Bizə yazın

Baku

-°C

USD

-

Mir Şahin Ağayev: “Ənənəvi media artıq başqalaşmalıdır”  

Cəmiyyət 16 Sentyabr 2026, 09:02

241

REAL TV-nin rəhbəri Mir Şahin Ağayev Azərbaycanda akkreditə olunmuş diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı bloqerlərin fəaliyyətini yüksək qiymətləndirib.

Citypost.az xəbər verir ki, Mir Şahin Ağayev bildirib ki, 58 ölkənin təmsilçilərinin bölgəyə səfəri Ermənistanın revanşist dairələrində ciddi narazılıq yaradıb. Onun sözlərinə görə, xüsusilə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, Fransanın səfiri və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin işğaldan azad edilmiş ərazilərə səfəri Ermənistanda böyük rezonans doğurub.

Jurnalist diqqəti səfəri işıqlandıran media heyətindəki bloqerlərə, o cümlədən Kamran Razmovara yönəldib. O qeyd edib ki, erməni mənbələri diplomatların səfəri ilə bağlı daha çox bloqerlərin paylaşımlarına istinad ediblər.

“ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini və yalançı ‘tarix məxəzini’ də ustalıqla işıq üzünə çıxarmağı Kamran kimi bloqer bacardı. Diplomatların Qarabağa və Şərqi Zəngəzura səs-sədalı səfəri ətrafındakı ajiotajı məhz bloqerlərin işıqlandırması yaratmışdı – həm Azərbaycanda, həm Ermənistanda”, – deyə M. Ağayev yazıb.

O bildirib ki, bloqerlər mühüm məlumatları və vacib mesajları daha operativ və sadə formada auditoriyaya çatdırmaq baxımından effektiv fəaliyyət göstəriblər. Mir Şahin Ağayev ənənəvi media ilə bloqerləri peşəkarlıq baxımından müqayisə etməyə ehtiyac olmadığını qeyd edib və əsas məqsədin lazımi mesajların çatdırılması olduğunu vurğulayıb.

M.Ağayevin sözlərinə görə, bloqerlər bu istiqamətdə ilk ciddi addımlarını iyul ayında Şuşa Forumunda atıblar. O hesab edir ki, həmin vaxt ənənəvi medianın rəqəmsal platformalarda özünəməxsus auditoriyaya malik yeni qüvvələrlə zənginləşməsi müşahidə olunub.

“Ermənistanın və ermənipərəstlərin resursları məhz bloqerimizin gücünü gördülər. Sabah daha yaxşı olacaq. Həm də rəqabət baxımından! TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur. Amma ənənəvi media da artıq başqalaşmalıdır və başqalaşacaq! Yenilənməyə məcburuq! Böyük və ağır yox, yığcam və cəld olmalıyıq! Geri çəkilmək olmaz! Arxada Böyük Jurnalistikadır. Biz bir-birimizdən yox, bir-birimizlə güclü olmağı seçməliyik!” – M. Ağayev qeyd edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hikmət Hacıyev Azərbaycan-BƏƏ əməkdaşlığını yüksək qiymətləndirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah M. Əlhamədə Ərəb Media Forumuna dəvətə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.“Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq prezidentlərimizin müəyyən etdiyi istiqamət və baxışlara uyğundur”, – Hikmət Hacıyev bildirib.O, həmçinin Abdullah M. Əlhamədi Ərəb Media Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə təbrik edib....

16 Sentyabr 2026, 09:16

Altay Mehdiyev: “Polkovnik Rüstəmov sarsılmaz bir komandir idi”

Müdafiə nazirinin sabiq müavini, general-mayor Altay Mehdiyev ötən gün vəfat edən veteran polkovnik Azər Rüstəmov haqqında paylaşım edib.Citypost.az xəbər verir ki, A. Mehdiyev uzun müddət SSRİ və müstəqil Azərbaycanın ordu sıralarında xidmət etmiş polkovnik Azər Rüstəmovu döyüş əməliyyatlarını zəka ilə idarə edən, zabit şərəfini və daxili vicdanını qoruyan, tabeliyində olan zabitlərin ləyaqətinə diqqət göstərən və əsgərlərin mənəvi ruhunu yüksək səviyyədə saxlayan komandir kimi xarakterizə edib.“Zəfər Bayramı məhz bu cür – dövlətinə, xalqına, Hərbi Andına sonadək sadiq qalan, Vətənə xidmət etmək arzusu ilə yaşayan əsl komandirlərin fədakarlığı hesabına baş tutdu.Polkovnik Rüstəmovun ən böyük mükafatı isə azad olunmuş Vətən səmalarında dalğalanan Azərbaycan...

16 Sentyabr 2026, 09:10

Bakının iki rayonunda suyun verilişi məhdudlaşdırılacaq

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatı sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində məhdudlaşdırılacaq.

16 Sentyabr 2026, 08:20

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;5. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;6. Babək prospekti, mərkəz istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;10....

16 Sentyabr 2026, 08:18

AFFA-da struktur dəyişdi – 3 yeni təyinat

AFFA-da yeni təyinatlar reallaşıb.Qurumdan Citypost.az -a verilən məlumata görə, dəyişikliklər çərçivəsində Media və İctimaiyyətlə əlaqələr şöbəsinə və qurumun mətbuat xidmətinə yeni əməkdaşlar təyin olunub.Murad Axundov Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Aida Əliyeva AFFA-nın mətbuat katibi, Kənan Səfərəliyev isə aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsini icra edəcək.

16 Sentyabr 2026, 08:08

Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Bu gün, sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Akim Abbasov, Cəfərov qardaşları, Mətbuat, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 10 kV-luq "Orta Ləki" və "Kükəl" hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil...

16 Sentyabr 2026, 08:00