Alimlər həyəcan təbili çalır: Daşqın riski artır
Dünya 06 İyul 2026, 11:57
244
"Nature Climate Change" jurnalında dərc olunan yeni araşdırma iqlim dəyişikliyinin fəlakətli sahil daşqınlarının başvermə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, əvvəllər ildə cəmi 1 faiz ehtimalla baş verən fəlakətli sahil daşqınları hazırda təxminən 12 dəfə daha tez-tez müşahidə olunur. Alimlər hesab edirlər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bu hadisələrin başvermə ehtimalını təbii şəraitlə müqayisədə təxminən dörd dəfə artırıb.
Araşdırmada dünyanın 100-dən çox qabarma-çəkilmə ölçən stansiyasından əldə olunan məlumatlar, eləcə də 1900–2005-ci illəri əhatə edən iqlim modelləri təhlil edilib. Müəlliflər bildirirlər ki, son illərdə antropogen təsirlərin daha da güclənməsi səbəbindən real risk hazırda daha yüksəkdir.
Bununla yanaşı, "Science Advances" jurnalında dərc olunan başqa bir tədqiqat da okean səviyyəsinin yüksəlməsinin daşqın riskini artırdığını təsdiqləyib. Araşdırmaya əsasən, 2000–2018-ci illərdə qeydə alınan şiddətli sahil daşqınlarının təxminən 58 faizi iqlim dəyişikliyi ilə əlaqəli olub. Həmçinin kritik su səviyyəsinin aşıldığı günlərin sayı 1970-ci illərlə müqayisədə təxminən üç dəfə artıb.
Tədqiqatçılar bildirirlər ki, hazırda demək olar ki, hər bir sahil daşqınında insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyinin izi görünür. Onların fikrincə, qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin yüksəlməsi olmasaydı, bu hadisələrin əksəriyyəti fəlakətli həddə çatmazdı.
Həmçinin oxuyun
Alimlər sahilyanı ərazilərdə risklərin artmaqda davam etdiyini vurğulayaraq, uyğunlaşma tədbirlərinin gücləndirilməsini və infrastrukturun iqlim dəyişikliklərinə daha dayanıqlı şəkildə qurulmasını zəruri hesab edirlər.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Quterreş: Süni intellektin qlobal qaydalarla tənzimlənməsinə ehtiyac var
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin sürətli inkişafının qlobal səviyyədə yeni çağırışlar yaratdığını bildirərək, bu sahədə beynəlxalq qaydaların müəyyən edilməsinin vacibliyini vurğulayıb.Citypost.az Reuters-ə istinadən xəbər verir ki, Antonio Quterreş bu fikirləri Cenevrədə keçirilən BMT-nin Süni İntellekt İdarəçiliyi üzrə ilk Qlobal Dialoqunda səsləndirib.Baş katib qeyd edib ki, süni intellekt iqtisadiyyatı yenidən formalaşdırmaq, əmək bazarını dəyişmək, seçkilərə təsir göstərmək və təhlükəsizlik balansını pozmaq potensialına malikdir. Onun sözlərinə görə, texnologiya onu yaradanların belə uyğunlaşa biləcəyindən daha sürətlə inkişaf edir.Quterreş xüsusilə uşaqların və həssas qrupların mümkün risklərdən qorunması üçün süni intellektin qlobal səviyyədə razılaşdırılmış qaydalar əsasında idarə olunmasının vacibliyini vurğulayıb.Baş katib bildirib ki,...
06 İyul 2026, 12:39
Nyu-Cersidə milyonluq malikanə rəsmi sənədlərdə 10 dollara satılıb
ABŞ-ın Nyu-Cersi ştatında yerləşən və bölgənin ən bahalı mülklərindən biri hesab olunan malikanə rəsmi sənədlərdə cəmi 10 dollara satılmış kimi qeyd edilib.Citypost.az New York Post nəşrinə istinadən xəbər verir ki,nüfuzlu Alpine bölgəsində yerləşən malikanə 2025-ci ilin mart ayında Daniyar Kesikbayevin adına keçirilib. Kadastr sənədlərində əməliyyatın dəyəri 10 dollar göstərilsə də, bu cür simvolik məbləğ əlaqəli tərəflər arasında əmlakın ötürülməsi zamanı tez-tez istifadə olunan hüquqi praktikadır.ABŞ-ın Daxili Gəlirlər Xidməti (IRS) isə 2026-cı ildə malikanənin bazar dəyərini 35,5 milyon dollar qiymətləndirib.Məlumata görə, 2012-ci ildə həmin əmlak Kesikbayevlə əlaqələndirilən şirkət tərəfindən 20 milyon dollara alınmışdı. O zaman bu satış Nyu-Cersi tarixinin ən bahalı...
