"Zirə”nin II təsnifat mərhələsindəki rəqibi bəlli oldu
İdman 17 İyul 2026, 08:44
379
“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Citypost.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq.
“Zirə” I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu mübarizədən kənarlaşdırıb.
Həmçinin oxuyun
Bakı təmsilçisi hər iki oyunda 3:0 hesabı ilə qalib gələrək ümumi nəticədə 6:0 üstün olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ali Tsokayev Macarıstanda reytinq turnirində qızıl, Cəbrayıl Hacıyev gümüş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.Bu barədə Citypost.azAzərbaycan Güləş Federasiyasından məlumat verilib.Ali Tsokayev (92 kq amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, A. Tsokayev bu il həm U-23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı...
17 İyul 2026, 09:12
"Barselona" 15 yaşlı qazaxıstanlı futbolçunu heyətinə qatdı
“Barselona” 15 yaşlı qazaxıstanlı futbolçu Kərim Mendikanovu heyətinə qatıb.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, gənc oyunçu Kataloniya klubu ilə müqavilə imzalayan ilk qazaxıstanlı futbolçu olub.Mendikanov karyerasını “Barselona”nın “La Masia” akademiyasında davam etdirəcək. O, klubun 16 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.Qeyd edək ki, Kərim Mendikanov 2022-ci ildə Qazaxıstandan İspaniyaya köçüb. O, “Barselona”ya keçməzdən əvvəl “Serdanyola” və “Sant Kuqat” klublarının aşağı yaş qruplarında forma geyinib....
17 İyul 2026, 08:50
Mehri Ağayeva beynəlxalq turnirdə gümüş qazandı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva gümüş medal qazanıb.Federasiyadan Citypost.az-a bildirilib ki, idmançı qızlar arasında E qrupunda 1 metr tramplindən tullanma yarışında 115,20 xal toplayaraq 15 iştirakçı arasında ikinci yeri tutub.Qeyd edək ki, Mehri Ağayeva ötən il eyni yarışda və eyni növdə 72,95 xalla 11-ci olmuşdu.İyulun 17-dək davam edəcək turnirdə 15 ölkədən 187 idmançı mübarizə aparır. Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirin yer aldığı 7 nəfərlik heyətlə təmsil olunur....
16 İyul 2026, 17:28
"Kəpəz" Vadim Abdullayevlə müqavilə imzalayıb
"Kəpəz" növbəti transferini reallaşdırıb.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb."Sarı-göylər" Vadim Abdullayevi heyətinə qatıb.31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.Xatırladaq ki, ötən mövsümü "Karvan-Yevlax"da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.
16 İyul 2026, 17:06
"Araz-Naxçıvan" burundili Abdallah Sudi ilə müqavilə imzalayıb
"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.Bu barədə Citypost.az klubdan məlumat verilib.Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.O, müxtəlif illərdə "Vital O", "Kiqali", "Al-Faisaly", "Muktijoddha", "Əl-Naft", "Kuçinq", "Əl Əttihad", PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın "Persijap" komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva,...
16 İyul 2026, 15:26
Dünya çempionatında Hidayətin çəkisi açıqlandı
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i...
16 İyul 2026, 12:45