Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmə uşağın hansı valideynlə qalmaq istədiyi barədə fikrini nə vaxt nəzərə alır?  

Hüquq 10 İyun 2026, 11:12

2181

Boşanma proseslərində ən həssas məsələlərdən biri uşağın hansı valideynin himayəsində qalacağının müəyyən edilməsidir. Bu zaman məhkəmə yalnız valideynlərin istəyini deyil, həm də uşağın maraqlarını və müəyyən hallarda onun öz fikrini də nəzərə alır.

Citypost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, uşağın yaşı bu məsələdə mühüm rol oynayır. Əgər uşağın 10 və ya daha çox yaşı varsa, məhkəmə onun fikrini öyrənməyə və həmin fikri nəzərə almağa borcludur. Bu o demək deyil ki, məhkəmə mütləq uşağın seçdiyi valideynin xeyrinə qərar verməlidir. Lakin uşağın arzusu və mövqeyi iş üzrə vacib hallardan biri kimi qiymətləndirilir.

Uşaq 7 yaşdan 10 yaşadək olduqda isə vəziyyət bir qədər fərqlidir. Bu halda məhkəmə uşağın fikrini öyrənə və nəzərə ala bilər. Lakin bu, məcburi tələb hesab edilmir. Hakim uşağın yaşını, psixoloji durumunu, valideynlərə bağlılığını və digər mühüm amilləri qiymətləndirərək onun fikrinin qərara təsir edib-etməyəcəyini müəyyənləşdirir.

Mütəxəssislər qeyd edirlər ki, məhkəmə üçün əsas meyar valideynlərin istəyi deyil, uşağın üstün mənafeyidir. Buna görə də uşağın seçdiyi valideynlə qalması onun inkişafı, təhsili, sağlamlığı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilməzsə, məhkəmə fərqli qərar da qəbul edə bilər.

Belə işlərə baxılarkən valideynlərin yaşayış şəraiti, uşağa göstərilən qayğı, mənəvi-psixoloji mühit, valideynlərin tərbiyə imkanları və uşağın gələcək inkişafına təsir edə biləcək digər amillər də nəzərə alınır.

Yəni sadə dillə desək, 10 yaşını tamamlamış uşağın fikri məhkəmə üçün vacib və nəzərə alınmalı bir mövqedir. 7-10 yaş arasında olan uşağın fikri isə əlavə amil kimi qiymətləndirilə bilər. Hər iki halda əsas məqsəd uşağın maraqlarının və rifahının maksimum dərəcədə qorunmasını təmin etməkdir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qaynananın adına keçirilən ev boşanmada kürəkənlə bölünürmü?

Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...

13 İyul 2026, 11:00

Boşananlar Böyük Qayıdışda ayrıca ev ala bilər? Vəkil AÇIQLADI 

Boşanma proseslərində ən çox mübahisə doğuran məsələlərdən biri də nikah dövründə əldə edilən əmlakın necə bölünməsi ilə bağlıdır. Xüsusilə valideynlərin övladlarına aldıqları mənzilin hüquqi statusu ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bir çox hallarda vətəndaşları maraqlandıran əsas məsələ budur: nikah dövründə alınan, lakin sonradan valideynin adına rəsmiləşdirilən mənzil boşanma zamanı kürəkənin və ya gəlinin pay iddiasına səbəb ola bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların bildirdiyinə görə, ilk növbədə əmlakın hansı əsasla əldə olunması və kimin adına rəsmiləşdirilməsi araşdırılmalıdır. Əgər mənzil son nəticədə valideynin adına qeydiyyata alınıb və çıxarış da onun adınadırsa, həmin şəxs əmlakın qanuni sahibi hesab olunur.Mütəxəssislər qeyd edirlər ki,...

13 İyul 2026, 09:43

Zamin yalnız əsas borca görə cavabdehdir? 

Bank krediti və ya digər borc öhdəlikləri zamanı bir çox insanlar yaxınlarına kömək etmək məqsədilə zamin olurlar. Lakin sonradan yaranan problemlər zamanı ən çox verilən suallardan biri də budur: "Mən zamin durmuşamsa, yalnız əsas borca görə məsuliyyət daşıyıram, yoxsa başqa öhdəliklər də mənə aid olur?"Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və zaminin məsuliyyəti yalnız əsas borcla məhdudlaşmır.Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, zamin yalnız əsas borcun deyil, həm də borcla bağlı...

13 İyul 2026, 08:50

 "Qara siyahı"dan çıxmaq mümkündür? – Vəkillərdən vacib açıqlama

Bank krediti üzrə gecikməsi olmuş, lakin sonradan borcunu tam şəkildə ödəyən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri "qara siyahı" adlandırılan siyahıdan necə çıxmaqla bağlıdır. Bir çox vətəndaş hesab edir ki, kredit tam bağlandıqdan sonra adı avtomatik olaraq həmin siyahıdan silinir. Halbuki bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar kredit öhdəlikləri ilə bağlı məlumatları mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürürlər. Kredit üzrə hər hansı gecikmə yarandıqda bu məlumat reyestrdə əks olunur və digər banklar da kredit müraciəti zamanı həmin məlumat bazasına çıxış əldə edə bilirlər.Bu səbəbdən bir bank qarşısında yaranmış gecikmə...

10 İyul 2026, 10:48

Nənənin borcuna görə bağışlanan evi ala bilərlər?

Vətəndaşların ən çox ünvanladıqları hüquqi suallardan biri də yaxın qohum tərəfindən bağışlanan əmlakın sonradan borclara görə əlindən alınıb-alınmayacağı ilə bağlıdır. Xüsusilə nənə, baba və ya valideyn tərəfindən bağışlanmış evlər barədə bu cür narahatlıqlar tez-tez yaranır.Citypost.az xəbər verir ki,  belə hallarda ilk növbədə əmlakın hansı hüquqi əsasla digər şəxsə keçməsi və borcun hansı mərhələdə yaranması araşdırılmalıdır.Vəkilərin sözlərinə görə, əgər nənə sağlığında evi notariat qaydasında bağışlama müqaviləsi ilə nəvəsinin adına keçiribsə və həmin vaxt əmlak üzərində məhkəmə qadağası, həbs və ya digər məhdudiyyət olmayıbsa, ümumi qayda olaraq sonradan həmin əmlaka görə nəvənin məsuliyyəti yaranmır."Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıbsa və mülkiyyət...

10 İyul 2026, 09:40

Velosiped icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov tələb edə bilərlərmi?

Vətəndaşlar arasında tez-tez rast gəlinən suallardan biri də budur: "Velosiped və ya digər əşyanı icarəyə götürərkən məndən şəxsiyyət vəsiqəmi girov kimi saxlamağı tələb etdilər. Bu, qanunidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, cavab qəti şəkildə xeyrdir. Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin girov götürülməsinə və ya hər hansı əsas olmadan saxlanılmasına yol vermir.Şəxsiyyət vəsiqəsi vətəndaşın əsas şəxsiyyətini təsdiq edən rəsmi dövlət sənədidir və həmin sənəd yalnız qanunla müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanları tərəfindən götürülə bilər. Heç bir fiziki şəxs, mağaza, velosiped icarəsi xidməti, otel, lombard və ya digər sahibkarlıq subyekti vətəndaşın şəxsiyyət vəsiqəsini girov kimi tələb etmək hüququna malik deyil.Azərbaycan Respublikasının...

09 İyul 2026, 11:00