Bizə yazın

Baku

-°C

USD

-

Yasamalda içməli su xəttində qəza baş verib

Cəmiyyət 30 Sentyabr 2026, 11:57

475

Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.

Bu barədə Citypost.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ordubad rayonu və Naxçıvan şəhərində qaz olmayacaq 

Bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə "Report"un yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanədək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin, saat 14:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin Xətai məhəlləsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

30 Sentyabr 2026, 12:35

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib 

Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Citypost.az xəbər verir ki, iş planı parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.Payız sessiyasının iş planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin və yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi daxil edilib.Sessiya çərçivəsində həmçinin "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında", "Pulsuz hüquqi yardım haqqında", "Aqrar sahə haqqında" yeni hazırlanan qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.İş planının layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib....

30 Sentyabr 2026, 12:17

Bu  şəklə  baxanda bir anlıq atam  yadıma düşdü...  

Əvəz Zeynallının vəfat xəbərini eşidəndə və bu şəklinə baxanda bir anlıq atam — Taleh Həmid yadıma düşdü...Atam 2000–2004-cü illərdə uzun sürən xəstəlik keçirmişdi. Sonra işsiz qalmışdı. Allah keçmiş vergilər naziri Fazil Məmmədova rəhmət eləsin. Atamın işsiz olduğunu eşidən kimi dərhal göstəriş vermişdi:— Taleh müəllimi işlə təmin edin.Biz düz 2014-cü ilə qədər həmin işin çörəyini yemişik. Bir insanın verdiyi qərar illərlə bütöv bir ailənin ruzisi olmuşdu. Yaxşılıq bəzən edən insanın yadından çıxır, amma yaxşılıq edilən ailənin yaddaşından heç vaxt silinmir.Sonralar atamın işlədiyi ofis bağlandı və o, iki-üç ay işsiz qaldı. Həmin vaxt mən Dövlət Sərhəd Xidmətində işləyirdim, əlavə qazanc üçün bir...

30 Sentyabr 2026, 11:47

Filarmoniyanın fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

"Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasında sonuncu əsaslı təmir işləri 2002-ci ildə həyata keçirilib. Həmin vaxtdan uzun müddət keçdiyi üçün binada gələcəkdə müvafiq əsaslı təmir işlərinin aparılması zərurəti istisna edilmir".Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, Filarmoniyanın fəaliyyətinin dayandırılması və binanın əsaslı təmirə bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Filarmoniya öz fəaliyyətini adi qaydada davam etdirir."Binanın daxilində yaranmış ayrı-ayrı texniki nasazlıqların aradan qaldırılması məqsədilə cari təmir və bərpa işləri həyata keçirilir. Görülən işlər Filarmoniyanın fəaliyyətinə, eləcə də nəzərdə tutulan konsert və tədbirlərin keçirilməsinə maneə yaratmır.Qeyd edək ki, Filarmoniyanın 2026–2027-ci illəri əhatə edən konsert proqramı formalaşdırılıb və tədbirlər...

30 Sentyabr 2026, 11:33

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir 

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir.Citypost.az xəbər verir ki, parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilmiş sənədin mətni müzakirələrdən sonra səsverməyə çıxarılacaq.

30 Sentyabr 2026, 11:11

Zakir Həsənov: Ordumuzun döyüş imkanları genişləndirilir

Azərbaycan Ordusunun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov ADEX-2026 sərgisinin iştirakçılarına müraciətində bildirib.Müraciətdə deyilir:"Hörmətli sərgi iştirakçıları, hörmətli qonaqlar!Sizi 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində salamlayır və dəvətimizi qəbul edərək sərgidə təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayıram!Əminik ki, ölkəmizdə keçirilən 6-cı ADEX-2026 Azərbaycan Beynəlxalq Müdafiə sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaqdır.Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin...

30 Sentyabr 2026, 10:55