Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib 

Siyasət 02 İyun 2026, 10:00

320

Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbir təşkil olunub. Sumqayıt Muğam Mərkəzində təşkil olunan təntənəli tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və uşaqlar iştirak ediblər.

Bu barədə Citypost.az-a İH-dən məlumat verilib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları bayram münasibətilə təbrik edərək bildirib ki, hər bir dövlətin və cəmiyyətin gələcəyi uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsindən asılıdır. Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və sağlamlıq xidmətləri ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Sumqayıtda da uşaqların rahat və təhlükəsiz mühitdə böyümələri, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müasir məktəblər, uşaq bağçaları, idman və mədəniyyət müəssisələri fəaliyyət göstərir.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır.

Bayram proqramı uşaqların hazırladığı maraqlı konsert proqramı ilə davam edib. Məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının ifasında səsləndirilən mahnılar, milli və müasir rəqslər, bədii kompozisiyalar və vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqların çıxışları alqışlarla müşayiət olunub.

Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsində fərqlənən bir qrup müəllim və tərbiyəçi fəxri fərmanlarla təltif olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Asif Nərimanlı: Pezeşkianın vaxtından əvvəl postunu tərk etməsi ehtimalı artır

Məsud Pezeşkianın SEPAH-ın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təkzib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameneinin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib, xüsusilə SEPAH-ın bütün sferalarda qərarverici səlahiyyəti de-fakto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkianın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır.Pezeşkianın prezidentlik yolunun açılması Əli Xameneinin planı idi: azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə...

02 İyun 2026, 10:09

Xəqani Cəfərli: Karaqanovun nüvə çağırışlarının arxasında Rusiyanın zəifləməsi qorxusu dayanır  

Politoloq Xəqani Cəfərli Rusiyanın tanınmış siyasi analitiklərindən biri hesab olunan Sergey Karaqanovun son açıqlamalarını şərh edib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri, tarix elmləri doktoru Sergey Karaqanov “Rusiya yeni dünya müharibəsində necə qalib gələ bilər” adlı məqaləsində yenidən nüvə silahından istifadəyə çağırış edib. Politoloq qeyd edib ki, son 35 ildə proqnozlarında səhv etmədiyini iddia edən Karaqanov Ukraynaya qarşı aparılan müharibədə natamam siyasətin Rusiyanın gücünü və ruhunu sarsıda biləcəyini bildirir və Rusiyanın təhlükəsizliyinin təmin olunmasının əsas şərti kimi “Kiyev rejimi”nin məhv edilməsini göstərir.Xəqani Cəfərli vurğulayıb ki, Karaqanov nüvə silahından istifadənin qlobal...

02 İyun 2026, 10:05

Rusif Məmmədsoy: “Siyasi jurnalistika ilə məşğul olanların sayı bir əlin barmaqlarını keçmir”  

Politoloq Rusif Məmmədsoy ölkədə siyasi jurnalistikanın vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, hazırda bir çox şəxslər peşəkar hazırlıq və bilik olmadan siyasi jurnalistika ilə məşğul olmağa çalışırlar:“Siyasi jurnalistika ilə məşğul olanların sayı sürətlə artsa da, peşəkarların sayı bir əlin barmaqlarını keçmir. Təəssüf ki, bir çoxları nə verdiyi sualın mahiyyətini anlayır, nə baş verən hadisələri düzgün təhlil edə bilir, nə də beynəlxalq proseslər barədə kifayət qədər məlumata malikdir”.Politoloqun sözlərinə görə, bu vəziyyət media məkanında keyfiyyət probleminin yaranmasına səbəb olur:“Jurnalistikanın hər sahəsi xüsusi bilik və peşəkarlıq tələb edir. Siyasi jurnalistika isə xüsusilə məsuliyyətli istiqamətdir. Burada həm...

02 İyun 2026, 09:57

Zaur Şükürov: Enerji siyasətimiz yeni uğurlara yol açır

İyunun 1-dən etibarən Bakı şəhəri növbəti dəfə enerji sahəsində beynəlxlaq əhəmiyyətli vacib tədbirlərin yer alacağı Bakı Enerji Həftəsinə ev sahibliyi edir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zaur şükürov bildirib."Qeyd edilməlidir ki, bu tədbir enerji sektoru üçün mühüm bir platforma olmaqla yanaşı, Azərbaycanın geosiyasi çəkisini, diplomatik nüfuzunu və enerji sahəsindəki strateji rolunu bir daha beynəlxalq arenada nümayiş etdirilməsi...

02 İyun 2026, 09:50

Tural İrfan: Kapitalizm islah olunmasa, varlıları canavara çevirir

Kapitalizm vəhşidir. Lakin o islah olunmalıdır. Əks halda istismar alətinə çevrilir. Əgər kapitalizm islah olunmasa, istiqaməti tənzimlənməsə o, varlıları canavara, kasıbları yemə çevirir.Bu sözləri Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib."Hazırda cəmiyyət əsasən dövlətdən maddiyyat umur, uşaqpulu istəyir. Lakin bu pulun veriləcəyi təqdirdə yenə də yeni ehtiyacların yaranacağı fikri yaranır. Niyə? Çünki cəmiyyət maddi yöndən ac olduğu kimi mənəvi yöndən də acdır. Sosial nizam pozulub. Camaatın nə yediyi bilinir, nə içdiyi bilinir. Nə düz əməlli işi var, nə dolanışığı var. Bazar iqtisadiyyatı insan talelərinə alver prizmasından yanaşmaq demək deyil.Şair həm şeir yazsın, həm çap...

02 İyun 2026, 08:28

Etibar Əliyev: Ermənistanda seçkidən sonra ciddi qarşıdurma ehtimalı aşağıdır  

Sabiq deputat Etibar Əliyev Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Etibar Əliyev O bildirib ki, bəzi politoloqlar seçkilərdən sonra Ermənistanda ciddi toqquşmaların baş verə biləcəyini proqnozlaşdırsalar da, müşahidələri fərqli mənzərə ortaya qoyur.Etibar Əliyevin sözlərinə görə, Ermənistanda insanların vətəndaş müharibəsinə sürüklənməsinə səbəb olacaq ciddi impuls müşahidə edilmir. O hesab edir ki, müharibə tərəfdarı olan radikal qüvvələrin təsiri xeyli zəifləyib, cəmiyyətdə isə sülhə uyğunlaşma prosesi gedir.Sabiq deputat qeyd edib ki, keçmiş prezident Robert Koçaryanın seçki kampaniyası zamanı keçirdiyi görüşlərdə əhalinin ona dəstəyinin zəif olduğu hiss olunur. Onun fikrincə, Qarabağ amili əvvəlki kimi...

02 İyun 2026, 08:20