Bizə yazın

Baku

-°C

USD

-

Sübhan Xəlilov: Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq güclənir

Siyasət 07 May 2026, 09:33

1241

Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığı, iqtisadi əlaqələr və humanitar təşəbbüslər bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan ilə İtaliya arasında münasibətlərin yeni siyasi mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Bu bəyanat təkcə ikitərəfli əlaqələrin cari vəziyyətini deyil, həm də gələcək istiqamətlərini müəyyən edən strateji baxışın ifadəsi kimi çıxış edir. Ciorcia Meloninin Bakıya səfəri isə bu baxışın praktik müstəvidə reallaşmasının növbəti addımıdır. Regionda baş verən proseslər fonunda bu səfər xüsusi siyasi çalar qazanır. İtaliya Baş nazirinin Cənubi Qafqazda apardığı diplomatik təmasların məntiqi davamı kimi Azərbaycana gəlməsi rəsmi Bakının artan siyasi çəkisinin göstəricisi kimi təqdim olunur. Bu, həm də Azərbaycanın regional balansın formalaşmasında mühüm aktor olduğunu təsdiqləyən amildir.

Azərbaycan ilə İtaliya arasında dialoq yüksək səviyyədə və davamlı xarakter daşıyır. İllər ərzində formalaşmış hüquqi baza bu münasibətləri sabit və proqnozlaşdırılan edir. Cənab Prezidentin vurğuladığı məqam ondan ibarətdir ki, tərəfdaşlıq artıq formal çərçivədən çıxaraq real siyasi koordinasiyaya çevrilib. Bu koordinasiya beynəlxalq məsələlərdə də özünü göstərir və tərəflərin bir-birinə etibarlı tərəfdaş kimi yanaşdığını ortaya qoyur. İkitərəfli münasibətlərdə enerji faktoru əsas aparıcı qüvvə olaraq qalır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu əməkdaşlığın əsas benefisiarlarından biridir. Qaz və neft sahəsində mövcud əlaqələr qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq modelini formalaşdırır. Bu çərçivədə Trans Adriatic Pipeline layihəsinin genişləndirilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu addım yalnız iqtisadi deyil, həm də siyasi baxımdan Avropa ilə Azərbaycan arasında bağları daha da möhkəmləndirir. İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlər yüksək dinamika ilə inkişaf edir. Ticarət dövriyyəsinin böyük həcmi və qarşılıqlı investisiyalar bu əlaqələrin dayanıqlı olduğunu göstərir. Azərbaycanın İtaliya iqtisadiyyatına yatırdığı vəsaitlər tərəfdaşlığın qarşılıqlı fayda prinsipi üzərində qurulduğunu nümayiş etdirir. Bu proses gələcəkdə daha genişmiqyaslı iqtisadi inteqrasiyanın mümkünlüyünü göstərir və tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçəcəyindən xəbər verir.

Münasibətlərin inkişafında diqqət çəkən istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu sahədə  xnologiya mübadiləsi Azərbaycanın sənaye və müdafiə imkanlarının gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, tərəflərin qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq modelini formalaşdırdığını göstərir. İtaliya şirkətlərinin azad edilmiş ərazilərdə fəaliyyəti xüsusi siyasi və iqtisadi məna daşıyır. Bu iştirak Azərbaycanın bərpa strategiyasının beynəlxalq dəstək qazandığını göstərir. Həyata keçirilən layihələr regionun iqtisadi dirçəlişinə təkan verir və xarici tərəfdaşların bu prosesə marağını artırır. Bu kontekstdə İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biri kimi önə çıxır. Humanitar sahədə əməkdaşlıq uzunmüddətli münasibətlərin təminatçısı kimi çıxış edir. Bakıda yaradılmış İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında intellektual əlaqələrin inkişafına xidmət edir. Burada yetişən kadrlar gələcəkdə əməkdaşlığın davamlılığını təmin edən əsas resursa çevriləcək. Bu yanaşma münasibətlərin yalnız bu günə deyil, gələcəyə hesablandığını göstərir.

Cənab Prezident İlham Əliyevin bəyanatı onu göstərir ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər artıq çoxşaxəli və strateji səviyyədə formalaşıb. Siyasi dialoq, enerji əməkdaşlığı, iqtisadi əlaqələr və humanitar təşəbbüslər bu tərəfdaşlığın əsas sütunlarını təşkil edir. Ümumilikdə, ortaya çıxan mənzərə iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyini və bu əməkdaşlığın regional və beynəlxalq siyasətdə mühüm rol oynamağa davam edəcəyini deməyə əsas verir.

