Bizə yazın

Baku

-°C

USD

-

Rəsul Həmzətovun Əziz Əliyevlə bağlı xatirələri

Maraqlı 12 Sentyabr 2026, 09:15

216

Dağıstan Respublikasının Xalq şairi Rəsul Həmzətov öz xatirələrində yazır: “O vaxtlar mənim ilk şeir kitabçam çapdan çıxmışdı. Əziz Əliyev bundan xəbərdar idi. İştirak etdiyimiz bir məclisdə məni təbrik etdi. Onun xahişi ilə bir dağlı rəqsi oynadım; məmnun qaldı, şeir oxutdu – təriflədi. Mən qızışaraq təkrarən oynayıb şeir oxuyanda, mülayimcəsinə narazılığını bildirdi: “Bu gün atan Həmzət Sadasının yubileyidir, bir az ağayana ol. Sən dağlı balasısan...”

Sonra xəbər aldı:

– Rəsul, sən bizim Səməd Vurğunu tanıyırsanmı?

Cavab verdim:

– Azərbaycan şeiri ilə onu yaxşı tanıyıram.

– Sənin xəbərin varmı ki, Səməd dünən Mahaçqaladaydı. Azərbaycan diviziyası buradan keçirdi. Vurğun da gəlmişdi. Onu özüm qarşılayıb, yola saldım.

  Səməd Vurğunu Mahaçqalada görə bilmədiyim üçün dərin təəssüfümü bildirdim. Fürsət əldən çıxmışdı. Əziz Əliyev yoldaş üzünü mənə tutaraq, atalıq qayğısı ilə məsləhət verdi: “Rəsul, gəlsənə, səni Moskvaya SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərək. Təhsilini orada davam etdirərsən, gələcəyin üçün faydalı olar”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anasının qatili bağışlayan general – Arif Heydərovun insanlıq dərsi

Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant Arif Heydərovun həyatından bəhs edən bu hadisə müdriklik və dərin insanpərvərliyin unudulmaz nümunəsidir.​Vaxtilə baş verən ağır faciə — nazirin anasının avtomobil qəzasında həlak olması cəmiyyətdə böyük səs-küy doğurmuşdu. Ekspertizanın rəyinə əsasən, qəzanın baş verməsində yüksək sürətlə hərəkət edən taksi sürücüsü tam günahkar bilinmişdi. Bu barədə dərhal Arif Heydərova məlumat verildi.​Lakin hadisənin təfərrüatlarını şəxsən araşdıran nazir qəzaya səbəb olan sürücünün cəzalandırılmasından əvvəl onun ailə vəziyyəti ilə maraqlandı:​– Uşaqları varmı? – deyə soruşdu.​Məlum oldu ki, sürücünün üç azyaşlı övladı var və onların ən kiçiyi hələ bir yaşındadır.​Bir müddət dərin sükut içində düşündükdən sonra Arif Heydərov qəti...

11 Sentyabr 2026, 12:47

Ananas və kivi yeyəndə ağız niyə yanır? – Maraqlı səbəb

Ananas və ya kivi yedikdən sonra ağızda yanma, göynəmə, acılıq və qarıncalanma hiss edənlər az deyil. Bəs meyvələr sağlam olduğu halda bu hiss nədən yaranır?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ananasın tərkibində bromelain, kivinin tərkibində isə zülalları parçalayan fermentlər, o cümlədən aktinidin kimi fermentlər var. Ananasdakı bromelain zülalları parçalama xüsusiyyətinə malikdir və bu fermentin ağız boşluğunda qıcıqlanma hissinin yaranmasına müəyyən qədər töhfə verə biləcəyi düşünülür. Ananasın tərkibindəki turşuluq da ağızın həssas selikli qişasını qıcıqlandıra bilər.Kivi qəbul etdikdən sonra yaranan qaşınma, qarıncalanma və yüngül şişkinlik isə bəzi insanlarda oral allergiya sindromu ilə də əlaqəli ola bilər. Bu vəziyyətdə simptomlar adətən...

