irəlilədilməsi, eləcə də gələcək illərdə Azərbaycan və UNESCO arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanını çox yüksək qiymətləndirdim", - o yazıb....

11 Sentyabr 2026, 22:28

Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Milix Yevdayevə orden təqdim olunub.Bu barədə Citypost.az-a  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Komitənin sədri Ramin Məmmədov bildirib ki, ölkədə dini tolerantlıq, fərqli konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşaması Azərbaycanın səciyyəvi xüsusiyyətidir, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.R. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, zəngin dini mirasın yaşadılması və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının təşəbbüsü və diqqəti sayəsində tarix və mədəniyyətimizin...

11 Sentyabr 2026, 21:51

Qulu Məhərrəmli: “Kinomuz ölməyib, amma yaşamır da…”

Professor Qulu Məhərrəmli Azərbaycan kinosunun hazırkı vəziyyəti və Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən sədr seçkisi ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor sosial şəbəkə hesabında Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinin bir sıra gənc və kino ictimaiyyətinin nümayəndələri tərəfindən məyusluqla qarşılandığını bildirib.Qulu Məhərrəmli yazıçı-ssenarist Eldəniz Quliyevin “Azərbaycan milli kinosu rəhmətə getdi” fikrinə də toxunaraq, bu mövqeyi bölüşənlərlə yanaşı, onunla razılaşmayanların da olduğunu qeyd edib.“Mən şəxsən bu fikirdəyəm ki, kinomuz ölməyib, amma yaşamır da… Yaşamağına ümid də azdır”, – deyə professor yazıb.Qulu Məhərrəmli seçki prosesini də qiymətləndirərək qeyd edib ki, konfransda sədr seçkisinə kifayət qədər ciddi hazırlıq görülüb....

11 Sentyabr 2026, 21:22