Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər
Cəmiyyət 12 Sentyabr 2026, 12:38
283
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində olublar.
APA-nın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar Gəncəsər monastırını ziyarət ediblər.
Onlara monastrın tarixi barədə məlumat verilib.
Qeyd edək ki, Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir.
Həmçinin oxuyun
Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir.
Kompleksin cənub qapısına yaxın yerləşən kilsənin əsasını 1216–1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah 33 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 13-də 33 dərəcə isti olacaq.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı cənub-şərq rayonlarında və dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə16-20° isti,...
12 Sentyabr 2026, 12:26
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslindən olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.Citypost.az xəbər verir ki, o, paylaşımda Həsən Cəlal Allahverdi bəy barədə məlumat verib.Hikmət Hacıyev bildirib ki, XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşıyıb və öz şanlı əcdadlarının adını nəsildən-nəslə ötürüblər. Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”.Hikmət Hacıyev qeyd edib ki, abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunub saxlanılmasının real, maddi...
12 Sentyabr 2026, 12:00
Gürcüstanda 59 əcnəbi saxlanıldı: azərbaycanlı da onların arasındadır
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları ölkə üzrə keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 59 xarici vətəndaşı saxlayıb."Report"un Gürcüstan bürosu xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları da var.Məlumata görə, keçirilən tədbirlər çərçivəsində Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif yerlər və obyektlər yoxlanılıb.Araşdırma zamanı saxlanılan şəxslərin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozaraq Gürcüstan ərazisində olduqları müəyyən edilib.Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata...
12 Sentyabr 2026, 11:40
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:00 radələrində Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin –Sayad Qasımova hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır"."Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli faktları sadəcə maraq xatirinə izləməməyə, lazımı nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır",-...
12 Sentyabr 2026, 11:31
Şirvan və 3 rayonda ağaclar qanunsuz kəsildi
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.Bu barədə Citypost.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.Bildirilib ki, araşdırma zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndi və Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 43 min 150 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....
12 Sentyabr 2026, 09:00
Xətai rayonunda üç küçə ilə bağlı MƏHDUDİYYƏT
Bu gün Sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, təmir işləri Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrini əhatə edəcək."Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq", - deyə məlumatda qeyd edilib.Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur....
12 Sentyabr 2026, 08:27