Qətər Livanda gərginliyin qarşısının alınmasında vasitəçi rolunu oynayıb
Dünya 02 İyun 2026, 09:17
245
Qətər hakimiyyəti İsrailin Beyrutun cənub ətraflarına mümkün zərbələrinin qarşısının alınması və Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində vasitəçilik edib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qətər rəsmiləri mayın 31-dən etibarən vasitəçilik səylərinə qoşularaq Livanın cənubunda gərginliyin azaldılması məqsədilə ABŞ tərəfi ilə təmaslara başlayıblar.
Bildirilib ki, iyunun 1-də İsrailin Beyrutun cənub ətraflarına zərbə endirəcəyi ilə bağlı təhdidlərdən sonra Doha vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün məsləhətləşmələri yenidən aktivləşdirib.
Diplomatik mənbənin məlumatına görə, son nəticədə ABŞ tərəfi Qətərə Prezident Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra Livan paytaxtının ətraflarına zərbə endirilməsi planlarının ləğv olunduğunu çatdırıb.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Xatırladaq ki, Donald Tramp daha əvvəl Netanyahu və "Hizbullah" hərəkatının rəhbərliyi ilə Livanda atəşkəs barədə razılıq əldə etdiyini açıqlamışdı. ABŞ Prezidenti bildirmişdi ki, İsrail qoşunları Beyruta daxil olmayacaq və tərəflər qarşılıqlı hücumlardan imtina edəcəklər.
"Hizbullah"ın parlament fraksiyasının üzvü Həsən Fadlallah da İsrailin razılaşmaya ciddi əməl edəcəyi təqdirdə hərtərəfli atəşkəsə hazır olduqlarını bəyan etmişdi.
Bu arada İranın Tasnim agentliyi Livandakı gərginliyə etiraz olaraq Tehranın Vaşinqtonla mesaj mübadiləsini dayandırdığını bildirib. Məlumata görə, ABŞ və İran arasında atəşkəsin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan saziş layihəsi ilə bağlı təmaslar aparılırdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 321-ə çatıb."Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər Konqo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat verib. Bazar günü ölkə hakimiyyəti təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə yüksəldiyini açıqlayıb."Reuters" həmçinin bildirib ki, beynəlxalq CEPI (Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı Konqonun şərqində yayılan "Ebola-Bundibuqyo" virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün "Moderna" şirkətinə təxminən 60 milyon dollar ayıracaq.Qeyd edilir ki, CEPI COVID-19 pandemiyası zamanı peyvəndlərin hazırlanmasını dəstəkləyən ilk investorlardan biri olub....
02 İyun 2026, 09:47
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib.Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün bir qız övladının da doğulması ilə Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.2016-cı ildə ailə quran Bayraktar cütlüyü Canan Aybüke və Asım Özdemirden sonra üçüncü övladlarını qucaqlarına almağın xoşbəxtliyini yaşayıb.Qeyd edək ki, Ərdoğanın qızı Esra Albayrak və Berat Albayrak cütlüyünün dörd, oğlu Bilal Ərdoğan və Reyyan Ərdoğan cütlüyünün isə üç övladı var....
02 İyun 2026, 09:28
Fransa və Belçika Luvr soyğunçuluğu ilə bağlı birgə araşdırma aparır
Belçika 2025-ci ilin oktyabrında baş vermiş Luvr soyğunçuluğu ilə bağlı istintaqa qoşulub.AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.Nəşrin yazdığına görə, Belçika polisi saxlanılan Şərqi Avropa vətəndaşlarının telefonlarında Luvr muzeyi və Apollo qalereyasından oğurlanmış zərgərlik məmulatlarının fotolarını aşkar etdikdən sonra məlumatı Fransa tərəfinə ötürüb. Bundan sonra Paris müstəntiqləri araşdırmanı genişləndiriblər.İstintaq iki əsas versiya üzərində qurulub. Birinci versiyaya görə, oğurlanmış əşyalar hələ də Fransadadır. İkinci versiyaya əsasən isə onlar xaricə çıxarılıb, qiymətli daşlar ayrılıb və sonradan Antverpen bazarında satışa çıxarıla bilər.Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da dörd nəfər Luvr muzeyinə daxil olaraq Apollo qalereyasından doqquz zərgərlik məmulatı...
02 İyun 2026, 09:06
İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib
İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən xəbər verir ki, zəlzələnin episentri təxminən 219 min nəfərin yaşadığı Messina şəhərindən 144 kilometr şimalda yerləşib.Yeraltı təkanların ocağı 25 kilometr dərinlikdə olub. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.
02 İyun 2026, 08:16
Aİ enerji böhranına görə büdcə qaydalarını yumşalda bilər
Avropa Komissiyası enerji böhranının təsirlərini azaltmaq üçün üzv ölkələrə büdcə sahəsində əlavə güzəştlər verməyi nəzərdən keçirir."Bloomberg"in məlumatına görə, Avropa İttifaqı ölkələri enerji xərclərinə ÜDM-in təxminən 0,3 faizi həcmində vəsait ayırarkən maliyyə intizamı qaydalarını pozmuş hesab edilməyə bilərlərQərarın detalları hələ açıqlanmayıb və yekun qərar qəbul olunmayıb.
02 İyun 2026, 08:00
Denis Şmıqal: Azərbaycan və Türkiyə ilə danışıqlar aparırıq
Ukrayna Avropa üçün enerji qapısı rolunu oynamaq istiqamətində Azərbaycan və Türkiyə ilə danışıqlar aparır. Bu, Ukraynanın böyük qaz anbarları və güclü elektrik şəbəkəsi ilə bağlıdır.Citypost.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.O qeyd edib ki, hazırda Ukrayna avropalı tərəfdaşlarla birlikdə həm elektrik, həm də qaz şəbəkələrinin inteqrasiya olunması istiqamətində işləyir:“ Bu çərçivədə əsas diqqətimiz Avropanın böyük enerji bazarı ilə həm elektrik, həm də qaz sahəsində interkonnektorların inkişafına yönəlib.Müharibə şəraitində dayanıqlığı artırmaq üçün ən vacib məsələlərdən biri elektrik istehsal sisteminin mərkəzdən uzaqlaşdırılmasıdır. Biz indi “enerji...
01 İyun 2026, 18:00