Bizə yazın

Baku

-°C

USD

-

DİN elan verdi

Elanlar 05 Noyabr 2024, 10:19

1160

Daxili İşlər Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Bu barədə  CityPost.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini “hüquqşünaslıq” ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək //www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;
- hərbi bilet;
- əmək kitabçası (olanlar üçün).

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır.

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az Veb saytında yerləşdirilib.

 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Bravo" işçi axtarır - VAKANSİYA

Azerbaijan SuperMarket Senior Business Performance Control Specialist / Biznes Performansına Nəzarət üzrə Baş Mütəxəssis Son tarix 28 dek 2024 - [email protected] Location: Head Office Department: Financial Control & Accounting Job Responsibilities: Generate reports and dashboards to t rack key performance indicators (KPIs), such as revenue, profit margins, and customer satisfaction. Monitor inventory levels and recommend optimal stock levels to avoid overstocking or stockouts. Assist in developing sales forecasts and budget plans. Evaluate the impact of pricing strategies on sales and profitability.  Analyze promotions, discounts, and sales campaigns to assess their financial effectiveness. Analyze sales performance across products, categories (e.g., fresh produce, dairy, frozen goods) to identify best-performing and underperforming areas. Support monthly sales...

03 Dekabr 2024, 18:55

"Akabe İnşaat" işçi axtarır - MAAŞ 2000-2500 MANAT

Akabe İnşaat Baş Mühasib Son tarix 02 yan 2025 - [email protected] Vəzifə öhdəlikləri: Aylıq, rüblük və illik maliyyə hesabatlarının (P&L, Balance sheet, Cash flow) hazırlanması və təhlili; Müəssisənin Strateji inkişaf planının hazırlanmasında, habelə maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasında iştirak edir; Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Müəssisənin əmlakının qorunmasına nəzarət edir; Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsvirini hazırlayır; Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarının tərtib edir; Biznes planların tərtibatı üçün materialları hazırlayır; Müəssisənin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təklifləri verir; Müəssisənin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri,...

03 Dekabr 2024, 18:32