Bizə yazın

Baku

-°C

USD

-

Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb

Dünya 02 İyun 2026, 09:47

251

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 321-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər Konqo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat verib. Bazar günü ölkə hakimiyyəti təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə yüksəldiyini açıqlayıb.

"Reuters" həmçinin bildirib ki, beynəlxalq CEPI (Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı Konqonun şərqində yayılan "Ebola-Bundibuqyo" virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün "Moderna" şirkətinə təxminən 60 milyon dollar ayıracaq.

Qeyd edilir ki, CEPI COVID-19 pandemiyası zamanı peyvəndlərin hazırlanmasını dəstəkləyən ilk investorlardan biri olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Avstraliyada buğda istehsalında 26 faiz azalma gözlənilir  

 Avstraliya hökumətinin yeni hesabatına əsasən, ölkədə buğda istehsalı bu mövsüm ötən illə müqayisədə 26 faiz azalaraq 26,7 milyon tona düşəcək. Citypost.az AFP-yə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin rüblük qiymətləndirməsində bildirilir ki, dünyanın əsas buğda ixracatçılarından biri olan Avstraliyada məhsuldarlığın azalmasına quraqlıq şəraiti, həmçinin yanacaq və gübrə qiymətlərində artım səbəb olub. Fermerlərin buğda əkini sahəsini də 12 faiz azaltması gözlənilir. Hesabatda qeyd olunur ki, bu ilki məhsul həm beş illik, həm də on illik orta göstəricilərdən aşağı olacaq. Qlobal tədarük zəncirindəki pozuntular və Yaxın Şərqdəki münaqişələrin yaratdığı qiymət artımları da kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir. Rəsmilər xəbərdarlıq ediblər ki, münaqişələrin davam...

02 İyun 2026, 10:54

Trampın süni intellekt siyasəti MAGA düşərgəsində narahatlıq yaradır

ABŞ Prezidenti Donald Trampın süni intellektin sürətli inkişafını dəstəkləməsi və tənzimləmələri Çinlə rəqabətə maneə kimi qiymətləndirməsi MAGA hərəkatı daxilində müzakirələrə səbəb olub.Citypost.az FRANCE24-com-a istinadən xəbər verir ki,Tramp süni intellekt sahəsində sərt dövlət nəzarətini dəstəkləmir və daha çox sənaye yönümlü, çevik inkişaf modelini müdafiə edir. Lakin onun bu mövqeyi bəzi mühafizəkar dairələrdə narahatlıqla qarşılanır.“Humans First” təşkilatının rəhbəri Emi Kremer və digər fəallar süni intellektin ictimai təhlükələr yarada biləcəyini bildirərək, bu sahənin daha ciddi dövlət nəzarətinə ehtiyac duyduğunu vurğulayıblar. Onlar Trampa müraciət edərək yeni süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl yoxlanılması üçün icra sərəncamı imzalanmasını istəyiblər.Tramp administrasiyası isə süni intellektə dair sərt...

02 İyun 2026, 10:52

Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib.Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün bir qız övladının da doğulması ilə Ərdoğanın nəvələrinin sayı 10-a çatıb.2016-cı ildə ailə quran Bayraktar cütlüyü Canan Aybüke və Asım Özdemirden sonra üçüncü övladlarını qucaqlarına almağın xoşbəxtliyini yaşayıb.Qeyd edək ki, Ərdoğanın qızı Esra Albayrak və Berat Albayrak cütlüyünün dörd, oğlu Bilal Ərdoğan və Reyyan Ərdoğan cütlüyünün isə üç övladı var....

02 İyun 2026, 09:28

Qətər Livanda gərginliyin qarşısının alınmasında vasitəçi rolunu oynayıb

Qətər hakimiyyəti İsrailin Beyrutun cənub ətraflarına mümkün zərbələrinin qarşısının alınması və Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində vasitəçilik edib.Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.Mənbənin sözlərinə görə, Qətər rəsmiləri mayın 31-dən etibarən vasitəçilik səylərinə qoşularaq Livanın cənubunda gərginliyin azaldılması məqsədilə ABŞ tərəfi ilə təmaslara başlayıblar.Bildirilib ki, iyunun 1-də İsrailin Beyrutun cənub ətraflarına zərbə endirəcəyi ilə bağlı təhdidlərdən sonra Doha vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq üçün məsləhətləşmələri yenidən aktivləşdirib.Diplomatik mənbənin məlumatına görə, son nəticədə ABŞ tərəfi Qətərə Prezident Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra Livan paytaxtının ətraflarına zərbə endirilməsi planlarının...

02 İyun 2026, 09:17

Fransa və Belçika Luvr soyğunçuluğu ilə bağlı birgə araşdırma aparır

Belçika 2025-ci ilin oktyabrında baş vermiş Luvr soyğunçuluğu ilə bağlı istintaqa qoşulub.AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.Nəşrin yazdığına görə, Belçika polisi saxlanılan Şərqi Avropa vətəndaşlarının telefonlarında Luvr muzeyi və Apollo qalereyasından oğurlanmış zərgərlik məmulatlarının fotolarını aşkar etdikdən sonra məlumatı Fransa tərəfinə ötürüb. Bundan sonra Paris müstəntiqləri araşdırmanı genişləndiriblər.İstintaq iki əsas versiya üzərində qurulub. Birinci versiyaya görə, oğurlanmış əşyalar hələ də Fransadadır. İkinci versiyaya əsasən isə onlar xaricə çıxarılıb, qiymətli daşlar ayrılıb və sonradan Antverpen bazarında satışa çıxarıla bilər.Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da dörd nəfər Luvr muzeyinə daxil olaraq Apollo qalereyasından doqquz zərgərlik məmulatı...

02 İyun 2026, 09:06

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən xəbər verir ki, zəlzələnin episentri təxminən 219 min nəfərin yaşadığı Messina şəhərindən 144 kilometr şimalda yerləşib.Yeraltı təkanların ocağı 25 kilometr dərinlikdə olub. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.

02 İyun 2026, 08:16