Ana uşaqla görüşə icazə vermir: Ata nə etməlidir?
Hüquq 19 Yanvar 2026, 15:38
4292
Boşanma və ya ayrı yaşama valideynlik hüquqlarını ləğv etmir. Uşaqla ünsiyyət həm ana, həm də atanın qanunla qorunan əsas hüquqlarından biridir. Təəssüf ki, praktikada bu hüquq tez-tez pozulur, uşaqlar valideynlər arasında mübahisənin alətinə çevrilir. Qanunvericilik isə bu cür hallara kifayət qədər sərt yanaşma ortaya qoyur. Valideynlər uşaqla görüş və ünsiyyət qaydaları ilə bağlı razılığa gələ bilmədikdə, qanuna əsasən ilk mərhələ mediasiyadır. Mediasiya prosesində razılıq əldə olunmazsa, uşaqla ünsiyyət hüququnu tələb edən tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə uşağın mənafeyini əsas götürərək görüş günlərini, saatlarını, müddətini və şərtlərini müəyyən edir. Qərar qəbul edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, valideynlərə bağlılığı və yaşayış şəraiti nəzərə alınır. Xüsusilə 10 yaşına çatmış uşağın fikri mütləq qiymətləndirilir.
Citypost.az-ın məlumatına görə, qanun açıq şəkildə bildirir ki, uşağın yanında yaşayan valideyn digər valideynin uşaqla ünsiyyətinə əsassız mane ola bilməz. Məhkəmənin müəyyən etdiyi görüş qaydalarının formal, simvolik və ya real ünsiyyəti mümkünsüz edən şəkildə icrası yolverilməzdir.
Ən vacib məqam isə məsuliyyətdir. Məhkəmə qətnaməsini icra etməyən valideyni ciddi hüquqi nəticələr gözləyir. Belə ki:
Məhkəmə qərarını qəsdən icra etməyən şəxs barəsində inzibati məsuliyyət tətbiq oluna bilər və cərimə ilə cəzalandırıla bilər;
Qərarın sistemli şəkildə icra edilməməsi, valideynlik hüququndan sui-istifadə halları təkrar və qərəzli xarakter aldıqda, şəxs barəsində cinayət məsuliyyəti yarana bilər;
Həmçinin oxuyun
Cinayət məsuliyyəti çərçivəsində cərimə, islah işləri və hətta azadlıqdan məhrumetmə (həbs) cəzası tətbiq edilməsi qanunla istisna edilmir.
Başqa sözlə, uşağı qəsdən digər valideyndən uzaqlaşdırmaq təkcə mənəvi yox, həm də ağır hüquqi məsuliyyət yaradır. Qanun bu məsələdə açıq mövqe sərgiləyir: uşaq hər iki valideynin qayğısına və ünsiyyətinə ehtiyac duyur və bu hüququ pozan tərəf cavabsız qalmır.
Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, şəxsi inciklikləri kənara qoyaraq uşağın psixoloji sağlamlığını ön planda tutsunlar. Çünki sonda uşaqla ünsiyyətə mane olan valideyn həm məhkəmə qarşısında, həm də qanun qarşısında cavab verməli olur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avtomobildə texniki nasazlığa görə birbaşa cərimə yazıla bilər? – Hüquqşünas AÇIQLAMASI
Sürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir.Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə...
21 May 2026, 13:46
Boşanma zamanı qadın hansı halda evdən pay ala bilər?
Boşanma zamanı ən çox mübahisə yaradan məsələlərdən biri də ev və digər əmlak bölgüsüdür. Bir çox insan düşünür ki, nikahdan sonra istifadə olunan hər bir əmlak avtomatik olaraq hər iki tərəfə məxsus sayılır. Lakin qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak birgə mülkiyyət hesab edilir. Bu o deməkdir ki, ər və arvad ailə qurduqdan sonra alınan ev, avtomobil və digər əmlaklar hər iki tərəfin ortaq mülkiyyəti sayılır və boşanma zamanı bölüşdürülə bilər.Mütəxəssislər bildirirlər ki, əgər mənzil və ya digər əmlak nikah dövründə alınıbsa, qadının həmin əmlakda pay...