Sübhan Xəlilov,

Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fərid Əkbərli: “Bakıda keçirilən forum ölkənin nüfuzunu göstərir”

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Bakıda keçirilir. Dünyada ən mühüm urbanizasiya platformalarından biri sayılan bu forum, şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrə ev sahibliyi edir. Tədbir Azərbaycanın beynəlxalq ictimaiyyətlə inteqrasiyasının növbəti təzahürü kimi dəyərləndirilir.Naxçıvandan olan mədəniyyət işçisi və  ictimai fəal Fərid Əkbərli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.Oxu24.com-a açıqlama verən Fərid Əkbərlinin sözlərinə görə, belə beynəlxalq tədbirlərin Bakıda təşkil olunması ölkənin beynəlxalq arenada mövqeyinin və nüfuzunun bariz göstəricisidir.İctimai fəal vurğulayıb ki, forum çərçivəsində şəhərlərin inkişafı, dayanıqlı yaşayış, urbanizasiya və ictimai iştirakçılıq kimi mühüm mövzular müzakirəyə çıxarılır. Onun fikrincə, bu cür beynəlxalq platformalar müxtəlif ölkələrdən...

17 May 2026, 19:34

Vüqar Rəhimzadə: Bakı qlobal şəhərsalma mərkəzinə çevriləcək

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.Dövlət başçısı İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas...

15 May 2026, 17:44

İlham Əliyev: Qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir.APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.“Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”, - dövlət başçısı qeyd edib.

15 May 2026, 15:39

Zaur İbrahimli: ABŞ və Çin dünyanı bölə bilmədi

ABŞ və Çin arasında keçirilən Pekin danışıqları tərəflər arasında ciddi razılaşma ilə nəticələnməyib. Görünən odur ki, Çin istədiklərini əldə edə bilmədiyi üçün tərəflər arasında rəqabət daha da güclənəcək.Citypost.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli sosial şəbəkə hesabında paylaşdığı qısa açıqlamada bildirib.Politoloqun sözlərinə görə, ABŞ və Çin bundan sonra bir-birini birbaşa hərbi əməliyyatlara keçmədən geosiyasi, iqtisadi və strateji müstəvidə üstələməyə çalışacaqlar.“Pekin Tayvansız dünyanı bölmək istəmir”, – deyə Z.İbrahimli vurğulayıb.Ekspert hesab edir ki, Pekin görüşləri iki ölkə arasında münasibətlərin yumşalmasına deyil, daha sərt rəqabət mərhələsinə keçidə səbəb olacaq.Əli...

15 May 2026, 10:30

M.Əsədullazadə: Çin özünü daha güclü göstərir

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük səfəri və aparılan danışıqlar ümumilikdə müsbət istiqamətdə davam edir. Tərəflər arasında əsas fikir ayrılığı isə Tayvan məsələsində qalır. ABŞ-ın Tayvanla bağlı Çinə ciddi güzəştlərə gedəcəyi gözlənilmir. Çin sədri Si Sinpinqin Tayvan məsələsində Donald Trampa açıq etiraz və xəbərdarlıq etməsi regionda yeni eskalasiya ehtimalını artırır.Citypost.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.O qeyd edib ki, Çin Tayvana qarşı dəniz blokadası tətbiq edə bilər. Bununla yanaşı, Vaşinqton və Pekin əsasən iqtisadi və ticarət əlaqələrinin inkişafı istiqamətində mühüm razılaşmalar əldə etməyə çalışırlar.Ekspertin sözlərinə...

15 May 2026, 10:12

Sabiq deputat: Fransa Türkiyəyə qarşı təxribat hazırlayır

Fransa son dövrlər Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistan və yunan Kipri ilə strateji müttəfiqlik, hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, həmçinin Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi ilə bağlı yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiqləyir.Citypost.az xəbər verir ki, bu fikirləri sabiq deputat, siyasətçi Qulamhüseyn Əlibəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.Onun sözlərinə görə, bu sazişlərin əsas məqsədi Fransanın Cənubi Qafqaz və Türkiyə ətrafındakı bölgələri hərbi baxımdan öz təsir dairəsinə salmaq, eyni zamanda Türkiyənin ətrafında geosiyasi “çəmbəri daraltmaqdır”.Q.Əlibəyli qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibi...

15 May 2026, 10:04