06 İyul 2026, 12:36
Çinin "Tianwen-2" zondu asteroidə çatdı
inin "Tianwen-2" kosmik zondu təxminən 1 milyard kilometrlik uçuşdan sonra Yerə yaxın yerləşən 2016HO3 asteroidinə çataraq elmi tədqiqatlara başlayıb.Citypost.az ÇİN mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik Administrasiyası (CNSA) məlumat yayıb.Məlumata görə, zond təxminən 400 gün davam edən səyahətdən sonra asteroidə 20 kilometr məsafəyədək yaxınlaşıb. Yaxınlaşma mərhələsində aparat asteroidin ilk görüntülərini də əldə edib."Tianwen-2" missiyası 29 may 2025-ci ildə həyata keçirilib. Çin bu proqram çərçivəsində ilk dəfə olaraq asteroiddən nümunələr toplayaraq Yerə gətirməyi hədəfləyir.On il müddətinə nəzərdə tutulan missiya çərçivəsində zond həm 2016HO3 asteroidindən nümunələr götürəcək, həm də əsas asteroid qurşağında Mars orbitindən kənarda yerləşən 311P kometini...
06 İyul 2026, 12:07
Tramp milyonlarla tamaşaçının qarşısında öz başına şillə vurdu
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölkənin 250 illik yubileyinə həsr olunmuş tədbirdə yaşanan maraqlı anlarla sosial şəbəkələrdə gündəm olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasimdən əvvəl canlı yayım zamanı Tramp və həyat yoldaşı Melaniya Trampın səhnədə quraşdırılmış ekranda öz görüntülərinə baxması diqqət çəkib. Ekranın canlı yayımı yenidən göstərməsi nəticəsində sosial şəbəkə istifadəçilərinin "sonsuz Tramp görüntüsü" adlandırdığı maraqlı vizual effekt yaranıb.Daha sonra Donald Tramp smartfonunun ön kamerasını açaraq saçını və qalstukunu düzəldib. Həmin görüntülər qısa müddətdə sosial mediada geniş yayılıb və müxtəlif reaksiyalara səbəb olub.Bəzi istifadəçilər hadisəyə yumorla yanaşaraq Trampın ekrandakı görüntüsünə əl etməsini zarafat mövzusuna çeviriblər. İqtisadçı Robert P....
06 İyul 2026, 11:51
Fransada muzeydən 4 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb
Fransanın şərqində yerləşən Vingen-sur-Moder kommunasındakı Lalique muzeyində oğurluq hadisəsi baş verib.Citypsot.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.Məlumata görə, muzeydən təxminən 20 zərgərlik məmulatı oğurlanıb. İlkin hesablamalara əsasən, zərərin məbləği 4 milyon avroya yaxındır.Oğurluq zamanı təhlükəsizlik siqnalizasiyası işə düşsə də, hadisəni törədən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar. Hadisə ilə bağlı araşdırma aparılır.Lalique muzeyi 2011-ci ildə məşhur fransız rəssamı və zərgəri Rene Laliqin irsinə həsr olunaraq açılıb. Muzeyin kolleksiyasında 650-dən çox eksponat nümayiş etdirilir....
06 İyul 2026, 09:15
Paşinyan Rusiyanın Baş naziri ilə görüşəcək
Yekaterinburqda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustinin görüşü keçiriləcək.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, iyulun 6-da hər iki ölkənin hökumət başçıları Rusiyanın Sverdlovsk vilayətinin paytaxtında keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – “İnnoprom”da iştirak edəcəklər.Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya ilk səfəri olacaq.
06 İyul 2026, 08:35