Tramp G7 sammitində iştirakını təsdiqləyib
Dünya 04 İyun 2026, 08:17
259
ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini təsdiqləyib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
ABŞ lideri bildirib ki, Fransaya səfərindən əvvəl Ağ Evin Cənub çəmənliyində keçiriləcək UFC üzrə dünya çempionatı döyüşlərini izləyəcək.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
“Mən Fransa G7 sammitinə Amerika tarixinin ən maraqlı axşamlarından birindən – Ağ Evin Cənub çəmənliyində keçiriləcək UFC dünya çempionatı döyüşlərindən dərhal sonra yollanacağam”, – deyə Tramp yazıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Ford" 420 min avtomobili geri çağırır
ABŞ-nin avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420 min avtomobili geri çağırır.Trend xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.Qeyd olunur ki, geri çağırma 2018–2022-ci il istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” modellərinə aiddir.Məlumata əsasən, bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi kəmərin hərəkətini bloklaya bilər ki, bu da onun düzgün uzanması və ya yığılmasında problemlərə səbəb olur. Nəticədə qəza zamanı xəsarət alma riski artır. Diler mərkəzləri avtomobilləri yoxlayacaq və nasaz hissələri yeniləri ilə əvəz edəcəklər....
04 İyun 2026, 09:19
Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb
UNESCO-nun Dünya İrsi siyahısına daxil olan qədim Efes şəhəri, gecə muzeyi təşəbbüsünün bir hissəsi olaraq, işıqlarla işıqlandırılaraq qapılarını gecələr ziyarətçilərin üzünə yenidən açıb.AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, İzmirin Səlçuk rayonundakı qədim Efes şəhəri Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi proqramın bir hissəsi olaraq saat 19:00-dan ziyarətçilər üçün açıq olacaq. Ziyarətçilərdən saat 23:00-a qədər ərazini tərk etmələri xahiş olunacaq.Qədim şəhərdə gecə muzeyi proqramı oktyabrın 1-dək davam edəcək. Gecə muzeylərinə gələn ziyarətçilərin sayının 300 mini keçməcəyi planlaşdırılır....
04 İyun 2026, 08:51
İran ABŞ-nin esminesinə hücum etdi
İran ordusu Oman körfəzində ərazi sularına yaxınlaşmağa çalışan ABŞ-yə məxsus esminesə hücum edib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb."Bir neçə saat əvvəl İran İslam Respublikasının dəniz qüvvələri aşkarlama və identifikasiyadan dərhal sonra Oman körfəzində ərazi sularına yaxınlaşmağa çalışan ABŞ esminesindəki komanda və idarəetmə mərkəzinə zərbə endirib", - "Fars" xəbər agentliyinin məlumatında bildirilir....
04 İyun 2026, 08:30
Zelenski: Ukrayna Putinlə birbaşa danışıqlara hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi müharibənin diplomatik yolla başa çatdırılması üçün istənilən formatda, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.APA xəbər verir ki, Zelenski bu barədə Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında danışıb.Onun sözlərinə görə, ABŞ ilə danışıqlar prosesi davam etsə də, Vaşinqtonun əsas diqqəti hazırda İrana yönəlib. Zelenski vurğulayıb ki, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək ən güclü təsir rıçaqları ABŞ-ın əlindədir.Ukrayna lideri qeyd edib ki, sülh prosesində həm ABŞ, həm də Avropanın iştirakı vacibdir və Kiyev müharibəni bitirəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.“Bu müharibəni başa çatdırmaq üçün Putinlə birbaşa danışıqlara hazıram”,...
04 İyun 2026, 08:00
Xarici kəşfiyyat: Rus kilsəsi Ermənistandan çıxarılır
“Avropa İttifaqı (Aİ) aqressiv şəkildə Rus Pravoslav Kilsəsini Ermənistandan çıxarmağa başlayıb. Aİ-yə inteqrasiya üçün məcburi şərt olaraq Ermənistan hakimiyyətindən Moskva ilə dini-mənəvi əlaqələri tamamilə kəsmək tələb olunur”.Citypost.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) məlumat yayıb.XKX bildirib ki, bu ilin aprel ayında Ermənistanda yaradılmış Aİ Tərəfdaşlıq Missiyası bu siyasi-ideoloji problemin həlli çərçivəsində Rus Pravoslav Kilsəsinə qarşı şiddətli hücuma başlayır. İddia edilib ki, Aİ Rus Pravoslav Kilsəsini Ermənistanda daşınmaz əmlakından istifadə hüququndan məhrum etməyə, eləcə də onun Erməni Apostol Kilsəsi ilə əlaqələrini əngəlləməyə çalışır.“Əldə etdiyimiz məlumata görə, avropalılar hazırda Ermənistan hakimiyyətini genişmiqyaslı təqiblərə başlamağa təhrik etmək üçün Rus...
03 İyun 2026, 17:30
Numan Kurtulmuş: BMT çarəsiz vəziyyətdədir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çərşənbə günü mövcud beynəlxalq sistemin əsasını təşkil edən qurumların çökdüyünü və qlobal münaqişələri həll edə bilmədiyini bildirib. O, BMT-ni təcavüzün qarşısını almaqda və hesabatlılığı təmin etməkdə səmərəsiz olduğunu vurğulayıb.AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Finlandiya-Türkiyə parlamentlərarası dostluq qrupu tərəfindən təşkil edilən “Dəyişən dünyada Türkiyə: Tərəfdaş, tarazlayıcı, strateji aktor” adlı tədbirdə çıxış edən Kurtulmuş qlobal nizamın dərin institusional böhranla üzləşdiyini bildirib.“Dünya sisteminin təsisatları çöküb”, - deyə Kurtulmuş bildirib. O, münaqişələrin qarşısını almaq üçün yaradılan və təməl prinsiplərə geniş şəkildə hörmət edilən BMT-nin öz missiyasını yerinə yetirə bilmədiyini iddia edib.“Düzünü desək, Birləşmiş Millətlər...
03 İyun 2026, 17:13