Aeroport yolunda sürət endirildi
Cəmiyyət 16 Fevral 2026, 10:59
214
Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Citypost.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Həmçinin oxuyun
Eyni zamanda bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Ruben Vardanyana hökm oxunacaq
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd...
16 Fevral 2026, 12:13
Qadın estetik əməliyyatdan sonra vəfat etdi, araşdırma aparılır
Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır."Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir....
16 Fevral 2026, 12:08
Robotlar və avtomatlaşdırma iş bazarını dəyişdirir
Son illərdə robotlar və avtomatlaşdırma texnologiyaları sürətlə inkişaf edir və sənaye, xidmət, logistika və tibb sahələrində geniş tətbiq olunur. Ekspertlər bildirirlər ki, bu texnologiyalar iş proseslərini sürətləndirir, məhsuldarlığı artırır və insanın monoton işlərini robotlara tapşıraraq işçilərin daha yaradıcı və strateji vəzifələrə fokuslanmasına imkan verir.Bununla yanaşı, sadə və rutin işlərin robotlar tərəfindən əvəz olunması bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb olur. İşçilər yeni bacarıqlar öyrənməli, texnologiyaya uyğunlaşmalı və daha yüksək ixtisas tələb edən sahələrə yönəlməlidirlər. Bu proses bəzi regionlarda sosial və iqtisadi gərginliklər də yarada bilər.İqtisadi baxımdan avtomatlaşdırma xərcləri azaldır, məhsuldarlığı artırır və innovasiya imkanlarını genişləndirir. Uzun müddətdə robotlar və avtomatlaşdırma...
16 Fevral 2026, 12:07
Heydərovun işdən çıxarılan müavini haqda maraqlı FAKTLAR: Hərbi rütbəsi yoxdur
Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad edildikləri barədə məlumat vermişdik.Oxu24.com vəzifəsini itirən müavinlərdən biri Orucəli Hacıyev barədə maraqlı məlumatlar əldə edib.Digər iki müavindən fərqli olaraq Orucəli Hacıyev heç bir xüsusi hərbi rütbəyə malik olmayıb.O,bu vaxta qədər mülki əməkdaş kimi nazir Kəmaləddin Heydərovun müavini postunu tutub.Əldə etdiyimiz məlumata görə,Orucəli Hacıyevin kürəkəni Aqil Qurbanov da nazir müavinidir.O,müdafiə naziri,general-polkovnik Zakir Həsənovun müavini postundadır.13.07.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.Onun da hərbi rütbəsi yoxdur.Aqil Qurbanov da qayınatası kimi,mülki əməkdaş olaraq mühüm vəzifəni tutur.O,1986-cı il təvəllüddür.2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında...
16 Fevral 2026, 11:32
2 yaşlı uşaq qızılcadan vəfat edib
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb.Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
16 Fevral 2026, 11:14
İlham Əliyev Litva Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.Citypost.az-a məlumatına görə, təbrikdə deyilir:"Hörmətli cənab Prezident,Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"....
16 Fevral 2026, 11:11