Bizə yazın

Baku

-°C

USD

-

Fikrət Qocanın doğum günüdür

Söz adamı 25 Avqust 2026, 17:14

939

Bu gün böyük şair, böyük insan Fikrət Qocanın doğum günüdür.

Lap cavan vaxtlarımdan biz həmişə bir yerdə olduq. Taleyimizdə oxşarlıqlar çox idi - hər ikimiz metro tikintisində fəhləlikdən başlamışdıq. Sonra Moskvada tələbəlik həyatımız... Hər ikimiz məşhur rus şairi Lev Oşaninin sinifində oxumuşduq. Hər ikimiz Oşaninin sevimli tələbəsi olmuşduq. Hər şıltaqlığımıza dözürdü, hər çətinliyimizi yoluna qoyurdu.

O zamanlar Fikrət müəllim tez-tez Moskvaya gələrdi. Mümkünsüz idi məni tapmasın. Çox vaxt məşhur mehmanxanalarda yerini boş qoyub gəlib tələbə yataqxanasında yanımda qalardı. 

Bakıya qayıdandan sonra təqribən 2 il Yazıçıların Şüvəlan yaradıcılıq evində işlədim. Bakıda mənzil alandan sonra gedib-gəlməyin dərdindən işdən çıxdım yazı-pozu ilə məşğul olmağa başladım. O zamanlar yazı-pozu ilə dolanmaq olurdu.

Bir gün xəbər verdilər ki, Fikrət Qoca səni axtarır. Getdim Yazıçılar Birliyinə, dəhlizdə rastlaşırdıq. Tələsirdi. Dedi, sabah bir "Qobustan " jurnalına dəyərsən. "Qobustan" o zaman aktyor evində yerləşirdi. Getdim, Tofiq Abdin, Azər Abdulla, məni çox mehriban qarşıladılar. Yer göstərib dedilər, sənin stolundur. Donub qaldım, nə məsələdir, bilmirəm. Heç demə, Anar müəllim AYB - yə gedəndən sonra Fikrət Qocanı "Qobustan" a öz yerinə qoyub. Mənim də xəbərim yox. Ayın sonlarıydı. Məlum oldu ki, Fikrət müəllim elə dünən ayın əvvəlindən əmrimi verib məni jurnalın texniki redaktoru kimi işə götürüblər.

O zaman jurnal Mədəniyyət Nazirliyinin nəzdində idi. Belə işləri görmək asan deyildi. Xülasə, bir neçə aydan sonra Azər Abdulla başqa işə getdi, məni onun yerinə şöbə müdiri təyin etdi Fikrət Qoca. Bir - iki ildən sonra məsul katib getdi, mən məsul katib oldum. Daha bir- iki ildən sonra Vaqif Səmədoğlu bizdə müavin idi, deputat seçilmişdi,məni çağırdılar katibliyə, gördüm, Vaqif müəllim də ordadır. Görüşüb əyləşdim, Vaqif Səmədoğlu qayıtdı ki: - Maarif, mən gedirəm, amma bir şərtlə gedirəm ki, səni mənim yerimə qoysunlar. Beləliklə, o vaxtdan bugünəcən mən oldum baş redaktor müavini... Sonralar daha üç redaktor dəyişdim. Bir neçə il Ələkbər Salahzadə ilə, sonra daha bir neçə il də Vaqif Əlixanlı ilə işlədim. Hər ikisi bənzərsiz gözəl insanlar idi, ruhları şad olsun. Ümumiyyətlə "Qobustan" nın əməkdaşlar sarıdan bəxti gətirib. Adlarını çəkdiklərimin hər biri istedadlı, özünəməxsus xarakterli insanlar olub. Anar müəllimə Allah can sağlığı versin, görünür, bünövrəni halallıqla qoyub, möhkəm qoyub. 

Fikrət Qocadan danışırdım axı...Uzun söhbətdir,, telefonla yazmaq olmur. Noutbukumu düzəldib ətraflı yazaram, inşallah. Qısası, Fikrət Qoca, bakılılar demiş, alayı bir insan idi... Əminəm ki, nur içində uyuyur nurlu insan...

Maarif Soltan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycana xəyanət edən ziyalı -Orxan Saffari yazır  

Obrazlı desək, Ruhulla Axundov Azərbaycana xainlik edənlər arasında ən savadlı adamlardan idi. O, Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. Etdiyi bütün iyrənc əməllərə baxmayaraq, onun ədəbi-elmi fəaliyyətin siyasi fəaliyyətindən ayrıdır və qiymətləndirilməlidir. Belə ki, Ruhullq Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. Ancaq eyni zamanda latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.Bu səbəbdir ki, hətta 1954-cü ildə Mircəfər Bağırov dindirilən vaxt Ruhuıla Axundovun həbsinə Stalindən icazə istədiyini xatırladıb və demişdi ki, Stalin əvvəlcə Bağırovdan onu əvəz edəcək, Azərbaycan dilini...

