Məhəmməd Əsədullazadə: Çin İranın maraqlarını müdafiə edəcək
Siyasət 07 May 2026, 11:09
1599
İran öz təhlükəsizliyini qorumaq və onun adından danışmaq üçün Çinə səlahiyyətlər verdi.
ABŞ və İran arasında 14 maddəlik yeni razılaşma paketi müzakirə olunur. D. Tramp İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılığın əldə edildiyini qeyd edir. İran isə 14 maddəlik təklif paketini Rusiya və Çinlə müzakirə edir. İranın xarici işlər naziri A. Araqçi təkliflər paketinin müzakirəsi üçün ötən həftə Rusiyaya, bu həftə isə Çinə səfər edib. Çin də öz növbəsində İrana dörd bənddən ibarət əlavə təklif paketi təqdim edib.
Tehran tərəfindən qəbul edilən təkliflərdən birinə əsasən, Çinə ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə etmək üçün daha geniş səlahiyyət verilib. Bununla da gözlənilən D. Tramp–Si Cinpin görüşü öncəsi İran öz maraqlarının qorunmasında Çinə xüsusi rol həvalə etmiş oldu.
Çinin əlavə dörd təklif irəli sürməsi Pekinin bu münaqişədə geosiyasi mövqeyini gücləndirməklə yanaşı, onun prosesdə arxa plandan ön plana keçdiyini göstərir. Çin bununla İranın ABŞ qarşısında tam güzəştə getməsinə imkan verməyəcəyi mesajını verir. Məhz Pekinin açıq şəkildə prosesə daxil olması Vaşinqtonun Hörmüzdə “Azadlığa Dəstək” əməliyyatı ilə bağlı planlarını təxirə salmasına səbəb olub. ABŞ İran məsələsində yalnız Tehranla deyil, həm də Pekinlə anlaşmaya gəlməli olacaq. Tehran isə açıq şəkildə təhlükəsizliyinin əsas təminatçılarından birinin Çin olduğunu nümayiş etdirir.
ABŞ İran məsələsindən geri çəkilməyəcək və Tehranla müəyyən razılaşmaların əldə olunacağı mümkün ola bilər. Lakin prosesdə Çinin aktiv iştirakı Vaşinqton üçün əlavə strateji çətinlik yaradır. Pekin Vaşinqtonla danışıqlarda Tayvan məsələsini də siyasi bazarlıq predmetinə çevirə bilər.
Bununla belə, ABŞ İran üzərində strateji üstünlük əldə edib. Nə Çin, nə də Rusiya İranı ABŞ-ın təzyiqlərindən tam şəkildə qoruyacaq gücə malikdir. Amma hər iki dövlət prosesdə müəyyən oyun qaydalarını dəyişmək və Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırmaq potensialına sahibdir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...
17 May 2026, 19:34
Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək
Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...
15 May 2026, 17:44
İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.
15 May 2026, 15:39
Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi
ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...
15 May 2026, 10:30
M.Əsədullazadə: Çin özünü daha güclü göstərir
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...
15 May 2026, 10:12
Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır
Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...
15 May 2026, 10:04