Bizə yazın

Baku

-°C

USD

-

Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Hadisə 12 Sentyabr 2026, 13:30

218

Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanıb.

Bu barədə Citypost.az-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş 35 yaşlı Valid Əhmədov saxlanılıb. Saxlanılan şəxsin həmin mağazadan oğurluq etməyi qabaqcadan planlaşdırdığı, hadisə zamanı isə maska və əlcəkdən istifadə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həmyerlimiz PUA hücumunda həlak oldu

Rusiya-Ukrayna münaqişəsi zonasında bir nəfər azərbaycanlı həlak olub.Citypost.az  24News.ge-yə istinadən xəbər verir ki, Krımda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində 45 yaşlı Mahir Məmmədov həyatını itirib.Məlumata əsasən, onun idarə etdiyi yük avtomobili PUA hücumuna məruz qalıb. Zərbədən sonra nəqliyyat vasitəsi yanıb, sürücü isə elə hadisə yerində ölüb.Qeyd edilir ki, Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kəndindəndir. Hazırda mərhumun cənazəsinin vətəninə aparılması üçün zəruri tədbirlər görülür. (modern.az)...

12 Sentyabr 2026, 11:55

Suraxanıda evləri talayan şəxs tutuldu 

Suraxanı rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 46 yaşlı Elbrus Əhmədov saxlanılıb.Araşdırmalar zamanı müəyyən olunub ki, o, Zığ qəsəbəsində yerləşən marketlərin birindən pul vəsaiti, tütün məmulatları, lotereya biletləri, eləcə də bir nəfərə məxsus evin zirzəmisindən 8 min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.Faktla bağlı araşdırma aparılır....

11 Sentyabr 2026, 14:48

Ağdərədə atlı minaya düşdü – xəsarət aldı

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.Hadisə nəticəsində Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil...

11 Sentyabr 2026, 10:58

Şəmkirdə istixanada yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub....

10 Sentyabr 2026, 18:25

Binəqədidə evdən 8 min manatlıq əşya oğurlandı

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib.Bu barədə Citypost.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.Araşdırmalarla məlum olub ki, o, kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib.Faktla bağlı araşdırmalar davam etdirilir....

10 Sentyabr 2026, 16:24

İrandan 84 kq narkotik keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin xidməti ərazisində 84 kiloqram 300 qram narkotikin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, sentyabr ayının 10-da saat 01:35-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.Faktlar üzrə...

10 Sentyabr 2026, 13:13