Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib
Cəmiyyət 12 Sentyabr 2026, 15:08
276
Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə yerləşən Xudavəng monastr kompleksini ziyarət edib.
Citypost.az xəbər verir ki, qonaqlar abidənin tarixi ilə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, sözügedən kompleks ərazisindəki ən böyük monastır kompleksi sayılır.
Həmçinin oxuyun
Bu abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.Qeyd olunub ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir. 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən...
12 Sentyabr 2026, 14:55
“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir
“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.Bu barədə Citypost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Bu yol Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
12 Sentyabr 2026, 14:46
Nazir onu şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.Citypost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb.Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsindən çalışıb.Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edib....
12 Sentyabr 2026, 14:00
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində olublar.APA-nın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar Gəncəsər monastırını ziyarət ediblər.Onlara monastrın tarixi barədə məlumat verilib.Qeyd edək ki, Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir.Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir.Kompleksin cənub qapısına yaxın yerləşən kilsənin əsasını 1216–1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub....
12 Sentyabr 2026, 12:38
Sabah 33 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 13-də 33 dərəcə isti olacaq.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gcə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı cənub-şərq rayonlarında və dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə16-20° isti,...
12 Sentyabr 2026, 12:26
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Həsən Cəlal Dövlənin nəslindən olan Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib.Citypost.az xəbər verir ki, o, paylaşımda Həsən Cəlal Allahverdi bəy barədə məlumat verib.Hikmət Hacıyev bildirib ki, XX əsrin əvvəllərinədək bu nəslin nümayəndələri Qafqaz Albaniyasının hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dövlənin adını daşıyıb və öz şanlı əcdadlarının adını nəsildən-nəslə ötürüblər. Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdad yaddaşının maddi sübutu kimi xüsusi əhəmiyyət daşıyır”.Hikmət Hacıyev qeyd edib ki, abidə nəsillər arasında tarixi bağlılığın və irsin qorunub saxlanılmasının real, maddi...
12 Sentyabr 2026, 12:00