Etibarnamə ilə alınan avtomobil niyə risklidir?
Hüquq 24 İyul 2026, 11:30
467
Avtomobil alqı-satqısı zamanı vətəndaşların qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin əvvəlki sahibinin borclarına və ya məhkəmə qərarlarına görə üzərinə həbs qoyulmasıdır. Belə hallarda alıcı həm avtomobildən istifadə etməkdə çətinlik çəkir, həm də ödədiyi vəsaiti geri qaytara bilmədiyi üçün hüquqi çıxış yolu axtarır.
Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, belə vəziyyətlərdə ilk növbədə avtomobilin hansı qaydada alındığı müəyyənləşdirilməlidir. Çünki bir çox vətəndaş "maşını almışam" desə də, əslində nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə əsasında istifadə edir.
Mütəxəssislərin sözlərinə görə, qanunvericilik baxımından avtomobil yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanaraq dövlət qeydiyyatında yeni sahibin adına rəsmiləşdirildiyi halda həmin şəxsin mülkiyyəti hesab olunur. Əgər avtomobil yalnız etibarnamə ilə istifadə edilirsə, bu, şəxsin avtomobilin hüquqi sahibi olması anlamına gəlmir. Belə hallarda avtomobil hələ də əvvəlki sahibin adına qaldığından, onun borclarına görə tətbiq edilən məhdudiyyətlər yeni istifadəçiyə də problem yarada bilər.
Hüquqşünaslar qeyd edir ki, ikinci vacib məsələ avtomobil üzərinə həbsi hansı dövlət orqanının qoyduğunu müəyyən etməkdir. Çünki hüquqi müdafiə üsulu da məhz bundan asılıdır.Əgər həbs məhkəmənin qərarı əsasında qoyulubsa, avtomobili vicdanlı şəkildə əldə etmiş şəxs həmin məhkəmə qərarını əldə etməli və hüquqlarına toxunan şəxs kimi qərardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verməlidir.Əgər məhdudiyyət icra məmuru tərəfindən tətbiq olunubsa, ilk növbədə icra məmuruna müraciət edilməli, avtomobilin faktiki olaraq başqa şəxs tərəfindən əldə olunduğu barədə sənədlər təqdim edilməlidir. İcra məmuru həbsin götürülməsindən imtina edərsə, onun hərəkətlərindən inzibati qaydada və ya aidiyyəti məhkəməyə şikayət etmək mümkündür.
Mütəxəssislər vurğulayır ki, bəzi hallarda məhdudiyyət Dövlət Yol Polisi və ya digər səlahiyyətli qurumlar tərəfindən də tətbiq oluna bilər. Bu halda da əvvəlcə həbsin hüquqi əsası öyrənilməli, daha sonra həmin quruma və ya qərarı qəbul edən orqana qanunvericiliyə uyğun müraciət edilməlidir.
Həmçinin oxuyun
Hüquqşünas hesab edir ki, əgər alıcı avtomobili rəsmi alqı-satqı müqaviləsi əsasında əldə edib və vicdanlı alıcı olduğunu təsdiq edən sənədlərə malikdirsə, onun hüquqlarının qorunması üçün kifayət qədər hüquqi imkanlar mövcuddur. Lakin avtomobil yalnız etibarnamə ilə istifadə olunursa, vəziyyət daha mürəkkəb xarakter daşıyır və hüquqi risklər artır.
Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, gələcəkdə belə problemlərlə üzləşməmək üçün avtomobil alarkən mütləq rəsmi alqı-satqı müqaviləsi bağlasınlar, nəqliyyat vasitəsinin üzərində hər hansı həbs, girov və ya digər məhdudiyyətin olub-olmadığını əvvəlcədən yoxlasınlar və yalnız bundan sonra ödəniş həyata keçirsinlər. Bu, həm maliyyə itkisi riskini azaldır, həm də sonradan uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını alır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Atadan qalan ev gəlinin adına keçə bilər? – Hüquqşünas açıqladı
Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ünvanladığı suallar arasında ən çox rast gəlinən mövzulardan biri də miras qalmış daşınmaz əmlakın ailə üzvlərinin adına keçirilməsi ilə bağlıdır. Xüsusilə də "rəhmətə getmiş atanın evi birbaşa oğlunun həyat yoldaşının, yəni gəlinin adına keçirilə bilərmi?" sualı tez-tez müzakirə olunur.Citypost.az-ın xəbərinə görə, hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, bu mümkün deyil. Çünki miras əmlakı ilk növbədə qanun və ya vəsiyyət üzrə müəyyən edilmiş vərəsələr arasında bölüşdürülür. Əgər vəfat etmiş şəxsin oğlu qanuni vərəsədirsə, həmin daşınmaz əmlak əvvəlcə onun adına rəsmiləşdirilməlidir.Mütəxəssis bildirir ki, vərəsəlik hüququ şəxsi hüquq hesab olunur və bu hüquq yalnız qanunda göstərilən vərəsələrə məxsusdur....
24 İyul 2026, 10:00
Ailə üzvlərinin səsini gizli yazmaq olarmı? QANUN NƏ DEYİR?
