Bakıda bu yollarda sıxlıq var
Cəmiyyət 23 Sentyabr 2026, 08:20
430
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
Həmçinin oxuyun
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
10. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;
11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
14. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb
Bakı onuncu yubiley Formula-1 Qran-prisini qəbul etməyə hazırlaşır. Ötən illər ərzində Bakı Şəhər Halqası rekordların, gözlənilməz qələbələrin və dramatik finişlərin ünvanına çevrilərək çempionat təqviminin ən gözlənilməz traslarından biri kimi tanınıb. 2026-cı ildə isə Bakı yarışını gözlənilməz edən məqamlardan biri çempionluq uğrunda mübarizədir: mövsümün lideri Kimi Antonelli ən yaxın izləyicisini 81 xal qabaqlayaraq Azərbaycan Qran-Prisinə gəlir.Bu barədə Citypost.az-a Bakı Şəhər Halqasından məlumat verilib.Qeyd olunub ki, bu il yarış həftəsonunun cədvəli də fərqli olacaq. Sərbəst yürüşlər cümə axşamı sentyabrın 24-də, sıralama turu cümə günü, əsas yarış isə şənbə günü sentyabrın 26-da keçiriləcək:"Herman Tilkenin layihələndirdiyi Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı...
23 Sentyabr 2026, 09:45
DYP piyadalara müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qaydalarla bağlı piyadalara müraciət edib.İdarədən Citypost.az-a verilən məlumata görə, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.Xüsusilə nizamlanmayan piyada...
23 Sentyabr 2026, 09:43
Tural Bakuvi: “Bu mənasız velosiped yollarını ləğv edin!”
Tarixçi və bəstəkar Tural Bakuvi şəhərlərdə velosiped yollarının salınmasını tənqid edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında velosiped yollarının uzun zolaqlar şəklində ayrılmasını səmərəsiz hesab etdiyini bildirib və onların ləğv edilməsini təklif edib.“Ən azından, bu mənasız velosiped yollarını ləğv edin, camaat yazıqdır! Nədir, nədir, arada bir kuryer kiməsə dönər aparır deyə, o uzunluqda zolaqları boş saxlamaq absurddur!” – deyə Tural Bakuvi yazıb.Tarixçi bildirib ki, Avropadakı təcrübənin eyni formada Azərbaycanda tətbiq edilməsini düzgün hesab etmir: “Avropaya baxıb, kor-koranə tətbiq etmək axmaq bir işdir!”Bakuvi fikirlərinin davamında Avropada velosipedin nəqliyyat vasitəsi kimi daha erkən dövrdən formalaşdığını qeyd edib: “Avropada velosiped XIX əsrin...
23 Sentyabr 2026, 09:41
Davud Rəhimli AYNA-nın 141 çağrı mərkəzindən şikayətləndi: “20 saat keçib, geri dönüş olmayıb”
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ictimai nəqliyyatdan istifadə zamanı qarşılaşdığı problemlə bağlı AYNA-ya müraciət edib.Citypost.az xəbər verir ki, D.Rəhimli bildirib ki, sentyabrın 21-də saat 17:00-18:00 radələrində tədbirdən qayıdarkən taksi sifarişləri üç dəfə ləğv edildiyi üçün avtobusdan istifadə etmək qərarına gəlib. O, Ziya Bünyadov prospektində, Dərnəgül yolundakı dayanacaqda 7B nömrəli avtobusu gözlədiyini və dayanacaqda sərnişinlərin çox olduğunu qeyd edib.Onun sözlərinə görə, yaxınlaşan avtobuslar dolu olub. 7B nömrəli avtobuslardan birinin sürücüsü onun minmək istədiyini görsə də, salonda əlilliyi olan şəxslər və uşaqlar üçün ayrılmış yerə baxdıqdan sonra sərnişin sıxlığını əsas gətirib. D.Rəhimli növbəti avtobusu gözləməli olub.D.Rəhimli daha sonra AYNA-nın 141...
23 Sentyabr 2026, 09:30
Şahbaz Xuduoğlu: “Böyük marketlər balaca dükanları sıradan çıxarır”
Naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu yaşadığı binanın birinci mərtəbəsində böyük market şəbəkələrindən birinin yeni mağaza açması ilə bağlı düşüncələrini bölüşüb.Citypost.az xəbər verir ki, Ş.Xuduoğlu bildirib ki, binanın altında marketin fəaliyyətə başlaması sakinlər üçün rahatlıq yaradacaq. Onun sözlərinə görə, insanlar evdən çıxmadan sifariş verə, yaxud aşağı düşərək alış-verişlərini edə biləcəklər.Bununla yanaşı, yazıçı binanın ətrafındakı qarajlarda fəaliyyət göstərən kiçik dükanların və orada çalışan insanların gələcəyi barədə narahatlığını ifadə edib. O qeyd edib ki, həmin mağazaların hər birində iki-üç nəfər çalışır və bu insanlar qazandıqları pulla ailələrini dolandırırlar.“Böyük market açılandan sonra onların aqibəti necə olacaq?” – deyə Ş.Xuduoğlu sual edib.O vurğulayıb...
23 Sentyabr 2026, 09:07
AYNA: 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Bildirilib ki, məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.
23 Sentyabr 2026, 08:58