21 May 2026, 11:19
“Uşağı mənə göstərmirlər, aliment ödəməyə bilərəm?” – Qanun nə deyir?
Boşanmadan sonra valideynlər arasında ən çox yaranan problemlərdən biri də uşaqlarla görüş və aliment məsələsidir. Bəzi hallarda atalardan biri bildirir ki, qarşı tərəf uşağı göstərmir və buna görə aliment ödəməkdən imtina edir. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu iki məsələ qanun qarşısında bir-birindən tam fərqli hüquqi öhdəliklər hesab olunur.Citypost.az xəbər verir ki, kütəxəssislərin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı məsuliyyət birbaşa aliment ödəməli olan şəxsin üzərindədir və uşağın göstərilib-göstərilməməsi bu öhdəliyi aradan qaldırmır.Hüquqşünaslar bildirirlər ki, uşaqla görüş məsələsi ayrıca məhkəmə qətnaməsi ilə tənzimlənir. Əgər məhkəmə qərarında uşağın ata ilə görüş hüququ müəyyən edilibsə, həmin qərarın icrasına cavabdeh şəxs uşağın yanında...
21 May 2026, 10:22
Qonşunun ağacının budaqları həyətinizə keçir? – Qanun nə deyir?
Fərdi yaşayış evlərində qonşular arasında ən çox rast gəlinən problemlərdən biri də ağac budaqları və köklərlə bağlı yaranan mübahisələrdir. Xüsusilə ağacın budaqları qonşu həyətinə keçdikdə, dam örtüyünə, hasara və ya digər əmlaka ziyan vurduqda tərəflər arasında narazılıq yaranır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 174-cü maddəsində bu məsələ açıq şəkildə tənzimlənir.Qanunvericiliyə əsasən, ağacın budaqları və ya kökləri qonşunun torpaq sahəsinə keçərək ona maneə yaradırsa və ya zərər vurursa, həmin şəxs bu budaqları və kökləri kəsdirə bilər.Mütəxəssislərin sözlərinə görə, burada əsas şərt budaqların və köklərin qarşı tərəfin istifadəsinə real maneə yaratması və ya ziyan vurmasıdır. Məsələn, ağacın...
21 May 2026, 09:21
Mağazada məhsul qırılarsa, pulu kim ödəməlidir?
Bəzən mağazada alış-veriş zamanı məhsulun təsadüfən qırılması və ya zədələnməsi ilə bağlı mübahisəli hallar yaranır. Bir çox vətəndaş belə vəziyyətdə məhsulun pulunu ödəməyə məcbur olduğunu düşünsə də, qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, əmlakın təsadüfən məhv olması və ya zədələnməsi riski, əgər qanun və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Yəni məhsulun pulu tam ödənilənədək və alıcıya kassa qəbzi təqdim olunana qədər həmin məhsul mağazanın mülkiyyəti hesab edilir.Bu səbəbdən, əgər məhsul alıcının təqsiri olmadan təsadüfən qırılıbsa və ya zədələnibsə, mağazanın həmin məhsulun dəyərini alıcıdan tələb etməsi...
20 May 2026, 12:37
“Öz xahişimlə işdən çıxıram” ərizəsini düşünmədən imzalamayın – Hüquqşünaslardan xəbərdarlıq
Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin təzyiq altında “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur edilməsidir. Bir çox hallarda işəgötürənlər işçini könüllü şəkildə işdən çıxırmış kimi göstərməyə çalışır və bu da sonradan işçinin hüquqlarını ciddi şəkildə məhdudlaşdıra bilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, işçi əslində işdən çıxmaq istəmədiyi halda belə ərizəni imzalaması gələcəkdə kompensasiya, məhkəmə müdafiəsi və digər hüquqların itirilməsinə səbəb ola bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş iş yerində təzyiqlə qarşılaşdıqda qorxuya düşür. İnsanlar düşünür ki, ərizəni yazmasalar, əmək kitabçasına mənfi qeyd salınacaq və ya “maddə ilə” işdən çıxarılacaqlar. Lakin hər bir hal qanun...
20 May 2026, 10:39