Bizə yazın

Baku

-°C

USD

-

"Azərpoçt" işçiləri qəzalı binada işlədir - ŞİKAYƏT

Cəmiyyət 04 Fevral 2025, 13:09

47346

Bakının Səbail rayonunda bağlanan poçt şöbəsi qalmaqala səbəb olub.

 

Bu barədə Citypost.az-a ərazidə yaşayan sakinlər məlumat verib.

 

Məlumata görə,Səbail rayonu,20-ci sahə adlanan ərazidə ,Salyan yolu 10/23 ünvanında yerləşən 23 saylı poçt şöbəsinin qeyri-müəyyən səbəbdən bağlanması narazılıq yaradıb.
Uzun müddətdir ki, sözügedən poçt şöbəsi həmin  ünvanda  fəaliyyət göstərib. Ərazidə əhalinin sıx məskunlaşmasını nəzərə alsaq, poçt şöbəsinin bağlanması həqiqətən  də  o ərazidə  yaşayan  sakinlərin  çətinlik  çəkməsinə  səbəb  olacaq.

 

Poçt şöbəsinin üzərində müvəqqəti təmirə bağlanır lövhəsi asılsa da, orada heç bir  təmir  işləri  görülmür. Sakinlər  isə   başqa  söz  deyir.

 

Vətəndaş Ellada Bayramovanın sözlərinə görə,sözügedən poçt şöbəsi burada 50 ildən artıqdır ki, fəaliyyət göstərir.

 

“Burada əhali sıx məskunlaşıb.Hər kəs də bu poçt şöbəsindən istifadə edir. 1 aydan artıqdır ki, buranı təmir adı ilə bağlayıblar. Deyirlər ki, guya bina qəzalı vəziyyətdədir.Bina qəzalı vəziyyətdədirsə,içərisində əməkdaşlar niyə oturub? Onlar nə iş görür orada?Üstəlik,qəzalı vəziyyətdə olan binanın üstündə uşaq bağçası ,yanında uşaq dərnəyi olarmı? Hazırda həmin uşaq bağçası  və dərnək işlək vəziyyətdədir.”,- deyə  sakin  bildirib.

 

Yerli sakinlərdən aldığımız məlumata görə, poçt şöbəsinin bağlanmasına səbəb  kimi  binanın  elektrik  xətlərində olan problem  göstərilir.

 

Ərazidə yaşayan vətəndaşlar onlara xidmət üçün təklif olunan poçt şöbəsinin uzaqda yerləşməsini və onlar üçün əlverişsiz olduğunu bildiriblər.

 

“Bizi  Badandarda yerləşən 4 saylı poçt şöbəsinə yönləndirirlər. Ora isə bizdən uzaqdır.Öz poçtumuz olduğu halda, niyə bu qədər məsafə qət edib,ora getməliyik?”,-deyə sakinlərdən biri əməkdaşımıza bildirib.

CityPost.az--ın əməkdaşı vətəndaşların narazılığı ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanlayıb.
Şöbənin müdiri Afaq İbrahimovanın sözlərinə görə, poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.

“Nəzərinizə çatdırmaq istəyirik ki, Səbail rayonu, Salyan yolu 10/23 ünvanında fəaliyyət göstərən AZ1023 indeksli poçt şöbəsinin inzibati binası hazırda istismara uyğun deyil.
Belə ki, binada elektrik xətləri və kanalizasiya sistemi istifadəyə yararsız olmaqla yanaşı, həm də qəzalı vəziyyətdədir. Məntəqədə tez-tez qısa qapanmalar müşahidə olunur, eləcə də subasmalar baş verir. Şöbədə elektrik xətlərində yaranan qısaqapanma yanğın təhlükəsi yaradır ki, bu da şöbədə xidmət göstərən əməkdaşlar üçün, eləcə də xidmət alan vətəndaşlar həyatını təhlükəyə atmaq, o cümlədən xidmət keyfiyyətinin çox ciddi şəkildə aşağı düşməsi deməkdir”,-deyə Afaq İbrahimova bildirib.

“Azərpoçt”un sözçüsü həmçinin sözügedən poçt şöbəsinin bağlanmayacağını da vurğulayıb.

 

“Bütün bunlar nəzərə alınaraq, məhz  həmin inzibati binada poçt şöbəsinin vətəndaşlara xidmət göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin icrası yaxınlıqdakı  digər AZ1004 indeksli şöbəyə həvalə edilib və bu barədə məlumat əhali ilə paylaşılıb. 

Şöbənin fəaliyyətinin müvəqqəti dayandırılması isə onun  bağlanması demək deyil. Hazırda paralel olaraq binada cari təmirin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əməkdaşların daha yaxşı şəraitdə çalışması və vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün həmin poçt  şöbəsinin  fəaliyyətinin digər  məkanda  davam etdirilməsi imkanları da tərəfimizdən araşdırılır.”,- deyə O, bildirib.

 

Miri Məcidli

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bərdədə avtomat silah və patronlar aşkarlanıb, şübhəli saxlanılıb

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Citypost.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov" markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir....

23 Sentyabr 2026, 12:37

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq...

23 Sentyabr 2026, 12:25

Milli Məclisdə QHT-lərin fəaliyyəti müzakirə olunacaq

Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq.Citypost.az  xəbər verir ki, bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.Komitə sədri Fazil Mustafa komitənin bugünkü iclasında bildirib ki, payız sessiyası ərzində bu mövzuda keçiriləcək dinləmədə QHT-lərin fəaliyyətindəki problemlər müzakirə olunacaq:"QHT-lərin fəaliyyətindəki mövcud problemlər daha çox vətəndaş cəmiyyəti institutlarının təkmilləşdirilməsi baxımından təşəbbüslərə ehtiyac yaradır"....

23 Sentyabr 2026, 12:11

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.Citypost.az  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.Prezident İlham Əliyev səfirlə söhbət etdi.Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.Estoniyanın Azərbaycana ilk...

23 Sentyabr 2026, 11:49

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Əziz Qardaşım,23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək...

23 Sentyabr 2026, 11:47

Martin Ryan əfv edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sərəncam məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Prezidentə ünvanladığı əfv haqqında müraciətlərə baxılaraq imzalanıb.Sənəddə məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışlarının nəzərə alındığı bildirilib.Əfv olunan şəxslər arasında 1988-ci il təvəllüdlü, Fransa vətəndaşı Ryan Martin Riçard da var.O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə məhkum edilib.Qeyd edək ki, əfv sərəncamı humanizm prinsiplərinə əsaslanaraq imzalanıb....

23 Sentyabr 2026, 11:42