Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: Enerji siyasətimiz yeni uğurlara yol açır

Siyasət 02 İyun 2026, 09:50

1516

İyunun 1-dən etibarən Bakı şəhəri növbəti dəfə enerji sahəsində beynəlxlaq əhəmiyyətli vacib tədbirlərin yer alacağı Bakı Enerji Həftəsinə ev sahibliyi edir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur şükürov bildirib.

"Qeyd edilməlidir ki, bu tədbir enerji sektoru üçün mühüm bir platforma olmaqla yanaşı, Azərbaycanın geosiyasi çəkisini, diplomatik nüfuzunu və enerji sahəsindəki strateji rolunu bir daha beynəlxalq arenada nümayiş etdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. 

Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə  mühüm mesajları ehtiva edir.

Müstəqilliyimizin son dərəcə ağır, iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit keçən ilk illərini, o cümlədən ərazimizin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə bir milyon həmvətənimizin qaçqın həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50 faizi aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi.

Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyası və bu kursun Prezident cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla gerçəkləşdirilməsi bugünkü Azərbaycanımızın inkişafının və əldə etdiyi nailiyyətlərinin əsasını təşkil etdiyini əminliklə söyləyə bilərik.

Dövlət başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir: “Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik”.

Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də, enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır. Belə ki, 30 il boyunca işğal altında qalmış torpaqlarımızın azad edilməsini mümkün edən güclü ordunu məhz enerji gəlirləri hesabına qurmaq mümkün oldu. Bütün bunlar isə enerji siyasəti ilə dövlət və ordu quruculuğu arasındakı birbaşa əlaqəni son dərəcə aydın şəkildə ortaya qoyur. Ölkəmizdə istər sosial-iqtisadi, hərbi, istərsə də xarici siyasət baxımından baş verən inkişaf prosesləri təbii sərvətlərdən düzgün istifadə olunduğu zaman bu siyasətin bir çox üstünlüklərə yol aça biləcəyini sübut edən amillərdir.

Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir.  Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Unutmayaq ki, hər bir ölkə torpağının təkində və ya dənizinin dibindəki təbii ehtiyatlarını öz inkişafı üçün istifadə edir və ölkələr sahib olduqları neft ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə — sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə investisiya yatırdıqlarına görə qiymətləndirilməlidir.

Amma bugünkü reallığa nəzər yetirdikdə, vəziyyətin tamamilə fərqli olduğunu görürük. Enerji siyasətlərində ənənəvi qazıntı yanacağından imtinanı prioritet hesab edən ölkələr enerji çatışmamazlığı ilə üzləşərək yeni mənbələr axtarışındadırlar. Fars körfəzində baş verən münaqişənin enerji bazarına mənfi təsirləri fonunda bu reallıq özünü daha qabarıq şəkildə göstərməkdədir.

Azərbaycanlı enerji infrastrukturunun əsas sütunu olan Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini səsləndirən cənab İlham Əliyev bu layihə vasitəsilə Azərbaycanın qazını alan ölkələrin sayının keçən ildəki 12-dən 16-ya çatdığını, bunların 10-unun Avropa İttifaqı üzvü olduğunu, boru xətti ilə qazın ərazi və coğrafiya parametrləri baxımından ölkələrə nəql edilməsində Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirdi.

Prezidentin çıxışında yer alan digər vacib məsələ isə karbohidrogen və bərpaolunan enerji strategiyalarını bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan iki istiqamət kimi təqdim edilməsidir. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayətdir. Lakin üzərimizə düşən məsuliyyətin bərpaolunan enerji mənbələrinə də sərmayə yatırmağı tələb etdiyini nəzərə alaraq, bu istiqamətdə investor şirkətlər üçün ötən əsrin 90-cı illərindəki neft şirkətlərinə yaradılan imkanlara bənzər əlverişli şərait formalaşdırılmışdır.

Güneş və külək enerjisi üzrə ümumi gücün gələn ilin sonunadək 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatacağını açıqlayan ölkə başçısı, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verildiyini diqqətə çatdırdı.

Qarşıdan gələn illərdə ölkəmiz Avropaya “yaşıl enerji” ixracatında mühüm layihələrə imza atacaq. Belə ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Bununla yanaşı, Mərkəzi Asiyadakı tərəfdaşlarla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işlər aparılır.

Enerji siyasətində əldə olunan nailiyyətlərimizdə, heç şübhəsiz, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu diplomatik fəaliyyət də xüsusilə qeryd edilməlidir. Məlumdur ki, Azərbaycan dənizə çıxışı olmayan dövlətdir. Buna baxmayaraq, həyata keçirilən praqmatik və uzaqgörən, milli maraqlarımıza əsaslanan xarici siyasət kursumuz sayəsində nəinki enerji ehtiyatlarımızı səmərəli şəkildə dünya bazarına çıxarmağa nail olduq, həmçinin Avropa İttifaqı, o cümlədən 16 ölkənin enerji təhlükəsizliyinə mühüm töhvə verməkdəyik.

Təqdirəlayiq haldır ki, qardaş Türkiyə, ABŞ, Böyük Britaniya kimi dövlətlərin liderlərinin ünvanladıqları məktublarda da, əvvəllər xəyal kimi görünən bir çox meqalayihənin uğurla həyata keçirildiyi, qlobal qeyri-müəyyənlik dövründə beynəlxalq enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında və dayanıqlı mövqenin gücləndirilməsində Azərbaycanın çox mühüm tərəfdaş olduğu qeyd edilir və  bu nailiyyətin ölkəmizin, şəxsən Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin sübutu kimi qiymətləndirilir.

Qeyd edilənlər Azərbaycanın nəinki beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa çevrildiyinin sübutudur, eyni zamanda öz milli maraqlarına söykənən və tərəfdaş dövlətlərlə səmərəli, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri formalaşdırmaq bacarığının bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, məhz bu siyasətin nəticəsində qarşıdakı illərdə daha böyük uğurlara şahidlik edəcəyik.  " - deyə Zaur Şükürov bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...

08 İyun 2026, 10:35

Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...

08 İyun 2026, 10:23

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...

08 İyun 2026, 10:11

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...

08 İyun 2026, 09:10

Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı  

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...

08 İyun 2026, 08:19

Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir  

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...

08 İyun 2026, 08:05