Etibar Əliyev: Ermənistanda seçkidən sonra ciddi qarşıdurma ehtimalı aşağıdır
Siyasət 02 İyun 2026, 08:20
939
Sabiq deputat Etibar Əliyev Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, Etibar Əliyev O bildirib ki, bəzi politoloqlar seçkilərdən sonra Ermənistanda ciddi toqquşmaların baş verə biləcəyini proqnozlaşdırsalar da, müşahidələri fərqli mənzərə ortaya qoyur.
Etibar Əliyevin sözlərinə görə, Ermənistanda insanların vətəndaş müharibəsinə sürüklənməsinə səbəb olacaq ciddi impuls müşahidə edilmir. O hesab edir ki, müharibə tərəfdarı olan radikal qüvvələrin təsiri xeyli zəifləyib, cəmiyyətdə isə sülhə uyğunlaşma prosesi gedir.
Sabiq deputat qeyd edib ki, keçmiş prezident Robert Koçaryanın seçki kampaniyası zamanı keçirdiyi görüşlərdə əhalinin ona dəstəyinin zəif olduğu hiss olunur. Onun fikrincə, Qarabağ amili əvvəlki kimi seçicilərə təsir göstərmir və bu seçki Koçaryanın siyasi karyerasında dönüş nöqtəsi ola bilər.
Etibar Əliyev Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq imkanlarının da məhdud olduğunu düşünür. O, ölkədə gənc nəslin siyasi proseslərə marağının aşağı olduğunu, müharibə anlayışının isə onlar üçün uzaq mövzuya çevrildiyini vurğulayıb.
Həmçinin oxuyun
Sabiq deputatın fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın ictimai və informasiya məkanındakı dəstəyi rəqibləri ilə müqayisədə daha yüksəkdir.
Etibar Əliyev həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılan sülh danışıqlarının regionda qarşılıqlı anlaşmanın güclənməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət və aparıcı dövlətlər də bu prosesi dəstəkləyirlər.
Qeyd edək ki, məqalədə yer alan fikirlər sabiq deputat Etibar Əliyevin şəxsi mövqeyini əks etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...
08 İyun 2026, 10:35
Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq
Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...
08 İyun 2026, 10:23
Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...
08 İyun 2026, 10:11
Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir
Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...
08 İyun 2026, 09:10
Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...
08 İyun 2026, 08:19
Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir
İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...
08 İyun 2026, 08:05