Bizə yazın

Baku

-°C

USD

-

Tarix Əliyev atasından YAZDI:"Ürəyimin necə ağladığını sən anlayardın"

Sənət aləmi 24 Yanvar 2026, 11:15

1685

Prodüser və aparıcı Tarix Əliyev vəfat edən atası ilə bağlı duyğulu paylaşım edib.

Citypost.az xəbər verir ki, Tarix Əliyev sosial şəbəkə hesabında mərhum atasının doğum günü münasibətilə xatirə dolu sözlər yazaraq onun üçün duyduğu dərin həsrəti ifadə edib. O bildirib ki, atası sağ olsaydı, bu gün 69 yaşı tamam olacaqdı:

“Yaşasaydın, bu gün 69 yaşın olacaqdı… Bu günü qeyd edəcək, güləcək, sənin səsin evin içini dolduracaqdı. Fatimənin nişanına hazırlaşmağımıza ən çox sən sevinərdin, papa. Martda Milanın 1 yaşı olacaq, onu qucağına alıb uşaq kimi sevinən yenə sən olardın”.

Aparıcı qeyd edib ki, son vaxtlar yaşadığı stressi və daxili gərginliyi ən yaxşı anlayan məhz atası olub:“Mən susanda belə, ürəyimin necə ağladığını sən anlayardın. Və buna ən çox sən yanardın”.

Tarix Əliyev zamanın amansızlığından gileylənərək atasına olan ehtiyacını da dilə gətirib:“Papa, sənin üçün darıxmaq artıq nəfəs almaq kimidir. Sənə elə ehtiyacım var ki, bəzən ayaqda durmağa gücüm qalmır”.

Paylaşımda mərhum atasının həyat yoldaşının da onun yoxluğuna dözə bilmədiyi vurğulanıb:“Rahat ol… sənin yanında sənsiz cəmi 7 ay yaşaya bilən ömür-gün yoldaşın var. O, sənsiz yaşaya bilmədi və yanına gəldi”.

Sonda Tarix Əliyev atasının xatirəsini anaraq paylaşımını bu sözlərlə tamamlayıb:“Sənsiz bir ev, sənsiz bir həyat… Amma qəlbimizdə heç vaxt getməyən sənlə olan ad günün mübarək, papa”.

Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən böyük kövrəkliklə qarşılanıb və çoxsaylı dəstək mesajları ilə müşayiət olunub.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Saleh Bağırovun bacısından ürəkdolusu ad günü təbriki  

Tanınmış aparıcı Saleh Bağırov ad günü münasibətilə bacısı Cəmilə Rzayeva sosial şəbəkə hesabında təbrik yazıb.Citypost.az xəbər verir ki, Cəmilə Rzayeva təbrikində bildirib ki, həyatda insanın ən böyük xoşbəxtliklərindən biri güvənəcəyi bir qardaşının olmasıdır və onun üçün bu xoşbəxtlik daha da böyükdür, çünki mükəmməl bir qardaşa sahibdir.O qeyd edib ki, Saleh yalnız bacısının sevimli qardaşı deyil, eyni zamanda ailəsi üçün qayğıkeş bir oğul, övladları üçün nümunəvi ata və bacısının uşaqları üçün mehriban dayıdır. Həyatda və ailədə hər zaman dayaqları olan bir insan kimi onu fərqləndirir.Cəmilə Rzayeva vurğulayıb ki, Saleh Bağırov həm də səhnədə peşəkarlığı, səmimiyyəti və tamaşaçı ilə qurduğu əlaqə ilə...