Ailə münasibətlərində yaşanan mübahisələr zamanı tərəflərin bir-birini gizli şəkildə izləməsi və ya səsini yazması son illər daha çox rast gəlinən hallardandır. Vətəndaşlardan biri müraciətində bildirib ki, gəlini evə gizli şəkildə diktafon yerləşdirərək ailə üzvlərinin danışıqlarını qeydə alıb və sonradan həmin səsyazıları ilə onları şantaj etdiyini iddia edir. O, artıq diktafonu tapdığını bildirərək, belə vəziyyətdə hansı hüquqi addımların atıla biləcəyini soruşur.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ilk növbədə belə hərəkətlər etik baxımdan düzgün hesab edilmir. Ailə üzvlərinin xəbəri və razılığı olmadan onların şəxsi söhbətlərinin gizli şəkildə qeydə alınması ailədaxili etimadı sarsıdır və münasibətlərin daha da gərginləşməsinə səbəb olur.Hüquqşünasların sözlərinə görə,...
23 İyul 2026, 10:19
65 yaşlı işləyən şəxs sosial müavinət ala bilərmi?
65 yaşına çatmış vətəndaşların ən çox ünvanladıqları suallardan biri də sosial müavinət və pensiya hüquqları ilə bağlıdır. Xüsusilə işləyən şəxslər müraciət etdikdə sosial müavinətin onlara təyin olunmaması narazılıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu məsələdə qanunvericilik fərqli sosial təminat növlərini bir-birindən ayırır və hər birinin öz hüquqi əsasları mövcuddur.Citypost.az-ın məlumatına görə, vətəndaşlardan biri müraciətində bildirib ki, 65 yaşı tamam olsa da, işlədiyi üçün sosial müavinət almaq məqsədilə etdiyi müraciət qəbul edilməyib. Ona izah olunub ki, işləyən şəxs olduğu üçün sosial müavinət hüququ yaranmır.Mütəxəssislər qeyd edirlər ki, sosial müavinət əsasən qanunvericilikdə müəyyən olunmuş kateqoriyaya aid olan və müvafiq şərtlərə cavab verən şəxslərə...
23 İyul 2026, 09:18
Ana uşağa laqeyd yanaşırsa, məhkəmə nə qərar verir?
Boşanma zamanı azyaşlı uşağın hansı valideynin himayəsində qalacağı ilə bağlı qərar verilərkən əsas meyar valideynlərin istəyi deyil, uşağın üstün mənafeyidir. Mütəxəssislər bildirirlər ki, əgər ana uşağa lazımi qayğı göstərmirsə, onun sağlamlığı, təhlükəsizliyi və normal inkişafı üçün zəruri şərait yaratmırsa, bu hal məhkəmə tərəfindən ciddi şəkildə qiymətləndirilə bilər.Citypost.az xəbər verir ki,məhkəmə bu cür iddiaları formal şəkildə deyil, bütün sübutları araşdırmaqla qiymətləndirir. Tərəflərin izahatları dinlənilir, qəyyumluq və himayəçilik orqanlarının rəyi alınır, zərurət olduqda şahid ifadələri, məktəb və ya uşaq bağçasının məlumatları, tibbi sənədlər və digər sübutlar araşdırılır.Mütəxəssislər qeyd edirlər ki, əgər müəyyən olunarsa ki, ana uşağa qarşı laqeyd münasibət göstərir, ona lazımi...
23 İyul 2026, 08:27
Qeydiyyatda olan qohum evin satışına mane ola bilərmi?
Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr Azərbaycanda ən çox rast gəlinən hüquqi problemlərdən biridir. Xüsusilə ev sahibinin mənzili satmaq istəməsi, lakin həmin ünvanda qeydiyyatda olan qohumların buna etiraz etməsi tez-tez mübahisələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə hallarda əsas məsələ mülkiyyət hüququ ilə yaşayış yeri üzrə qeydiyyat anlayışlarının bir-birindən düzgün fərqləndirilməsidir.Citypost.az xəbər verir ki, vətəndaşlardan biri müraciətində bildirib ki, mənzil tamamilə onun mülkiyyətindədir və çıxarış da onun adınadır. Lakin qaynanası və ailə quran baldızı həmin evdə qeydiyyatda olduqları üçün mənzilin satılmasına mane olurlar. Müraciət müəllifini maraqlandıran əsas sual isə budur: ev sahibi mənzili satmaq üçün onların razılığını almalıdırmı?Hüquq sahəsində çalışan mütəxəssislər...
22 İyul 2026, 11:20
Maklerə verilən beh geri qaytarılmırsa, vətəndaş nə etməlidir?
Daşınmaz əmlak bazarında vətəndaşların ən çox üzləşdiyi problemlərdən biri maklerə və ya vasitəçiyə verilən beh məbləğinin sonradan geri qaytarılmamasıdır. Xüsusilə mənzil alqı-satqısı baş tutmadıqda, bir çox insanlar ödədikləri vəsaiti necə geri ala biləcəklərini bilmirlər. Hüquq mütəxəssislərinin fikrincə, bu kimi hallarda ilk növbədə behin kimə və hansı əsasla verildiyi araşdırılmalıdır.Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, beh öhdəliyin təminat vasitələrindən biri hesab olunur. Beh müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyır. Qanunvericiliyə görə, əgər satıcı müqavilənin icrasından imtina edərsə, aldığı behi ikiqat məbləğdə geri qaytarmalıdır. Əgər alıcı alqı-satqıdan imtina edərsə, verdiyi behi geri tələb edə bilmir.Lakin bu...
22 İyul 2026, 09:04