Bizə yazın

Baku

-°C

USD

-

Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib

Dünya 29 Noyabr 2024, 19:58

5805

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı çağırış edib.

Ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin keçirdiyi brifinqdə etdiyi çağırışda deyilir:

“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”.

O eyni zamanda xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müxalifət liderinə həbs cəzası verildi 

Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Citypost.az xəbər verir ki, siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir.Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib.Onun vəkili çıxarılan hökmü “tamamilə qanunsuz” adlandırıb. Prokurorluq isə təqdim olunan sübutların kifayət etdiyini bildirib.Qeyd olunur ki, Xoştariyanın azadlığa çıxmasına təxminən bir il qalıb....

24 Mart 2026, 18:00

İranla danışıqlara Vens rəhbərlik edəcək 

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə mümkün danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Pakistan mənbələrinə istinadən məlumat yayıb.Məlumata görə, danışıqların Pakistanda keçirilməsi ehtimal olunur. Bildirilir ki, rəsmi Vaşinqton bu görüşlərdə yüksək səviyyəli təmsilçiliklə iştirak etməyi planlaşdırır.Qeyd olunur ki, Vensin nümayəndə heyətinə rəhbərlik etməsi ehtimalı tərəflər arasında diplomatik səylərin intensivləşdiyini göstərir....

24 Mart 2026, 17:40

Ukrayna 2027-ci ilədək Avropa İttifaqına üzv ola bilməyəcək 

Ukrayna 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcək.Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə keçirilən konfransda deyib.“Fikrimcə, hər kəs anlayır ki, Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa İttifaqına qoşulması mümkün deyil”, - o qeyd edib.

24 Mart 2026, 17:19

KİV: İranın Ali Rəhbəri ABŞ-la danışıqlara razılıq verib 

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkofa gizli şəkildə məlumat verib ki, Ali Rəhbər Müctəba Xamenei ABŞ-la potensial razılaşma barədə danışıqları təsdiqləyib.Bu barədə İsrail nəşri “Ynet” məlumat yayıb.Məlumatlara görə, yeni Ali Rəhbər İranın şərtləri qəbul ediləcəyi təqdirdə müharibəni sona çatdırmağa razıdır.

24 Mart 2026, 16:41

Rusiyada Şimali Koreya hərbçilərinə abidə ucaldılacaq 

Rusiyada Koreya Xalq Demokratik Respublikaslndan olan hərbçilərin şərəfinə abidə ucaldılacaq.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakı hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin praktiki təcəssümüdür.“Bu yaxınlarda Pxenyanda qəhrəmanların abidəsi açılıb və biz Rusiya Federasiyası ərazisində də eyni jestlə cavab verəcəyik”, - Rusiya XİN başçısı deyib.Qeyd edək ki, Pxenyanda Kursk vilayətində ölən Şimali Koreya hərbçilərinin şərəfinə küçə və muzey açılıb.Xatırladaq ki, 2024 və 2025-ci illərdə Şimali Koreyanın Rusiya Federasiyasına ümumilikdə 15 min hərbçi göndərdiyi məlum olub....

24 Mart 2026, 16:08

Laricaninin yerinə bu şəxs təyin olundu

Məhəmməd Baqir Zolqadr hava zərbələri nəticəsində öldürülən Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyasının rabitə məsələləri üzrə müavini “X” şəbəkəsində məlumat yayıb.Qeyd edək ki, Məhəmməd Baqir Zolqadr İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) istefada olan yüksək rütbəli hərbi komandiri və İranın Məsləhət Şurasının katibi idi. (APA)

24 Mart 2026, 15:23