10 Mart 2026, 12:18

Rza Xudiyev: “Teatr insan ruhunun güzgüsüdür”  

10 mart – Milli Teatr Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti Rza Xudiyev paylaşım edib.Citypost.az xəbər verir ki, Rza Xudiyev qeyd edib ki, teatr insan ruhunun güzgüsüdür və səhnədə səslənən hər söz, hər addım, hər baxış həyatın özündən doğur. Onun sözlərinə görə, Azərbaycanda teatr sənəti zəngin tarixi, güclü ənənələri və böyük sənətkarları ilə mədəniyyətimizin ən parlaq sahələrindən biridir.Rza Xudiyev bildirib ki, milli teatrımızın əsası 1873-cü ildə qoyulub. Həmin il Bakıda Mirzə Fətəli Axundzadənin əsəri əsasında ilk teatr tamaşası nümayiş etdirilib və bununla da Azərbaycan professional teatrının təməli atılıb. O gündən etibarən teatr sənəti xalqın mədəni həyatında...

10 Mart 2026, 08:15

10 mart Milli Teatr Günüdür 

Bu gün Azərbaycan teatrının yaranmasından 153 il ötür. Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib.Citypost.az xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.Milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə sima yetişib.Teatrın inkişafında...

10 Mart 2026, 08:00

Madonna “Like a Virgin” dövrünə qayıtdı

Dünyaca məşhur müğənni Madonna Dolce & Gabbana-nın yeni reklam kampaniyasında “Like a Virgin” dövrünə qayıdıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Müğənni Milanda keçirilən təqdimatda cəsarətli gəlinlik obrazı ilə pərəstişkarlarını təəccübləndirib və kiçik səhnədə Patti Pravonun “La Bambola” mahnısını ifa edib.O, krujeva şort, balıq torlu tayt, ağ korset, uzun örtük və uyğun krujeva əlcəklərlə görünüşünü tamamlayıb, brilliant xaç, ağ xəz palto və laklı dəri hündürdaban ayaqqabılarla ikonik performansını xatırladıb. Madonna-nın yeni stili, 1984-cü ildə MTV Video Musiqi Mükafatlarında “Like a Virgin” ifası zamanı geyindiyi ağ korset, çoxqatlı mirvari boyunbağılar və “Boy Toy” kəməri ilə etdiyi görünüşə açıq istinad edir....

09 Mart 2026, 12:48

İllər sonra həmin məşhur səhnəni canlandırdı

Əməkdar artist Kübra Əliyeva və “Xəzər” muzeyinin təsisçisi Siyavuş Əlizadə maraqlı addıma imza atıblar.Citypost.az xəbər verir ki, onlar 1991-ci ildə lentə alınan sevilən “Şirbalanın Məhəbbəti” filmindən məşhur səhnəni yenidən çəkiblər.Belə ki, Kübra Əliyeva və mərhum sənətkar Hacıbaba Bağırovun birgə pul almaq səhnəsini bu dəfə öz tərzlərində canlandırıblar. Kübra Əliyeva eyni səhnədə dediklərini fərqli şəkildə Siyavuş Əlizadə ilə bölüşüb.Sosial şəbəkələrdə paylaşılan video izləyicilər tərəfindən maraqla qarşılanıb və böyük maraq doğurub. View this post on Instagram Shared post on...

06 Mart 2026, 12:20

1930-cu illərdə Mədəniyyət sahəsində kütləvi itkilər - Əməkdar artistdən FAKT

1937–1938-ci illər repressiyaları zamanı Azərbaycanda mədəniyyət sahəsində yalnız həbs və güllələnmələr yox, həm də kütləvi işdən çıxarmalar baş vermişdi.Citypost.az xəbər verir ki, bu barədə Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan statusunda paylaşım edib. Əməkdar artist qeyd edir ki, arxiv materiallarına əsaslanan təxmini rəqəmlər göstərir ki, o dövrdə ölkədə mədəniyyət və incəsənət sahəsində çalışanların sayı təxminən 3000–4000 nəfər olub.Bu dövrdə repressiyaya məruz qalanların sayı isə belə qiymətləndirilir:Həbs edilən, güllələnən və ya sürgün olunanlar: təxminən 200–300 nəfər“Etibarsız”, “millətçi”, “xalq düşməninin qohumu” damğası ilə işdən çıxarılanlar: təxminən 800–1000 nəfərXüsusilə teatr sahəsi ağır itkilər verib. Həmin dövrdə güllələnən tanınmış teatr xadimləri...

06 Mart 2026, 12:08