26 Avqust 2026, 15:56

Ədəbiyyatımızın ögey balası...

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür,...

26 Avqust 2026, 10:12

Gözlərin dəryasında qərq olan ömür: Zöhrab Mehdidən "Ürəyimi qoyum"

Ürəyimi qoyum Səhərtək açıl, istəsənAxşam kimi düş, üzümə!Çiçəktək saçıl, istəsənYaz kimi çök, qış üzümə!At başını, at üstünəYastıq elə də, sinəmi!Elə, nə desən razıyam -Şah da, kölə də... sinəmi!Kirpiklərini də qaldırÇalxansın dərya gözlərin!Ya qərq etsin məni, ya da...Gözlərin var ya, gözlərin!...Başı batmasın, başı daSənin keçdiyin küçənin!Bilmədimi kim olduğun Gəlib burdan da, keçənin?!Ayaq basdığın yer var haa...Axı, necə doyum ora!Gözləyirəm, sən qoy götür ...Ürəyimi qoyum ora!                (Z.M)...

25 Avqust 2026, 17:33

SƏRVAZ HÜSEYNOĞLU: Ürəyi göynəyir xatirələrin

   Şəhla Şəlaləyə sayğılarlaİnsanın əbədi ehtiyacıdı,Geriyə dönəydi barı gedənlər.Tənha qu quşudu, qəm ağacıdıYanından çəkilib yarı gedənlər.Elə yaranışdan həmin həmindi,Bu dərdin kökləri dərindən dərin.İçindən baxırsan, bu ev sənindi,Çölündən baxırsan, xatirələrin.Bir üzdə gerçəkdi, bir üzdə yalanBil ki, dünya adlı bu qoca namərd.Hər dəfə ,,Sənsiz,,i çalanda çalanQövr edir o yara, oyanır o dərd.Kamillik örnəyi Kamillər gedir,Nizamı pozulur bu göyün, yerin.Bir şəhla baxışlı qadın dərd edir,Ürəyi göynəyir xatirələrin. Örpəyi çəkilmiş qaya kimidiUca zirvəsindən qarı gedənlər...Kamiltək ürəyə, yaddaşa köçüb,Belə gedəydilər barı gedənlər......

24 Avqust 2026, 15:10

BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ  

Zülümmü əlini üstünə çəkmiş,Bu nə dərd yüküdü… Gözlərin aydın.Tanrı bu çiçəyə ömür verməmiş,Əvvəl taleyini düzüb qoşaydın.Qorxur ki, yerisə, yer çökə birdən,Bu yandan göylər də uça üstünə.Tərpədə bilməyir ömrü yerindən,Açılan qollar yox, qaça üstünə.Görən, tezmi düşər güzarın bəri, Bir gör neyniyirsən… Bir düşün, Allah!Tez götür üstündən bəd nəzərləri,Əlinə keçməsin qurd-quşun, Allah! Yandırır dağları, daşları ahı,Yarəb, bundan betər pərişanmı var… Bizə sən yazırsan bəxti, İlahi,Sənin də işinə qarışanmı var… Bir gör, neyniyirsən, sıxılır hava, Sənin ki, fərmanın, əmrin əlində.Getməyə yeri yox, qalmağa yuva,Bu çiçək karıxıb ömrün əlində.Vasif Süleyman...

24 Avqust 2026, 13:54

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq - Orxan Saffari yazır

Ona obrazlı olaraq başqa sözlə “Türk bolşevik” desək, yəqin ki, yanılmarıq. Söhbət, əlbəttə, Xəlil Paşa Kutdan gedir. Məlum olduğu kimi, Xəlil Paşa Kut Nuru Paşa və Ənvər Paşanın əmisidir.Ancaq təəssüf ki, o, Azərbaycan uğrunda gedən mübarizədə əmilərinin davamçısı yox, bolşevik ideyalarının davamçısı kimi çıxış etdi. Şübhəsiz, tarixdə bu əməllərə müxtəlif cür bəhanələr var, ancaq fakt budur ki, Xəlil Paşanın bolşeviklərlə təması kifayət qədər mübahisəlidir. Əslində, o, ilk növbədə, yanlışı Mustafa Kamal Atatürkə etmişdi. Çünki Mustafa Kamalın tapşırığı ilə Xəlil Paşa silah və maddi yardımı almaq üçün Moskvaya, ümumən Qafqaza göndərilsə də, Xəlil Paşa bu fürsətdən istifadə edərək Sovet rəsmiləri ilə sıx əlaqələr qurmuşdu. Bəs onun bu...

24 Avqust 2026, 13:21