Tanınmış həkimin məhkəməsidir
Hüquq 21 Oktyabr 2024, 15:21
11896
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəmə prosesi keçirilib.
CityPost.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində onun həyat yoldaşı Günay Maqsudova ifadə verib.
O, ifadəsində həyat yoldaşının günahsız olduğuna əmin olduğunu söyləyib:
"Biz dörd ildir həmin yoldan istifadə edirik. Hadisə vaxtı da mən və qızım avtomobildə idik. Qəflətən sağ tərəfdən avtomobilə nəsə çırpıldı, yoldaşım avtomobili saxladı, arxaya baxanda kiminsə yıxıldığını gördük. Yoldaşım və qızım onu avtomobilə qoydular, Sabunçu xəstəxanasına çatdırdıq. Biz aparanda hələ ki sağ idi".
G.Maqsudova bildirib ki, bu cür hadisə hamının başına gələ bilər: "Onu xəstəxanaya apararkən alkoqol qoxusu gəlirdi. Sonradan mərhumun alkoqol qəbul etdiyi məlum oldu. Heç kim avtomobillərin sıx hərəkətdə olduğu yoldan belə keçməz. Hadisə psixoloji durumuma mənfi təsir edib".
Həmçinin oxuyun
Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əmək müqaviləsi olmadan işləməyin təhlükələri
Əmək müqaviləsi bağlamadan çalışmaq işçi üçün ciddi maliyyə, hüquqi, sosial risklər yaradan əsas problemlərdən biridir. Qeyri-rəsmi məşğulluq ilk baxışdan tərəflər arasında sadə razılaşma kimi görünsə də, əslində işçini qanunvericiliyin verdiyi bütün müdafiə mexanizmlərindən, sosial təminatlardan məhrum edir. Rəsmi müqavilənin olmaması işəgötürənin öhdəliklərini hüquqi müstəvidən çıxarır, istənilən an işçinin hüquqlarının pozulmasına zəmin yaradır.Citypost.az xəbər verir ki, əmək müqaviləsiz işləməyin birinci kəskin təhlükəsi əməkhaqqının ödənilməməsi, yaxud gecikdirilməsi riskidir. Şifahi razılaşma zamanı işçi maaşını ala bilmədikdə bunu məhkəmə və ya aidiyyəti dövlət qurumları qarşısında sübut etmək həddindən artıq çətinləşir. Həmçinin işçinin ödənişli məzuniyyət, xəstəlik vərəqəsi üzrə müavinət, işdənçıxarma müavinəti almaq hüququ tamamilə ləğv...
13 Avqust 2026, 12:00
İstehlakçı hüquqları nədir? – Keyfiyyətsiz malı necə qaytarmaq olar?
İstehlakçı hüquqları vətəndaşların bazarda satın aldıqları mal, iş, xidmətlərin lazımi keyfiyyətdə olmasını, təhlükəsizliyini, eləcə də bu barədə dürüst məlumat almaq imkanını təmin edən hüquqi normalar məcmusudur. Gündəlik həyatda hər bir şəxs mağazadan, onlayn platformadan alış-veriş edərkən istehlakçı kimi çıxış edir. Əldə edilən malın keyfiyyətsiz, defektli, yararsız çıxması halında qanunvericilik alıcıya öz hüquqlarını bərpa etmək, vurduğu zərərin əvəzini tələb etmək üçün geniş imkanlar yaradır.Keyfiyyətsiz mal alındıqda istehlakçının qanunla müəyyən edilmiş bir neçə tələb sürmək hüququ vardır. Alıcı yararsız çıxan malı analoji keyfiyyətli malla əvəz etdirə, malın satış qiymətini uyğun dərəcədə azaltmağı tələb edə bilər. Həmçinin malın qüsurlarının satıcı hesabına pulsuz aradan...