11 Sentyabr 2026, 11:17

Hitlerin ölüm əmrini verdiyi, Stalinin qoruduğu hipnozçu haqqında İlginc FAKTLAR  

Volf Messinqin ağılları oxuya bilən, başqasının düşüncələrini manipulyasiya edən bir telepat olub. O, eyni zamanda SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə nümayiş etdirən estrada artisti idi.Tam adı Wolf Gregorevich Messingdir. 10 sentyabr 1899-cu ildə Polşanın Qura Kalvariya şəhərində, yoxsul bir yəhudi ailəsində dünyaya gəlib. 8 noyabr 1974 -cü ildə Moskvada dünyasını dəyişib.Messinqin ailəsi onu dini təhsil alaraq ravvin olması üçün məktəbə göndərir. Lakin o, bununla razılaşmayıb evdən qaçır.Anadangəlmə əsəb xəstəsi olan Volf kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayır. Volf qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf edir. 13 yaşlı Volf bilet əvəzinə bələdçiyə adi...

11 Sentyabr 2026, 10:36

Sovet repressiyası Zivər bəyi necə ölümə apardı?

“Millətin gələcəyini və mədəniyyətini rusun ruhsuz kərpicində görmürəm. Biz öz milli memarlığımızla binalar ucaltmalıyıq”Zivər bəy Əhmədbəyov 1873-cü il Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.O yalnız ilk azərbaycanlı baş memar deyil, həm də ilk ali təhsilli azərbaycanlı memar olub və Avropa ənənələri əsasında təhsil alıb. Onun gördüyü işlər barədə internetdə və mediada kifayət qədər yazılar var. Mən bu böyük şəxsiyyəti intihara aparan səbəblər barədə...

11 Sentyabr 2026, 09:22

Bal niyə uzun illər xarab olmur? – Maraqlı fakt

Balın uzun müddət xarab olmadan qala bilməsi onun ən maraqlı xüsusiyyətlərindən biridir. Bunun əsas səbəbi balın tərkibində suyun az, şəkərin isə yüksək miqdarda olmasıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, balın yüksək şəkər konsentrasiyası və aşağı su aktivliyi bakteriya və kiflərin inkişafını çətinləşdirir. Bu səbəbdən düzgün şəkildə, quru və yaxşı qapalı qabda saxlanılan bal uzun illər öz xüsusiyyətlərini qoruya bilər.Balın minilliklər boyu xarab olmadığı ilə bağlı Misir piramidalarında nümunələrin tapılması barədə geniş yayılmış məlumatlar da var. Lakin bu məlumatlar çox vaxt şişirdilmiş formada təqdim edilir. Arxeoloji qazıntılar zamanı qədim bal nümunələrinin aşkar edilməsi mümkün olsa da, onların tam olaraq minilliklər...

11 Sentyabr 2026, 09:17

Milçəklərin dişləri yoxdur, bəs qidanı necə yeyirlər? – Maraqlı FAKT

Heç fikir vermisinizmi, milçəklərin dişləri olmadığı halda onlar bərk qidaların üzərinə qonaraq necə qidalana bilirlər? Əslində, milçəklər qidanı insanların və digər heyvanların etdiyi kimi çeynəmirlər. Onların qidalanma üsulu olduqca fərqlidir.Citypost.az xəbər verir ki, xüsusilə ev milçəklərinin ağız quruluşu bərk qidanı dişləyib parçalamağa deyil, mayeləşmiş qidanı sormağa uyğunlaşıb. Onların ağız aparatında süngərə bənzər xüsusi quruluş var və bu quruluş qidanın maye hissəsini qəbul etməyə imkan verir.Bəs bərk qida necə yeyilə biləcək vəziyyətə gətirilir? Milçək qidanın üzərinə qonduqda onu birbaşa ağzına götürmür. Qidanı yumşaltmaq və həll etmək üçün mədəsindən maye xaric edir. Bu maye qidanın müəyyən hissələrini parçalayaraq onu mayeləşdirir. Daha sonra...

10 Sentyabr 2026, 11:28