Bizə yazın

Baku

-°C

USD

-

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi olub

Hüquq 06 Noyabr 2024, 15:23

9259

“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi olub

Oktyabrın 27-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və "ProDemos - Xalq üçün"ün birgə təşkilatçılığı ilə “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini, vəkil Səttar Məmmədov, layihənin yaradıcılarından olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə,  “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) prezidenti Nazim Çələbiyev, ELSA Azərbaycanın xəzinədarı İlham Həsənov, həmin təşkilatın peşəkar inkişaf komandasının vitse-prezidenti Mədinə Nağıyeva çıxış edərək layihənin ərsəyə gəlməsi və icrası ilə bağlı danışıblar. 

Həmçinin həssas əhali qrupu üzvü olan vətəndaş A.H layihə boyunca ona göstərilən hüquqi yardımla bağlı öz müsbət fikirlərini bölüşüb.

Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunverciliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarət idi. İyul-oktyabr ayları ərzində davam edən sözügedən layihə öz məqsədlərinə uğurlu şəkildə çatıb.
 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Ər vəfat edəndə ev avtomatik arvada qalır” fikri doğrudurmu?   

Cəmiyyətdə geniş yayılan fikirlərdən biri də ər vəfat etdikdən sonra bütün əmlakın avtomatik şəkildə həyat yoldaşına qalması ilə bağlıdır. Hüquqşünaslar isə bildirirlər ki, bu fikir tamamilə doğru deyil və qanunvericilikdə miras bölgüsü fərqli qaydada tənzimlənir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən birinci növbəli vərəsələrə mərhumun valideynləri, həyat yoldaşı və övladları daxildir. Yəni miras təkcə həyat yoldaşına deyil, digər qanuni vərəsələrə də aid hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, mərhumun əvvəlki nikahdan olan uşaqları da digər övladlar kimi eyni hüquqa malikdirlər. Hətta həmin övladlar başqa ölkədə yaşasalar və ya illərlə əlaqə saxlamasalar belə, qanun qarşısında onların vərəsəlik hüququ qüvvədə...

22 May 2026, 10:54

Ev alqı-satqısında beh necə verilməlidir?   

 Daşınmaz əmlak alqı-satqısı zamanı insanların ən çox etdiyi səhvlərdən biri də behi rəsmi qaydada deyil, sadəcə bank kartına köçürməklə vermələridir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu cür hallarda sonradan ciddi problemlər yarana bilər.Mütəxəssislərin sözlərinə görə, ev almaq və ya satmaq barədə qərar qəti olduqda behin mütləq notarial qaydada rəsmiləşdirilməsi vacibdir. Çünki beh həm alıcının, həm də satıcının sövdələşməyə ciddi yanaşdığını hüquqi baxımdan təsdiq edən vasitə hesab olunur.Hüquqşünaslar qeyd edirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən daşınmaz əmlakla bağlı verilən beh notarial qaydada təsdiq olunmalıdır.Mütəxəssislər bildirirlər ki, bir çox vətəndaş “kartdan göndərmişəm, sübut var” düşüncəsi ilə rahat davranır....

22 May 2026, 09:57

Azərbaycan nefti yenə bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki,hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 111,71 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,85 ABŞ dolları və ya 1,68 % artaraq 111,82 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə...

22 May 2026, 09:48

Mənzilinizdə tanımadığınız şəxslər qeydiyyatdadırsa nə etməlisiniz? 

Son dövrlərdə vətəndaşların qarşılaşdığı maraqlı problemlərdən biri də mənzildə tanımadıqları şəxslərin qeydiyyatda görünməsidir. Bir çox insan bu vəziyyətlə qarşılaşdıqda necə hərəkət etməli olduğunu bilmir və ciddi narahatlıq yaşayır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə vəziyyətin səbəbi araşdırılmalıdır. Çünki bəzi hallarda problem texniki və ya ünvan dəqiqləşdirilməsi ilə bağlı ola bilər.Mütəxəssislərin sözlərinə görə, ilk ehtimallardan biri ünvanların sistemdə qarışmasıdır. Yəni həmin şəxslər əslində başqa mənzildə qeydiyyatda ola bilərlər, lakin ünvan məlumatlarında oxşarlıq və ya texniki səhv səbəbindən sizin mənzildə görünə bilərlər.Belə vəziyyətdə vətəndaşlara tövsiyə olunur ki, həmin şəxsləri qeydiyyatdan çıxarmağa çalışmaq əvəzinə, ilk olaraq mənzilin ünvan məlumatlarını...

22 May 2026, 08:33

Avtomobildə texniki nasazlığa görə birbaşa cərimə yazıla bilər? – Hüquqşünas AÇIQLAMASI

Sürücülərin ən çox rastlaşdığı və bəzən qanunvericiliyin tələblərini tam bilmədiyi üçün mübahisə etdiyi mövzulardan biri də nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqlara görə tətbiq edilən inzibati tənbeh tədbirləridir.Bəs avtomobildə hər hansı nasazlıq aşkarlandıqda yol polisi sürücünü dərhal cərimələyə bilərmi, yoxsa ilk növbədə xəbərdarlıq edilməlidir?Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mehman Muradlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirib.Vəkil bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, yolda hərəkət edən nəqliyyat vasitəsində texniki nasazlıq aşkar edildikdə, ilk növbədə dərhal cərimə tətbiq olunmur:“Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi və ya yolda hərəkət zamanı texniki nasazlığın müəyyən edilməsi fərqli prosedurlardır. Əgər avtomobildə hər hansı texniki nasazlıq aşkarlanarsa, sürücüyə...

21 May 2026, 13:46

Boşanma zamanı qadın hansı halda evdən pay ala bilər?  

Boşanma zamanı ən çox mübahisə yaradan məsələlərdən biri də ev və digər əmlak bölgüsüdür. Bir çox insan düşünür ki, nikahdan sonra istifadə olunan hər bir əmlak avtomatik olaraq hər iki tərəfə məxsus sayılır. Lakin qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak birgə mülkiyyət hesab edilir. Bu o deməkdir ki, ər və arvad ailə qurduqdan sonra alınan ev, avtomobil və digər əmlaklar hər iki tərəfin ortaq mülkiyyəti sayılır və boşanma zamanı bölüşdürülə bilər.Mütəxəssislər bildirirlər ki, əgər mənzil və ya digər əmlak nikah dövründə alınıbsa, qadının həmin əmlakda pay...

21 May 2026, 11:19