Yubileyini qeyd edən Xalq artisti: “Məni sevən hər kəsə təşəkkür edirəm”
Sənət aləmi 24 Yanvar 2026, 12:00
1954
Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Prezidentin fərdi təqaüdçüsü, sevilən aktyor Sabir Məmmədovun 65 yaşı tamam olur.
Xalq artisti yubileyi ilə bağlı təəssüratlarını Cityposta bölüşüb. O, doğum gününü səhnədə, tamaşaçı qarşısında qeyd edəcəyini bildirib:"Yubileyim münasibətilə teatrımızın direktoru İlham Əsgərov tərəfindən təbrik olundum və teatrımızın “Yubiley” mükafatı ilə təltif edildim. Teatr Xadimləri İttifaqının sədri, dəyərli sənətkar, Xalq artisti Hacı İsmayılov isə məni “Sənətkar” medalı ilə mükafatlandırdı.Həmkarlarıma, dostlarıma, məni sevən hər kəsə təşəkkür edirəm. Çoxlu gözəl zənglər, səmimi mesajlar və xoş sözlər alıram.Hər zaman milli teatr və kinomuzun təbliğinə xidmət etmişəm. Bu gün gördüyüm dəyər də məni məmnun edir”
“Yubileyinizi harada qeyd edəcəksiniz?” sualına cavab verən aktyor vurğulayıb ki, sənətkar üçün ən doğru məkan səhnədir:“Aktyorun yeri səhnədir. Bu gün yubileyim münasibətilə doğma səhnəmizdə Anarın əsəri əsasında hazırlanmış ‘Dantenin yubileyi’ tamaşasında çıxış edəcəyəm. Tamaşada baş rolu, Feyzulla Kəbirlinski obrazını canlandıracağam. Daha sonra isə yubileyimi ailəmlə birlikdə qeyd edəcəyəm.”
Qeyd edək ki, Sabir Novruz oğlu Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. O, 1983-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Aktyor elə həmin il təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1989-cu ildən isə Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir. Səhnədə keçirdiyi 43 illik yaradıcılıq yolunda Sabir Məmmədov bir-birindən maraqlı və yadda qalan obrazlar yaradıb, eyni zamanda bir sıra bədii filmlərdə də çəkilib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan muğamının sirləri və müasir ritmləri
Muğam Azərbaycan musiqisinin ən dərin köklərə malik janrlarından biridir və həm melodik, həm də ritmik zənginliyi ilə diqqət çəkir. Onun yaranması çox qədim dövrlərə – XII-XIII əsrlərə qədər gedib çıxır və Şərq musiqi mədəniyyətinin təsiri ilə formalaşıb. Muğam, həmçinin qədim türkdilli xalqların xalq musiqisi ənənələrindən və fars musiqisinin ornamentikasından bəhrələnmişdir. O, yalnız musiqi əsəri deyil, həm də poeziya və emosional ifadənin sintezidir.Tarixi baxımdan muğamın formalaşmasında Şirvan, Qarabağ, Bakı və digər Azərbaycanın musiqi mərkəzləri mühüm rol oynayıb. Muğam ifaçıları – xanəndələr – əsrlər boyu ustaddan şagirdə keçən ənənə ilə bu musiqini qoruyub saxlamışlar. Hər bir muğam melodiyası müəyyən emosional ton və...
13 Fevral 2026, 14:56
Nura Suridən Türkiyəli aktrisaya DƏSTƏK
Türkiyəli aktrisa Beren Saatın ingilis dilində ifa etdiyi “CapitaliZoo” adlı mahnı və klipi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin həm ifaçı, həm də söz müəllifi kimi çıxış etdiyi layihə birmənalı qarşılanmayıb. Artıq bəzi istifadəçilər onun aktrisalıqdan musiqiyə keçidini tənqid etməyə başlayıblar.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edərək məsələyə fərqli prizmadan yanaşıb. O bildirib ki, Beren Saatın bu addımını tələsik qınamaq doğru deyil. Nura Surinin sözlərinə görə, “CapitaliZoo” sadəcə mahnı deyil, açıq mesaj daşıyan bir işdir.Qeyd olunub ki, mahnının məzmununda insanların təbiətcə vəhşi və azad varlıqlar olduğu, lakin kapitalist sistem tərəfindən sanki zooparkdakı...
12 Fevral 2026, 15:42
“Sən bir həzin nəğməsən” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Sənətkar ömrü” silsiləsindən Azərbaycan musiqisinin incisi, Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar, Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovanın anım gününə həsr olunmuş “Sən bir həzin nəğməsən” adlı tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Elza İbrahimovanın qardaşı - Çingiz İbrahimov, yazıçı-publisist, şairə, tərcüməçi, pedaqoq, professor, Yazıçılar və Jurnalistlər birliyinin üzvü - Anna Bartkulaşvili, musiqişünas, fəlsəfə doktoru - Kəmalə Əsədullayeva, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədr müavini, AYB üzvü – Sara Göyçəli, mədəniyyət nümayəndələri, Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.Tədbiri açıq elan edən aparıcı ilk olaraq bəstəkarın həyat və yaradıcılığından...
12 Fevral 2026, 11:20
Aleyna Tilki Güllünün mahnısı yenidən səsləndi
Gənc müğənni Aleyna Tilki ötən il vəfat edən Güllünün məşhur “Oyuncaq kimi” mahnısını yeni aranjemanda yenidən ifa edib. O, klipdən səhnəarxası görüntüləri sosial şəbəkədə paylaşaraq izləyicilərinə “Hazırsınız? Məncə, çoxdan hazırsınız” sözləri ilə müraciət edib. Paylaşım qısa müddətdə böyük maraq doğurub.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tilkinin mahnını yenidən səsləndirməsi sosial mediada müzakirələrə səbəb olub. Bir qisim izləyici onun ifasını bəyəndiyini bildirsə də, digərləri Güllünün 2022-ci ildə Aleyna Tilki barədə səsləndirdiyi sərt fikirləri xatırladıb.Həmin vaxt Güllü Aleyna Tilkini sevmədiyini, onun sənətini və arabesk janrını ifa etmə bacarığını bəyənmədiyini demiş, hətta onu “balon” adlandırmışdı. Tilkinin bu mahnını yenidən şərh etməsi isə...
11 Fevral 2026, 16:35
Eldəniz Quliyevdən tanınmış aparıcıya İRAD
Ssenarist və kinodramaturq Eldəniz Quliyev sosial şəbəkə hesabında İctimai Televiziyada yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişi ilə bağlı iradını bölüşüb.Citypost.az xəbər verir ki, ssenarist paylaşımında İctimai Televiziyada çalışan həmkarlarına müraciət edərək bildirib ki, aparıcı Fateh bəyə oyun başa çatdıqdan sonra qonağa hörmətlə yanaşmağın vacibliyi çatdırılsın.E.Quliyev qeyd edib ki, oyunçu hələ kreslodan qalxmadan və kadrdan çıxmadan aparıcının arxasını ona çevirərək getməsi etik qaydalara uyğun deyil və sayğısızlıq kimi qiymətləndirilə bilər.Turan...
11 Fevral 2026, 10:18
Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək kamandan oxatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.Turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaq.
10 Fevral 2026, 18:00