Bizə yazın

Baku

-°C

USD

-

Oktyabrın ilk günündə Azərbaycanda yağış yağacaq 

Cəmiyyət 30 Sentyabr 2026, 12:49

481

Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq 

Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunmasını nəzərdə tutan saziş təsdiqlənəcək.Citypost.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, 2026-cı il iyulun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” təsdiq ediləcək. Saziş 17 maddədən ibarətdir. Sənədin məqsədi tərəflər arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatların mühafizəsini təmin etməkdir. Qanun layihəsi sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.Sazişə əsasən, Azərbaycan tərəfdən səlahiyyətli təhlükəsizlik orqanı Dövlət...

30 Sentyabr 2026, 13:10

Xocalı və Ağdərəyə 87 nəfər köçürülüb

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən xəbərə görə, bu gün həyata keçirilən köç mərhələsində Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Xocalının Xanyurdu kəndinə 1 ailə, 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 4 nəfərdən ibarət 1 ailə qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir....

30 Sentyabr 2026, 13:04

Bu ölkəyə getmək istəyənlərə şad xəbər – Viza ləğv olunur! 

Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportuna malik şəxslər üçün viza tələbi ləğv olunur.Citypost.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün baş tutan iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq olunması ilə bağlı qanun layihəsində yer alıb.Sənəd parlamentarilər tərəfindən səsə qoyularaq bir oxunuşda təsdiqlənib. pizza hutNazim Hacıyev...

30 Sentyabr 2026, 12:55

Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq 

Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanədək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

30 Sentyabr 2026, 12:35

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib 

Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Citypost.az xəbər verir ki, iş planı parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.Payız sessiyasının iş planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin və yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi daxil edilib.Sessiya çərçivəsində həmçinin "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında", "Pulsuz hüquqi yardım haqqında", "Aqrar sahə haqqında" yeni hazırlanan qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.İş planının layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib....

30 Sentyabr 2026, 12:17

Yasamalda içməli su xəttində qəza baş verib

Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.Bu barədə Citypost.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.

30 Sentyabr 2026, 11:57