13 Avqust 2026, 11:22
Pensiya kapitalı necə hesablanır? – Addım-addım izah
Pensiya kapitalı vətəndaşların gələcəkdə alacaqları pensiya məbləğini müəyyən edən, fərdi hesabda toplanan əsas maliyyə göstəricisidir. Dövlət sosial sığorta sistemində qeydiyyatda olan hər bir çalışan şəxsin adından ödənilən məcburi sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində toplanaraq pensiya kapitalını formalaşdırır. Bu kapitalın düzgün hesablanması qaydalarını bilmək şəxsin təqaüd yaşına çatdıqda hansı məbləğdə təminat alacağını öncədən proqnozlaşdırmasına imkan verir.Citypost.az xəbər verir ki, pensiya kapitalının hesablanması prosesi birinci növbədə rəsmi əməkhaqqından tutulan sosial sığorta haqlarına əsaslanır. İşəgötürən tərəfindən hər ay işçinin rəsmi maaşından hesablanıb ödənilən məcburi sosial sığorta haqqının müəyyən olunmuş faiz nisbəti doğrudan vətəndaşın fərdi hesabındakı pensiya kapitalına əlavə edilir. Rəsmi...
13 Avqust 2026, 10:43
Piyada keçidində piyadaya yol verməyən sürücülər: Kamera vasitəsilə cərimələnmə şərtləri
Piyada keçidlərində piyadalara güzəşt edilməməsi yol-nəqliyyat hadisələrinin və ağır xəsarətlərin yaranmasına səbəb olan əsas qayda pozuntularından biridir. Yol hərəkəti haqqında qanunvericiliyə əsasən, nizamlanmayan piyada keçidinə daxil olan və ya daxil olmaqda olan piyadaya sürücülər tərəfindən mütləq yol verilməlidir. Son illərdə küçə və prospektlərdə təhlükəsizlik kameralarının və intellektual idarəetmə sistemlərinin geniş tətbiqi bu qayda pozuntularının avtomatlaşdırılmış rejimdə aşkar edilməsinə, sürücülərin məsafədən cərimələnməsini təmin edir.Citypost.az xəbər verir ki, kameralar vasitəsilə cərimə protokolunun tərtib olunması üçün müəyyən hüquqi və texniki şərtlərin eyni anda ödənilməsi tələb olunur. İntellektual kamera sistemləri piyadanın keçid zolağına addım atdığı anı və avtomobilin həmin vaxtdakı hərəkət trayektoriyasını dəqiqliklə qeydə...
12 Avqust 2026, 20:07
Ailə məcəlləsində alimentin sabit məbləğlə müəyyən edilməsi: İşsiz şəxslərdən aliment necə tutulur?
Ailə qanunvericiliyinə əsasən, valideynlərin öz azyaşlı uşaqlarını saxlamaq və onları maddi baxımdan təmin etmək öhdəliyi mütləq xarakter daşıyır. Tərəflər arasında uşaqların saxlanılması ilə bağlı könüllü saziş olmadıqda, aliment məsələsi məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, aliment adətən borclunun əməkhaqqının və ya başqa gəlirlərinin müəyyən faizi nisbətində tutulur. Lakin aliment verəməli olan valideynin rəsmi iş yeri olmadıqda, gəliri sabit qalmadıqda və ya qazancını gizlətdikdə məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilməsi barədə qərar çıxarır.Citypost.az xəbər verir ki, sabit məbləğdə alimentin təyin olunması uşağın əvvəlki təminat səviyyəsinin maksimum dərəcədə saxlanılmasına və onun həyati ehtiyaclarının ödənilməsinə xidmət edir. Məhkəmə sabit...
12 Avqust 2026, 17:30
Vəsiyyətnamə olmadan qalan mirasın bölgüsü: Birinci dərəcəli varislər kimlərdir?
Vəsiyyətnamə olmadan qalan əmlakın və ya mirasın bölgüsü qanunvericiliklə müəyyən olunmuş növbəlilik qaydasında həyata keçirilir. Vəsiyyətnamə olmadıqda və ya o tamamilə yararsız sayıldıqda, vəfat etmiş şəxsin (mirasqoyanın) bütün mülkiyyəti qanun üzrə varislər arasında bölünür. Hüquqi qaydalara əsasən, növbəti dərəcəli varislər yalnız özündən əvvəlki dərəcədən olan varislərin olmadığı, onların mirasdan imtina etdiyi və ya mirasdan məhrum olunduğu halda hüquq qazanırlar. Bu sistemdə ən birinci və üstün hüquqa malik olanlar isə birinci dərəcəli varislər hesab olunurlar.Citypost.az xəbər verir ki, mülki qanunvericiliyə əsasən, mirasqoyanın birinci dərəcəli varislərinə onun övladları, həyat yoldaşı və valideynləri daxildir. Övladlar dedikdə həm nikahdan, həm nikahdan kənar doğulmuş (atalıq...
11 Avqust 2026, 16:20