Bizə yazın

Baku

-°C

USD

-

Zakir Həsənov: Ordumuzun döyüş imkanları genişləndirilir

Cəmiyyət 30 Sentyabr 2026, 10:55

456

Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.

Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciətində bildirib.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!

Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!

Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.

Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyinə inanıram.

Azərbaycan təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa daim açıqdır və bu istiqamətdə tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Regionda sabitliyin təmin edilməsi və irimiqyaslı iqtisadi layihələrin təhlükəsizliyi ölkəmiz üçün prioritetdir.

Bildiyiniz kimi, elmin və texniki tərəqqinin sürətli inkişafı ənənəvi müdafiə üsullarını tədricən yeni yanaşmalarla əvəz edir. İnnovativ həllərin və yüksək dəqiqliyə malik silahların tətbiqi ilə həyata keçirilən təmassız əməliyyatlar hərbi tapşırıqların xarakterini kökündən dəyişir. Neyroşəbəkə, lazer texnologiyalarına əsaslanan vasitələr, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan insansız sistemlər dövlətlərin müdafiə konsepsiyasına tamamilə fərqli baxış tələb edir.

Dövrün çağırışları və əldə edilən döyüş təcrübələri sabitliyin qorunması üçün qabaqcıl texnologiyalar əsasında istehsal olunan hərbi texnika və avadanlıqlara sahib olmağı vacib şərtə çevirir. Bu baxımdan, Azərbaycan Respublikası da Ordumuzun əməliyyat imkanlarının genişləndirilməsinə, maddi-texniki bazasının yenilənməsinə və ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət verir.

Təbii ki, yeniliklərin tətbiqi hərbi qulluqçuların bilik və bacarıqlarının da daim təkmilləşdirilməsini tələb edir. Şəxsi heyətin hazırlıq prosesinin dövrün tələblərinə uyğunlaşdırılması, qabaqcıl orduların təcrübəsinin öyrənilməsi və birgə təlimlərdə iştirakı istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, hərbi mütəxəssislərimiz qlobal münaqişələrdə istifadə olunan döyüş vasitələrinin xüsusiyyətlərini təhlil edir və yerli şəraitə uyğun tətbiq imkanlarını araşdırırlar.

Danılmaz faktdır ki, son illərdə əldə edilən uğurların əsas səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətdir. Dünyanın ən yüksək texniki standartlarına cavab verən hərbi texnikanın arsenalımıza daxil edilməsi və şəxsi heyətin peşəkar hazırlığı dövlət başçısının birbaşa nəzarəti altında aparılan islahatlar sayəsində mərhələli şəkildə həyata keçirilir.

Qürurla bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı dəstəyi sayəsində ordumuzun silahlanmasında dünyada mövcud olan ən son texniki göstəricilər və rəqəmsal yeniliklər əsasında yaradılmış müasir silah-sursat və döyüş texnikası mövcuddur.

Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir.

Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarından danışarkən onu da qeyd etmək istərdim ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir. Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.

6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır.

Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir.

İnanıram ki, sərgi iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacaq, dostluq münasibətlərini möhkəmləndirəcək və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacaqdır.

Əminəm ki, ADEX-2026 günlərində aparılacaq müzakirələr ölkələr arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradacaq, müdafiə sahəsinin inkişafına, dünyada dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcəkdir.

Hər birinizə sülh naminə fəaliyyətinizdə uğurlar, təmsil etdiyiniz ölkələrə əmin-amanlıq və tərəqqi arzulayıram!

Təşkilatçılara və iştirakçılara, eləcədə bütün dostlarımıza qarşıya qoyulan məqsədlərə çatmağı arzulayır, yeni nailiyyətlər diləyirəm!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

"Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasında sonuncu əsaslı təmir işləri 2002-ci ildə həyata keçirilib. Həmin vaxtdan uzun müddət keçdiyi üçün binada gələcəkdə müvafiq əsaslı təmir işlərinin aparılması zərurəti istisna edilmir".Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, Filarmoniyanın fəaliyyətinin dayandırılması və binanın əsaslı təmirə bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Filarmoniya öz fəaliyyətini adi qaydada davam etdirir."Binanın daxilində yaranmış ayrı-ayrı texniki nasazlıqların aradan qaldırılması məqsədilə cari təmir və bərpa işləri həyata keçirilir. Görülən işlər Filarmoniyanın fəaliyyətinə, eləcə də nəzərdə tutulan konsert və tədbirlərin keçirilməsinə maneə yaratmır.Qeyd edək ki, Filarmoniyanın 2026–2027-ci illəri əhatə edən konsert proqramı formalaşdırılıb və tədbirlər...

30 Sentyabr 2026, 11:33

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir 

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir.Citypost.az xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq.

30 Sentyabr 2026, 11:11

Azərbaycan XİN Botsvananı Milli Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Botsvananı Milli Günü münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, bu barədə naizrliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Günü münasibətilə Botsvana xalqına və Hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq!Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

30 Sentyabr 2026, 10:49

Ermənistan Moskvanın qapısını döyür?  

Ermənistanda illərdir Rusiyadan siyasi və iqtisadi uzaqlaşmaq, Qərblə yeni əlaqələr qurmaq və alternativ bazarlar tapmaq barədə danışılır. Amma siyasətin şüarları ilə iqtisadi reallıq arasında fərq yarananda həqiqət daha aydın görünür. Bu gün Ermənistanın öz iqtisadçılarından biri ölkənin “real iqtisadi blokada və təhlükəsizlik vakuumu” qarşısında qaldığını yazır.“İravunk” nəşrində iqtisadçı Hrayr Kamendatyan Rusiyanın may ayının sonlarından Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətləri sadalayır. Söhbət meyvə-tərəvəz, içkilər, mineral su, balıq və süd məhsulları da daxil olmaqla müxtəlif ixrac məhsullarından gedir. Rusiya ərazisindən Ermənistan mallarının Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə tranziti ilə bağlı problemlərin də yarandığı bildirilir.Bu artıq yalnız ayrı-ayrı məhsulların ixracı məsələsi deyil. Avropa...

30 Sentyabr 2026, 10:40

Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb 

Quba-Xınalıq yolunda sürüşmə olub.APA-nın Şimal bürosunun məlumatına görə, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.

30 Sentyabr 2026, 10:27

TALENİN, QİSMƏTİN, BƏXTİN ŞAİRİ!  

Azərbaycanın görkəmli şairi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə...

30 Sentyabr 2026, 10:23