Bizə yazın

Baku

-°C

USD

-

“Aldanmış ər” tamaşasının premyerası OLDU

Sənət aləmi 24 Yanvar 2026, 13:00

271

Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının klassiki Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” əsəri əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası keçirilib.

Citypost.az xəbər verir ki, premyera nümayişində Milli Məclisin deputatı Elnarə Akimova, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, Sumqayıt ictimaiyyəti, teatr xadimləri və sənətsevərlər iştirak ediblər.

Dövlət sifarişi ilə ərsəyə gətirilən səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadədir.

Tamaşanın quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.

Yeni səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilir.

Tamaşada kəndli təbəqəsindən olan, lakin var-dövləti hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik həyat hekayəsi canlandırılır. Əsərdə sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu fəsadlar, ailə və cəmiyyət münasibətləri incə satirik üslubda tənqid olunur.

Səhnə əsərində rolları Əməkdar artist Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Məryəm Hüseynli, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa ediblər.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənc rəssamımız beynəlxalq uğura imza atıb 

Azərbaycanlı rəssam Ülviyyə İman Londonda, Gazelli Art House qalereyasında keçirilən sərgidə əsərlərini təqdim edib.Citypost.az xəbər verir ki, sərgi barədə məlumatı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli yayıb.Ülviyyə son dövrlərdə yaratdığı dörd əsərini nümayiş etdirib: “The End (Meyxana)”, “Aşurə” və iki avtoportret.Məlumat üçün bildirək ki, sərgidə digər istedadlı Azərbaycan rəssamları – Ramina Saadatxan, Agil Abdullayev və Fərhad Fərzali ilə birlikdə iştirak ediblərYeganə...

24 Yanvar 2026, 14:45

Yubileyini qeyd edən Xalq artisti: “Məni sevən hər kəsə təşəkkür edirəm”

Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Prezidentin fərdi təqaüdçüsü, sevilən aktyor Sabir Məmmədovun 65 yaşı tamam olur.Xalq artisti yubileyi ilə bağlı təəssüratlarını Cityposta bölüşüb. O, doğum gününü səhnədə, tamaşaçı qarşısında qeyd edəcəyini bildirib:"Yubileyim münasibətilə teatrımızın direktoru İlham Əsgərov tərəfindən təbrik olundum və teatrımızın “Yubiley” mükafatı ilə təltif edildim. Teatr Xadimləri İttifaqının sədri, dəyərli sənətkar, Xalq artisti Hacı İsmayılov isə məni “Sənətkar” medalı ilə mükafatlandırdı.Həmkarlarıma, dostlarıma, məni sevən hər kəsə təşəkkür edirəm. Çoxlu gözəl zənglər, səmimi mesajlar və xoş sözlər alıram.Hər zaman milli teatr və kinomuzun təbliğinə xidmət etmişəm. Bu gün gördüyüm dəyər də məni məmnun edir”“Yubileyinizi...

24 Yanvar 2026, 12:00

Tarix Əliyev atasından YAZDI:"Ürəyimin necə ağladığını sən anlayardın"

Prodüser və aparıcı Tarix Əliyev vəfat edən atası ilə bağlı duyğulu paylaşım edib.Citypost.az xəbər verir ki, Tarix Əliyev sosial şəbəkə hesabında mərhum atasının doğum günü münasibətilə xatirə dolu sözlər yazaraq onun üçün duyduğu dərin həsrəti ifadə edib. O bildirib ki, atası sağ olsaydı, bu gün 69 yaşı tamam olacaqdı:“Yaşasaydın, bu gün 69 yaşın olacaqdı… Bu günü qeyd edəcək, güləcək, sənin səsin evin içini dolduracaqdı. Fatimənin nişanına hazırlaşmağımıza ən çox sən sevinərdin, papa. Martda Milanın 1 yaşı olacaq, onu qucağına alıb uşaq kimi sevinən yenə sən olardın”.Aparıcı qeyd edib ki, son vaxtlar yaşadığı stressi və daxili gərginliyi ən yaxşı anlayan məhz...

24 Yanvar 2026, 11:15

Gənc aktyordan maraqlı fotosessiya 

 Səməd Vurğun adına Akademik Rus Dram Teatrının gənc  aktyoru İbrahim Çingiz maraqlı yeni fotosessiya etdirib.Citypost.az xəbər verir ki, aktyorun bu şəkilləri izləyiciləri tərəfindən xoş şərhlər alıb.Əli

23 Yanvar 2026, 15:46

Xalq artisti:Tərbiyəsinə görə bəzi tələbələri sinifdən çıxarıram"

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Nəzakət Teymurova ARB TV-nin “Günəbaxan” verilişinin canlı efirində tələbələrin davranışı, ədəb-ərkan və muğam sənətində ənənələrin rolu ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, aparıcı İlqar Mikayıloğlunun tələbələrin özünü aparması barədə sualını cavablandıran Xalq artisti bildirib ki, bu dəyərlər ustadlardan görülən nümunə əsasında formalaşır. Onun sözlərinə görə, tələbəlik illərində müəllimlərinə göstərilən hörmət bu gün də onun üçün əsas meyardır:“Biz ustadlarımızı necə görmüşüksə, elə də davranmışıq. Arif Babayev gələndə ayağa qalxırdıq, Əlbaba müəllim, Canəli müəllim, Ağaxan müəllim gələndə də eyni hörmət göstərilirdi. Allah hamısına rəhmət eləsin, ruhları şad...

23 Yanvar 2026, 14:15

Bəhram Bağırzadədən Qusmana AD GÜNÜ təbriki

Əməkdar artist Bəhram Bağırzadə tanınmış jurnalist, politoloq və beynəlxalq media məkanında nüfuzlu simalardan biri olan Mixail Qusmanı doğum günü münasibətilə “Facebook” səhifəsində təbrik edib.Citypost.az xəbər verir ki, Bəhram Bağırzadə təbrikində Mixail Qusmanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində dərin analitik düşüncəsi, yüksək peşəkarlığı və sözə məsuliyyətli yanaşması ilə seçildiyini vurğulayıb. Bildirib ki, Mixail Qusman uzun illər ərzində dünya siyasətində baş verən mürəkkəb prosesləri obyektiv və yüksək səviyyədə təhlil etməsi ilə tanınıb və müasir media tarixində özünəməxsus mövqeyə malikdir.Əməkdar artist Mixail Qusmanın “Dostluq” və “Şərəf” ordenlərinə, eləcə də “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülməsini onun zəngin peşəkar fəaliyyətinə verilən yüksək qiymət kimi...

23 Yanvar 2026, 14:00