Bizə yazın

Baku

-°C

USD

-

Prezident: Azərbaycanın 13 faizindən çoxu minalıdır

Cəmiyyət 02 Sentyabr 2026, 11:36

281

Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib.

Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Dövlət başçısı müraciətində bildirib ki, ilkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb:

"Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır".

Azərbaycan lideri müraciətində xatırladıb ki, Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb:

"Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib".

İlham Əliyev müraciətində vurğulayıb ki, Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır:

"Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 Sərhəddə sülh - 29 743 kvadrat kilometrdən sonra nə gəlir”? — ZAHİD ORUCUN ŞƏRHİ 

Milli Məclisin deputatı Zahid Oruz yazır:Hər tərəfdən sıxılan dövlətin yeganə çıxış yolu Bakının şərtləridir….Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə sülh prosesinin artıq ən mürəkkəb mərhələlərindən birinə-dövlət sərhədinin delimitasiyasına ayrıca yer verilməsi sülhün məhz haradan başlandığını göstərir.  Aparılan danışıqlar barədə hər iki tərəfin yaydığı məlumatda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının mühüm rolu qeyd olunub və onların işinin əldə edilmiş razılaşmalar əsasında davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni görüşdə ticarət, tranzit, enerji əlaqələri və TRIPP üzrə praktiki addımların müzakirəsi göstərir ki, Bakı ilə İrəvan arasındakı yeni münasibətlər yalnız sülh müqaviləsinin imzalanması ilə ölçülmür. İlham Əliyev qalib lider...

02 Sentyabr 2026, 11:45

Tibb işçilərinin maaşları ilə bağlı YENİLİK

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqları artırılır.Citypost.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.A.Bayramov bildirib ki, onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyətinin əməkdaşlarıdır. 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfər isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.Qeyd olunub ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu...

02 Sentyabr 2026, 11:35

Ali Məhkəmədən icarəçilərə xəbərdarlıq: Təmir xərcləri geri ödənməyə bilər

İcarəyə götürülmüş obyektdəki təmir xərcləri geri ödənilməyə bilər.Citypost.az xəbər verir ki, bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılan işlərin birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib.Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir.Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi...

02 Sentyabr 2026, 11:34

Azərbaycan lideri vyetnamlı həmkarını  təbrik edib 

Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Zati-aliləri,Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.Bu gün bir sıra sahələrdə, xüsusilə...

02 Sentyabr 2026, 11:27

Prezident IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb 

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli Konfrans iştirakçıları,Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə...

02 Sentyabr 2026, 11:20

PAYIZ QADIN  -Balayar Sadiqin şeiri

Astaca üşüyür üzündəki nur,Kirpiyi ucunda bəxti uçunur.Bir azca əl saxla,bir azcana dur,Allah, bu qadının xətrinə dəyməÜzündən utanır bütün güzgülər,Gör necə açılıb üzündə güllər,Bir üzü ağlayar,bir üzü gülər,Onun qiymətinə,qədrinə dəymə.Hələ könül yıxır cilvəsi,nazı,Qımışır alnına yazdığın yazı .Bir misra gecikdir gələn payızı,Bu məhəbbət dolu ətrinə dəymə.Qalıb qar altında bəxtin izləri,Qoşa qafiyədir qara gözləri.Allah ,götür apar bütün sözləri,Bu son gözəlliyin sətrinə dəymə.

02 Sentyabr 2026, 11:05