Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Hələ də qəbilə təfəkkürü ilə yaşayırıq

Cəmiyyət 06 İyul 2026, 10:51

380

Bir musiqi parçası, mahnı paylaşıblar. Altında adamlar nəyin mübahisəsini aparsalar yaxşıdır? O, deyir bunu oxuyan bizim rayondandır, bu deyir yox, bizim rayondandır. Digəri deyir, ibtidai təhsilini bizim kənddə alıb, sonra sizin kəndə gedib. Bir başqası deyir, özü də əmim nəvəsi düşür, mənim qohumumdur ...

Mağara qaydaları, daş dövrünün qəbilə təfəkkürü, orta əsrlərin tayfabazlıq ənənəsi, hələ də davam edən xanlıqlar dövrünün regionçuluq, yerlibazlıq zehniyyəti insanların beyninə hakimdir. Bir də ki, savadsızlığı, cahilliyi göstərir bu. Bir dəfə konsertdə yanımdakılar axıra kimi müğənninin paltarını, geyimini onun qiymətini, enini - uzununu, hətta ailə həyatını müzakirə etdilər. Niyə? Çünki musiqi zövqü yoxdur ki, səsini kəsib qulaq asa. Savadı yoxdur ki, musiqinin bəstəsindən, bəstəkarından, ifa tərzindən danışa. Qanacağı da yoxdur ki, yanındakıların dinləməsinə mane olmaya... Bəs onda niyə gəlib konsertdə? Qoy desinlər filankəs zadəgan, kübar, mədəni adamdır. 

Hərə özünə hətta müğənnilərdən arxa-dayaq, axtarır. Tanınmış adamların Azərbaycana aid olması, dünyada tanınması ilə deyil, həmkəndlisi olması ilə öyünür. Çünki insanların dünya görüşü hələ də öz kəndinin üfüqlərindən kənara çıxmayıb. Çünki əksər insanlar sosial yöndən ac, psixoloji cəhətdən yalqız, mənəvi tərəfdən də miskindirlər. Vətən sözünü dilə gətirmək, pafosla söyləmək, hələ Vətən anlayışını dərk edib mahiyyətini bilmək demək deyil. Hələ öz ölkəsinə kirayə mənzil kimi yanaşanlar var. Hələ də Azərbaycana və onun sərvətlərinə yağı malı, düşmən mülkü kimi baxanlar var. Yoxsa rüşvət alan, sərvət talayan olar? Əgər adam Azərbaycana öz Vətəni, evi kimi baxsa özü öz evindən oğurluq edər? Özü öz evini talayar? Əlbəttə yox. Demək bu ölkəyə Vətən kimi yox, düşmən mülkü kimi baxırlar ki, məmurlar dağıdıb talayır. Çünki o məmurun da təfəkkürü, qabiliyyəti o konsertdə müğənninin enini-uzununu müzakirə edənlərdən geri qalmır.

Bayaq dedim, hərə özünə hətta müğənni də olsa kimsə bir tanınmışı, vəzifəlini arxa-dayaq, son sığınacaq nöqtəsi axtarır. Bu zəruri bir sosial, psixoloji, maddi və mənəvi ehtiyacdır. Çünki bu olmayanda adamlar özünü yetim kimi hiss edir. Halbuki dövlətə, qanuna güvənməlidir hamı. Hamının atası, babası dövlət olmalıdır. Görürsünüz kimin adamı yoxdursa necə boynu bükükdür? Niyə adamlar dövlətə, qanuna deyil də adamlardan, fərdlərdən güvənc yeri axtarır? Ümumilikdə dövləti deyil, fərdləri özünə sığınacaq mənbəyi sayır? Çünki hələ də qəbilə, tayfa düşüncəsindəyik və millət kimi formalaşa bilməmişik.

Qohumu vəzifəyə gələn adam ona görə sevinir ki, o da onun yanında talayıb dağıdacaq, rüşvət yığacaq. Ona görə sevinmir ki, qohumu tər töküb xaqla, dövlətə maaşı qarşılığında xidmət edəcək. Adamlar uşağını ona görə canfəşanlıqla ali məktəbə qoyur ki, o da böyüyüb rüşvət alsın, pul alıb işə adam düzəltsin. Savadı olmasa da olar. Əsas bilikləri, hiyləni, almağın, verməyin yollarını öyrənsin. Çünki ənənə belədir. Dövrün sosial tələbi budur. İndi neçə faiz adam olar ki, uşağını instituta Eynşteyn yaxud Yuri Qaqarin olmaq niyyəti ilə qoysun? Heç bir faiz də yoxdur. Niyə? Çünki bilir ki, Eynşteyn, Qaqarin olsa acından öləcək, qiymət, dəyər verən də olmayacaq. Bir çox elmi əsərlər müəllifi, ilahiyyat professoru Fazil İsmayılov küçərlərdə evsiz və ac şəkildə öldü. Yəni, bunu görən ata, ana övladının alim, kosmonavt, filosof olmasını niyə istəsin ki? O da övladının vəhşi, canavar, rüşvətçi olmasını istəyir ki, onun da üç mərtəbəli villası olsun. Kitab oxuyan yoxdur ona görə ki, kitab oxumağa ehtiyacın olmadığı təbliğ olunur. Ona görə ki, kitab oxuyanların çoxu pis vəziyyətdə yaşayır.

Daha da cəmiyyət vəhşiləşir. Mədəniyyətdən, intellektdən uzaqlaşır. Təhsil alanın da hədəfi yalnız maddiyyat əldə etməkdir. Nadir adamlar olar, atasından, babasından var - dövlət qala, düşünə ki, təhsil alım, ancaq xalqa, dövlətə fayda vermək üçün. Ya da fədakar adam ola. Eləsinə də maymaq, axmaq mənasında "saf adam" deyirlər... 

Tural İrfan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır 

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.Bu barədə Citypost.az-a cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin - zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir:"Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə...

06 İyul 2026, 11:23

Prezident İlham Əliyev Malavi liderini təbrik edib 

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram"....

06 İyul 2026, 11:19

Ədalət Verdiyev: Xameneinin dəfni insan həyatı üçün risk yaradır

Hərbi ekspert Ədalət Verdiyev İranın ali dini lideri ilə bağlı keçirilən vida mərasimini tənqid edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə mərasimin təşkilini təhlükəli adlandırıb."Xameneinin tabutunu Tehranın küçələrində gəzdirirlər. Ölkə rəhbərinin belə bir məntiqsiz dəfn mərasiminə rast gəlinməyib. Kiçik bir təxribat və ya iğtişaş insanların bir-birini tapdalaması ilə nəticələnə bilər", – deyə Ədalət Verdiyev bildirib.Hərbi ekspert, həmçinin mərasim iştirakçılarının təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, dini liderin dəfnində insanların həyatını riskə atmaq yolverilməzdir....

06 İyul 2026, 10:48

Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi 

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.Citypost.az  Teleqraf-a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi "BMW" markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.Faktla bağlı araşdırma aparılır....

06 İyul 2026, 10:34

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq 

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

06 İyul 2026, 10:10

Cəlilabadda Cənubi Qafqaz üçün analoqu olmayan daş kürə aşkar edildi

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.Citypsot.az  xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant–Anadolu–Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün...

06 İyul 2026, 09:20